Əgər Rusiya təyyarələri və helikopterləri Ukrayna hava məkanını pozmaqda davam etsə, onlara zərbə endiriləcək. APA-nın Ukrayna mətbuatın istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. O bildirib ki, artıq Ukrayna tərəfi müvafiq xəbərdarlıq edib.
Ukraynanın şənqində isə döyüşlər davam edir. Baki-xeber.com xəbər verir ki, Rusiya tərəfdarı separatçıların nəzarətində olan Slavyansk, Ukrayna ordusunun hücumu altındadır.
Ukrayna ordusu atəşkəsin sona çatması ilə aylardır separatçıların nəzarətində olan Slavyanska ətrafında əməliyyatlarını miqyasını genişləndirib.
Şəhərdəki hədəfləri toplarla vuran əsgərlər, tanklarla mühasirəyə aldığı Slavyanska giriş-çıxışa da icazə vermir. Yerli qaynaqlar, bölgədə çox sayda ölü və yaralı olduğunu bildirir.
Aprelin 15-dən Luqansk və Donetskdə anti-terror əməliyyatı zamanı 197 əsgər həlak olub, 655 əsgər yaralanıb. Məlumatı dünən Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin təmsilçisi Andrey Lysenko açıqlayıb.