İraqı sürətlə işğal edən «İraq Şam İslam Dövləti» (IŞİD) radikal sünni terror təşkilatının hədəflədiyi paytaxt Bağdadı işğal planları ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Baki-xeber.com bildirir ki, İraq hökuməti Bağdad və ətrafında iki min beş yüz radikal islamçının gizlənməsi barədə məlumat əldə edib. «Reuters»in əldə etdiyi məlumata görə, hələlik heç bir fəaliyyətdə olmayan radikal islamçılar, lazım olduğunda anda paytaxta zərbə etməyi planlaşdıran IŞİD silahlılarına dəstək verməyə hazırdırlar.
Məlumatlara görə, Bağdadı ələ keçirib rəhbərliyi devirmək planlarını açıqlayan IŞİD buradakı tərəfdarları ilə internet vasitəsilə əlaqə saxlayır. Təhlükəsizlik orqanları, "göstəbəklərin" zamanı gəldiyində, paytaxt yaxınlığındakı sünni bölgələrdən irəliləyəcək olan silahlıları dəstəkləmək üçün meydanlara çıxacaqlarını düşünür.
«Reuters»in məlumatına görə, IŞİD-in Bağdadı işğal etmək üçün hərbi qüvvə toplaması barədə məlumatlara sahib olan ABŞ hadisələrdə canlı bombalardan (intihar hücumları) da istifadə ediləcəyindən xəbərdardır.
Qeyd edək ki, bundan əvvəl İngiltərənin «Financial Times» qəzeti də IŞİD-in Bağdadı işğal planı barədə məlumatlar əldə etmişdi. Məlumatda bildirilirdi ki, hücum əmri gəldikdə IŞİD-in 2000 nəfərlik xüsusi döyüşçülər birliyinin şəhərin şərqindəki Adhamiye və qərbindəki Qəzaliyə kimi sünni yerlərində üsyanlar təşkil edəcəyi gözlənilir. Hərbi ekspertlərin fikrincə, IŞİD-in paytaxta gözləyən gizli tərəfdarları Bağdadda xaos yaradaraq şəhər kənarındakı qrupların şəhər içinə girməsini təmin edəcək.
Müşahidəçilərin fikrincə, IŞİD Bağdadı Mosul qədər asan işğal edə bilməyəcək. Çünki şəhərin giriş-çıxışları ciddi qorunur və IŞİD-in zəif dəhliz tapması o qədər də asan olmayacaq. Hərbi ekspertlərin fikrincə, IŞİD şəhəri kənardan vura bilər. Müşahidəçilərə görə, bu halda hökumətin Balad aviabazası, Bağdad Hava Limanı və Taji hərbi bazası kimi strateji nöqtələr məhv edilə bilər.