Cümə axşamı günü, 19 noyabr 2026
     

Novruz Məmmədov bir sıra prinsipial xarici siyasət məsələlərində Azərbaycanın əsas tezislərini bəyan etdi

Image


Bu gün Azərbaycanın sosial, siyasi və iqtisadi sahədə nə qədər inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan bu gün dünyaya özünün inkişaf modelini təqdim edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.

N.Məmmədov bildirib ki, beynəlxalq təşkilatlar da Azərbaycanın inkişafını yüksək qiymətləndirir: “Hazırda Azərbaycan "qara qızıl"ı insan kapitalına çevirmək yolu ilə gedir. Təhsilə, müasir texnologiyalara qoyulan investisiyalar artırılır, iqtisadiyyatın diversifikasiya edilməsi istiqamətində addımlar atılır. Azərbaycan öz peykini artıq orbitə buraxıb”.

PA rəsmisi qeyd edib ki, Azərbaycan milli maraqlara əsaslanan daxili və xarici siyasət aparır: “Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan yeganə ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti sədrlik etməsi mühüm hadisə idi. Azərbaycana bu etimadın göstərilməsi sübut etdi ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə öz siyasətinə görə rəğbətlə qarşılanır. Azərbaycan kiçik dövlət olsa da, beynəlxalq sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq antiterror koalisiyasının fəal üzvüdür. Ölkəmiz, eyni zamanda regionda mühüm əhəmiyyət daşıyan üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan və digər formatlar həm regionda, həm də dünyada sülhün və sabiliyin təmin edilməsi üçün əhəmiyyətli formatlardır”.

N.Məmmədov əlavə edib ki, dünyada bu gün beynəlxalq hüquqa hörmət unudulub: “SSRİ və Varşava sistemləri dağılandan sonra böyük dövlətlər beynəlxalq hüququ unudub. Özlərinə lazım olanda yadlarına düşür. Bu isə təhlükəli tendensiyadır”.

N.Məmmədov əlavə edib ki, Azərbaycan dünyada enerji məsələlərində də mühüm rol oynayır: “Azərbaycan eyni zamanda, müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini qoruyub saxlayır. Azərbaycan şərqdə ilk dəfə qadınlara səs vermək hüququ verib. Ölkəmiz bu sahədə hətta Avropa dövlətlərindən də qabaqdadır. Azərbaycan həmçinin dünya üçün mühüm məsələlərin müzakirə edildiyi beynəlxalq konfranslar, sammitlər, konfranslar keçirir”.

N.Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi regionda sülh və inkişaf üçün ən böyük maneədir. N.Məmmədov bildirib ki, münaqişənin həll edilməsinin hüquqi əsasları BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə təsbit olunub: “Bütün bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir və tanınır. Ancaq əfsuslar olsun ki, son 10 ildə beynəlxalq hüquq yalnız sənəd olaraq qalır”.

PA rəsmisi qeyd edib ki, bu gün mövcud olan beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir:

"İş o yerə çatıb ki, dünyanın superdövləti olan ABŞ-ın dövlət katibi dünyaya mesaj verir ki, guya liderlər münaqişənin həllinə hazır deyil. ATƏT-in Minsk qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variantı irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımları atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yol odur ki, Azərbaycan və Ermənistan özləri razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə, Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır və belə bəyanatlar da buna əsas verir".

N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsindən danışan zaman Xocalı soyqırımını kənara qoymaq olmaz: "Ermənistan olmayan soyqırımı dünyaya guya həqiqətən törədilmiş soyqırım kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımdır. Dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıb".

O, qeyd edib ki, ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı Azərbaycanı təəccübləndirir və məyus edir. N.Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən superdövlətin dövlət katibinin hakimiyyətdən getmə və seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur: "Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həllinə hazır olmadığını iddia edir. Tutaq ki, danışıqlarda tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılır. Bəs Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk qrupunun 3 üzvünə verilib. Ancaq hələ bu sahədə çox böyük uğur əldə olunmayıb".

PA rəsmisi qeyd edib ki, Ermənistan işğalçı bir dövlətdir: "ABŞ da Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlarda qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk qrupuna üzv olan 3 dövlətin prezidentləri də status-kvonun dəyişməli olduğunu bəyan ediblər. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi haqqında bir cümlə deyə, mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ