Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəsi uzatmama qərarından sonra ordu birlikləri ilə separatçılar arasında qarşıdurmalar yenidən şiddətlənib. Baki-xeber.com xəbər verir ki, ordu separatçıların olduğu şərq bölgəsində geniş hərbi əməliyyatlara başlayıb. «Union» agentliyinin bildirdiyinə görə, ordu Slavyanskda separatçıların təlim düşərgəsini bombalayıb. Ukrayna xəbər saytlarında, hücumda 250-ə yaxın Rusiya tərəfdarının öldüyü iddia edilir.
Ordu qaynaqları, ağır silahlarla uzaqdan açılan atəşlə məhv edilən separatçıların 3-də ikisinin çeçen olduğunu iddia edir.
Separatçıların Slavyanskda hücumu nəticəsində sərhəd xidməti personalına daşıyan zirehli texnika hədəfə alınıb. Hərbi maşının raketlə vurulması nəticəsində altı nəfər yaralanıb.
Ukrayna ordusunun havadan də dəstəklədiyi əməliyyatlar nəticəsində şəhərlərdə tüstülərin yüksəldiyi bildirilir.