Rusiya və Moldovanın Dnestryanı regionu bir sıra müqavilələr imzalayıb. Bu sənədlər Moldovanın Avropa Birliyi ilə imzaladığı sazişlərin təsirini azaltmaq üçündür.
Baki-xeber.com "Azadlıq” radiosuna istinadən xəbər verir ki, yeni müqavillər iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, elm sahəsindəki əlaqələrə aiddir.
Rusiyanın xarici işlər nazirliyinin bəyanatında deyilir ki, bu müqavilələr regionda iqtisadi əlaqələrin mürəkkəbləşdiyi vaxtda xüsusilə əhəmiyyətlidir.
Dnestryanı regionun rəhbəri Yevgeni Şevçuk deyib ki, Moldovanın Avropa Birliyi ilə sazişləri daha çox problem gətirəcək, nəinki üstünlük.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, iyulun 5-dən Moldovadan ət alınmasını azaldacaq, çünki bu ət standartları pozur.