Bazar ertəsi günü, 30 noyabr 2026
     

Qarabağ məsələsi Ermənistanı Avrasiya İttifaqı prosesində "tupik"ə salıb

Image


Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün ləngiməsi İrəvanda yeni siyasi gərginliyə yol açmaqdadır. Həmçinin, belə vəziyyət Serj Sarkisyan iqtidarının mövqelərinin zəifləməsi ilə müşayiət olunur. Çünki müxalifət əvvəldən Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə qarşı çıxır və bunun Qərblə münasibətlərə ciddi şəkildə xələl gətirəcəyini bəyan edirdi.
Artıq Qərblə münasibətlər elə də müsbət deyil. Əvəzində isə Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün gecikməsi hakimiyyətin mövqelərinə növbəti zərbə kimi qiymətləndirilir. Bundan əvvəl Ermənistanın Avrasiya İttifaqına iyulun 3-də qoşulacağı bəyan edilmişdi.
Lakin Qazaxıstanın xarici işlər naziri Erlan İdrisovun szlərindən belə bəlli olur ki, Ermənistan Avrasiya İttifaqına oktyabr ayında daxil olacaq. O, Ermənistanın Avrasiya İttifaqına daxil olmaq üçün müqaviləni Minsk sammitində imzalayacağını deyib. Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Ovik Abramyan da üzvlük tarixinin dəyişə biləcəyini istisna etməmişdi. Onun sözlərinə görə, Ermənistan istənilən halda Avrasiya İttifaqına qoşulacaq, lakin ölkənin bu təşkilata qoşulma tarixində dəyişikliklər edilə bilər: "Heç olmamaqdansa, gec olması yaxşıdır, hazırda baş verən proseslər müzakirə olunur".
Maraqlıdır ki, cəmi üç gün öncə Rusiya prezidenti Vladimir Putin Rusiya səfirləri və daimi nümayəndələrlə görüşü zamanı Ermənistanın çox yaxın müddətdə Avrasiya İqtisadi İttifaqına tamhüquqlu üzv olacağını bildirmişdi. Lakin proses uzanır. Erməni ekspert Naira Ayrumyan bunu Putinin Ermənistana ciddi yanaşmaması ilə izah edir və Qazaxıstanın bu prosesdə mühüm rol oynadığını vurğulayır: "Astana, ən azından, üç dəfə Ermənistanla bağlı siyasətini dəyişdi. Əvvəlcə Nazarbayev bildirdi ki, Qarabağ problemi Azərbaycanın xeyrinə həll olmadan Ermənistanın Avrasiya İttifaqına girişi mümkün deyil. Daha sonra Serj Sarkisyan 15 iyuna qədər vaxt istədi, Nazarbayev 1 iyula qədər vaxt verdi. İndi isə xarici işlər naziri yeni bir vaxt açıqlayır. Putin gizlətmir ki, Ermənistan məsələsinin həllini Qazaxıstana verib. Nə Astanada, nə də ondan sonra Putin Əliyevin məktubu haqqında bir söz demədi. Putin, ümumiyyətlə, Avrasiya İttifaqı haqqında az danışır. Ukraynanın itkisindən sonra Putinin ittifaqa marağı azalıb və Ermənistan onun boğazında ilişib qalıb" O, Avrasiya İttifaqında Ermənistanın Putinə lazım olmadığını bildirib: "Putin "Şərq Əməkdaşlığı" proqramını sındırmalı idi. O əvvəlcə Qarabağ üzrə ticarətə başlamaqla və silah sazişləri ilə Azərbaycanı layihədən asanlıqla qopardı. Sonra isə Azərbaycanla Ermənistanı hədələməyə başladı. Putin, demək olar ki, qələbəni bayram edirdi. Amma o, "Şərq Əməkdaşlığı"nı dayandıra bilmədi, üç ölkə postsovet məkanından qəti şəkildə qopdu. Və bunu Putin şəxsi məğlubiyyəti kimi qəbul etdi". Erməni eksperti qeyd edir ki, çoxları artıq Kremlin komandasında fikir ayrılıqları haqqında açıq şəkildə danışmağa başlayıb: "Zbiqnev Bjezinski iddia edir ki, Obamanın bəyanatı Putin üçün ən təhqiredici bəyanatı idi. Obama Rusiyanı regional dövlət adlandırdı. Bjezinski iddia edir ki, Rusiya prezidenti indi yatırdılmış və alçaldılmış vəziyyətdədir. Çünki onun qüdrətli ambisiyaları Ukraynadan sonra, demək olar ki, sıfıra yaxınlaşıb".
Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün nəzərdə tutulan vaxtda baş tutmamasının və bu işin payıza təxirə salınmasının səbəbləri məlum deyil. Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bildirib ki, hakimiyyət özü də bunun səbəbini bilmir: "Təəssüf ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryanın bəyanatlarına əsasən nəticə çıxarmaq mümkün deyil. Çünki onun bəyanatları bir-birinə zidd olur. Ermənistan hakimiyyəti Avrasiya İttifaqına üzvlüyü ilə bağlı hər dəfə vəziyyətdən çıxmaq üçün bəhanə uydurmalıdır. Bu ondan xəbər verir ki, hakimiyyətdə Ermənistanın üzvlüyünün yubanmasının səbəbləri və bu ittifaqa hansı müddət sonra üzv olacağı barədə heç kim məlumatlı deyil. Aydındır ki, ittifaqın üç üzvü arasında bu məsələdə ziddiyyətlər var və onu həll etmək lazımdır".
Hesab edilir ki, əslində, Kreml üçün Avrasiya İttifaqında Bakı ilə əməkdaşlıq İrəvanla müqayisədə daha sərfəlidir. Bunun üçün isə Kreml Qarabağ münaqişəsinin həllində real addımlar atmalıdır. Xatırladaq ki, hazırda erməni politoloqlarının əsas müzakirə mövzusu Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlı Bakı iləMoskva arasında danışıqların getməsi barədə xəbərlərdir.
Ermənistan ictimaiyyətinin ümumi qənaəti budur ki, Moskva 3 və yaxud 5 rayonun Azərbaycana qaytarılması əvəzində rəsmi Bakını Avrasiya İttifaqına üzv etməyə çalışır. Lakin bu məlumatların nə dərəcədə həqiqətə uyğun olduğu hələ bəlli deyil.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ