Bazar ertəsi günü, 30 noyabr 2026
     

İl­ham Əli­yev: «Azər­bay­can öz ma­raq­la­rı­nı hər şey­dən üs­tün tu­tur» - MÜ­SA­Hİ­BƏ

Image


Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Av­ro­pa­nın «Ne­u­ro­pe.eu» in­for­ma­si­ya por­ta­lı­na mü­sa­hi­bə ve­rib. Baki-xeber.com «Azər­Tac»a is­ti­na­dən hə­min mü­sa­hi­bə­ni təq­dim edir:

NE: Siz ötən ilin oktyab­rın­da ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­rin­də növ­bə­ti də­fə qa­lib gəl­di­niz. Bu­nun baş­lı­ca sə­bə­bi­ni ne­cə izah edər­di­niz?

İl­ham Əli­yev: 2013-cü il­də ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­ri Azər­bay­ca­nın ic­ti­mai-si­ya­si hə­ya­tın­da mü­hüm ha­di­sə olub. Bu seç­ki­lər və­tən­daş­la­rın son 10 il­də öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən si­ya­si kur­sa mü­na­si­bə­ti­ni gös­tər­di. Son 10 il­də biz Hey­dər Əli­ye­vin əsa­sı­nı qoy­du­ğu yol­la irə­li­lə­mi­şik və öl­kə­miz, cə­miy­yə­ti­miz qar­şı­sın­da qoy­du­ğu­muz məq­səd­lə­rin re­al­laş­ma­sı­na na­il ol­mu­şuq.

- Yə­ni 10 il ön­cə qar­şı­ya qoy­du­ğu­nuz və­zi­fə­lər ar­tıq re­al­lı­ğa çev­ri­lib?

- Ta­ma­mi­lə doğ­ru­dur. İq­ti­sa­di in­ki­şaf templə­ri ba­xı­mın­dan Azər­bay­can dün­ya li­de­ri­nə çev­ri­lib. Bu isə öl­kə­mi­zi da­ha da güc­lən­di­rib. Dü­şü­nül­müş proq­ram­la­ra əsas­la­nan məq­səd­yön­lü fə­a­liy­yət nə­ti­cə­sin­də son 10 il­də ümum­da­xi­li məh­sul 3,4 də­fə, iq­ti­sa­diy­ya­tın qey­ri-neft sek­to­ru 2,6 də­fə, büd­cə gə­lir­lə­ri 16 də­fə ar­tıb, həm­çi­nin, stra­te­ji val­yu­ta eh­ti­yat­la­rı­nın həc­mi 50 mil­yard ABŞ dol­la­rı­nı ke­çib. Mil­li iq­ti­sa­diy­ya­ta 170 mil­yard ABŞ dol­la­rın­dan ar­tıq sər­ma­yə ya­tı­rı­lıb.

- Bü­tün bun­lar əha­li­nin ya­şa­yış sə­viy­yə­si­nə tə­sir edib­mi?

- Əl­bət­tə, bu cür sü­rət­li in­ki­şaf və­tən­daş­la­rı­mı­zın ri­fa­hı­nın yük­səl­mə­si­nə sə­bəb olub. Son 10 il­də əha­li­nin gə­lir­lə­ri 6,5 də­fə, or­ta ay­lıq əmək­haq­qı isə 5,5 də­fə ar­tıb.

- Bu, hə­qi­qə­tən yax­şı gös­tə­ri­ci­dir.

- Həm­çi­nin, yox­sul­lu­ğun 49 fa­iz­dən 5,3 fa­i­zə, iş­siz­li­yin isə 5 fa­i­zə düş­mə­si də mü­hüm na­i­liy­yət­lər sı­ra­sı­na da­xil­dir. Son 10 il­də öl­kə­mi­zin şə­hər­lə­ri, qə­sə­bə­lə­ri və kəndlə­rin­də ti­kin­ti-qu­ru­cu­luq iş­lə­ri gö­rü­lüb, bü­tün şə­hər­lər­də mü­a­sir stan­dartla­rın və qa­baq­cıl tex­no­lo­gi­ya­la­rın tət­bi­qi­nə baş­la­nıb.

- Bu na­i­liy­yət­lər yal­nız Azər­bay­can­da hiss olu­nur, yox­sa bey­nəl­xalq aləm­də də ta­nı­nır?

- Azər­bay­ca­nın uğur­la­rı bey­nəl­xalq təş­ki­lat­lar və nü­fuz­lu rey­tinq agentlik­lə­ri tə­rə­fin­dən də yük­sək qiy­mət­lən­di­ri­lir. Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun 2013-2014-cü il üz­rə Qlo­bal Rə­qa­bət­li­lik He­sa­ba­tı­na əsa­sən, Azər­bay­can dün­ya öl­kə­lə­ri ara­sın­da 39-cu sı­ra­da­dır.

- Bəs öl­kə­ni­zin re­gi­on­da və dün­ya­da sta­tu­su ba­rə­də nə de­yə bi­lər­si­niz?

- Bu il­lər ər­zin­də öl­kə­mi­zin dün­ya­da­kı möv­qe­yi güc­lə­nib. Azər­bay­can bey­nəl­xalq mü­na­si­bət­lər sis­te­min­də yax­şı imic və hör­mət qa­za­nıb. Bir çox bey­nəl­xalq təd­bir­lə­rin Azər­bay­can­da ke­çi­ril­mə­si öl­kə­mi­zin ar­tıq re­gi­o­nun si­ya­si, iq­ti­sa­di və mə­də­ni mər­kə­zi­nə çev­ril­di­yi­nin sü­bu­tu­dur. Ba­kı şə­hə­ri­nin mü­hüm bey­nəl­xalq təd­bir­lə­rə ev sa­hib­li­yi et­mə­si ar­tıq ənə­nə ha­lı alıb. 2013-cü il­də İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı çər­çi­və­sin­də Fə­ləs­ti­nə yar­dım məq­sə­di­lə bey­nəl­xalq konfran­sın, III Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­ru­mun, İkin­ci Mə­də­niy­yət­lə­ra­ra­sı Di­a­loq Fo­ru­mu­nun, Da­vos Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun və di­gər yük­sək sə­viy­yə­li qlo­bal təd­bir­lə­rin ke­çi­ril­mə­si bu­nu bir da­ha təs­diq edir.

- De­mə­li, dün­ya­da ge­dən ar­zu­o­lun­maz pro­ses­lər Azər­bay­ca­na to­xun­ma­yıb...

- Xeyr. Bü­tün dün­ya­da gər­gin­li­yin, iş­siz­li­yin və yox­sul­lu­ğun artdı­ğı bir dövrdə Azər­bay­can­da ta­ma­mi­lə fərqli pro­ses­lər - sü­rət­li in­ki­şaf, tə­rəq­qi, əha­li­nin ri­fa­hı­nın, ic­ti­mai və si­ya­si sa­bit­li­yin, mil­li bir­li­yin və s. yük­səl­mə­si mü­şa­hi­də edil­miş­dir. Dü­şü­nü­rəm ki, bü­tün bun­lar 2013-cü il­də ke­çi­ri­lən seç­ki­lər­də qa­za­nı­lan qə­lə­bə­nin də əsas sə­bəb­lə­ri olub.

- Bu seç­ki­lər bey­nəl­xalq bir­lik tə­rə­fin­dən ne­cə qə­bul edil­di?

- AŞ­PA, ATƏT Par­la­ment As­samble­ya­sı, İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı, MDB və di­gər nü­fuz­lu təş­ki­lat­lar bir­mə­na­lı ola­raq seç­ki­lər ba­rə­də yük­sək fi­kir­lər bil­dir­miş və seç­ki­lə­rin azad, əda­lət­li və şəf­faf ke­çi­ril­di­yi­ni vur­ğu­la­yıb­lar. Bü­tün bun­lar seç­ki­lər­lə bağ­lı xal­qı­mı­zın və bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin fi­kir­lə­ri­nin üst-üs­tə düş­dü­yü­nü gös­tə­rir. Azər­bay­can xal­qı ver­di­yi səs­lə bu gü­nə­dək hə­yat­da mü­şa­hi­də et­di­yi si­ya­sə­tə öz dəs­tə­yi­ni nü­ma­yiş et­di­rib və bu si­ya­sə­tin da­vam­lı ol­ma­sı üçün bi­zə man­dat ve­rib.

- Gə­lə­cək ba­rə­də fi­kir­lə­ri­ni­zi bil­mək ma­raq­lı olar­dı.

- Bi­zim gə­lə­cək­lə bağ­lı plan­la­rı­mız bö­yük­dür. Gün­də­li­yi­miz­də bir sı­ra va­cib mə­sə­lə­lər var. Azər­bay­ca­nın po­ten­si­a­lı­nın in­ki­şaf et­di­ril­mə­si, iq­ti­sa­diy­ya­tı­mı­zın rə­qa­bət­li­li­yi­nin ar­tı­rıl­ma­sı, mü­a­sir cə­miy­yət qu­ru­cu­lu­ğu, əha­li­nin ri­fa­hı­nın yax­şı­laş­dı­rıl­ma­sı, xa­ri­ci si­ya­sə­tin pri­o­ri­tet­lə­ri­nə uy­ğun ola­raq bey­nəl­xalq möv­qe­yi­mi­zin möh­kəm­lən­di­ril­mə­si, kor­rup­si­ya­ya, rüş­vət­xor­lu­ğa və di­gər mən­fi hal­la­ra qar­şı sis­tem­li mü­ba­ri­zə­nin da­ha da güc­lən­di­ril­mə­si, və­tən­daş cə­miy­yə­ti­nin in­ki­şa­fı ar­dı­cıl şə­kil­də da­vam et­di­ri­lə­cək.

- 2013-cü il­də Azər­bay­can­da həm də İKT-nin in­ki­şa­fı sa­hə­sin­də bö­yük ad­dım­lar atı­lıb.

- Azər­bay­ca­nın hə­ya­ta ke­çir­di­yi iq­ti­sa­di si­ya­sə­tin üs­tün­lü­yü on­da­dır ki, bü­tün iş­lər öl­kə­nin re­al im­kan­la­rı, ən yax­şı bey­nəl­xalq təc­rü­bə­lər və xü­su­si proq­ram­lar üzə­rin­də qu­ru­lur. Təc­rü­bə gös­tə­rir ki, mü­a­sir tex­no­lo­gi­ya­la­rın tət­bi­qi rə­qa­bə­tə­da­vam­lı iq­ti­sa­diy­yat üçün il­kin şərtdir. Bu sə­bəb­dən də in­no­va­si­ya­dan tək­cə iq­ti­sa­diy­yat­da de­yil, ey­ni za­man­da, di­gər sa­hə­lər­də də ge­niş is­ti­fa­də edi­lir. İn­for­ma­si­ya-kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı sü­rət­lə in­ki­şaf edir və bö­yük gə­lə­cə­yə ma­lik­dir. 2003-cü il­də Mil­li İKT Stra­te­gi­ya­sı­nın, son­ra­kı il­lər­də isə "Elektron Azər­bay­can" Döv­lət Proq­ra­mı­nın qə­bul olun­ma­sı bu sa­hə­nin in­ki­şa­fı­na bö­yük tə­kan ve­rib. Müs­tə­qil­lik il­lə­rin­də Azər­bay­can­da İKT-nin in­ki­şa­fı­na 3 mil­yard ABŞ dol­la­rın­dan ar­tıq və­sa­it ya­tı­rı­lıb. Nə­ti­cə­də son 10 il­də in­for­ma­si­ya və ra­bi­tə sa­hə­si­nin in­ki­şa­fı 8,2 də­fə ar­tıb. 2013-cü il­də Azər­bay­ca­nın ilk te­le­kom­mu­ni­ka­si­ya pey­ki­nin or­bi­tə bu­ra­xıl­ma­sı və öl­kə­də kos­mik sə­na­ye­nin əsa­sı­nın qo­yul­ma­sı ta­ri­xi ha­di­sə­dir. Növ­bə­ti il­lər­də da­ha iki pey­kin or­bi­tə bu­ra­xıl­ma­sı ilə bağ­lı iş­lər apa­rı­lır.

- Bü­tün bun­la­rın fo­nun­da in­ter­ne­tin in­ki­şa­fı­nı ne­cə qiy­mət­lən­dir­mək olar?

- Son il­lər ər­zin­də in­ter­net də sü­rət­lə in­ki­şaf edib. Bey­nəl­xalq Te­le­kom­mu­ni­ka­si­ya Təş­ki­la­tı­nın he­sa­ba­tı­na əsa­sən, Azər­bay­can əha­li­si­nin 70 fa­i­zi in­ter­net­dən is­ti­fa­də edir. Biz Azər­bay­ca­nın bü­tün şə­hər­lə­ri­nə ge­niş­zo­laq­lı in­ter­net xət­lə­ri­nin çə­kil­mə­si­nə baş­la­mı­şıq.

- Azər­bay­ca­nın mü­əl­li­fi ol­du­ğu in­no­va­si­ya­lar haq­qın­da nə de­yə bi­lər­si­niz?

- Biz dün­ya­da möv­cud olan tex­no­lo­ji ye­ni­lik­lə­ri tət­biq et­mək­lə ya­na­şı, özü­müz də bə­zi in­no­va­si­ya­la­rın ya­ra­dıl­ma­sı ilə bağ­lı tə­şəb­büs­lər gös­tə­ri­rik. Nü­mu­nə ki­mi Azər­bay­can bren­di olan Və­tən­daş­la­ra Xid­mət­lər və So­si­al İn­no­va­si­ya­lar üz­rə Döv­lət Agentli­yi­ni və onun "ASAN xid­mət" mər­kəz­lə­ri­ni qeyd edə bi­lə­rik. "ASAN xid­mət" və­tən­daş­la­rın məm­nun­lu­ğu prin­si­pi­nə əsas­la­nan və bir çox xid­mə­tin bir mər­kəz­də cəm­ləş­di­ril­di­yi tə­si­sat­dır. "ASAN xid­mət" mər­kəz­lə­ri­nin fə­a­liy­yət sfe­ra­sı­na döv­lət or­qan­la­rı əmək­daş­la­rı­nın fə­a­liy­yə­ti­nin əla­qə­lən­di­ril­mə­si, nə­za­rət və qiy­mət­lən­dir­mə­nin apa­rıl­ma­sı, döv­lət qu­rum­la­rı­nın in­for­ma­si­ya ba­za­la­rı­nın qar­şı­lıq­lı in­teq­ra­si­ya­sı, elektron xid­mət­lə­rin sə­mə­rə­li təş­ki­li və bu sa­hə­də ida­rə­çi­lik sis­te­mi­nin mü­a­sir­ləş­di­ril­mə­si da­xil­dir. Bu mər­kəz­lər mü­tə­rəq­qi hö­ku­mət-və­tən­daş mü­na­si­bət­lə­ri­nin nü­mu­nə­si­dir. Mər­kəz­lər ha­zır­da 25 say­da ic­ti­mai xid­mət tək­lif edir. Tə­sa­dü­fi de­yil ki, bir il ər­zin­də bir mil­yon­dan çox və­tən­daş bu mər­kəz­lə­rə mü­ra­ci­ət edib. Bu­na gö­rə də "ASAN xid­mət" mər­kəz­lə­ri­nin tək­lif et­di­yi xid­mət­lə­rin miq­ya­sı­nı ge­niş­lən­dir­mək niy­yə­tin­də­yik.

- Gə­lə­cə­yə nə­zər sal­saq, in­no­va­tiv tex­no­lo­gi­ya­lar Azər­bay­ca­nın in­ki­şa­fın­da ne­cə rol oy­na­ya­caq?

- Qa­baq­cıl tex­no­lo­gi­ya­la­rın Azər­bay­ca­nın gə­lə­cək in­ki­şa­fın­da oy­na­ya­ca­ğı rol ba­rə­də qeyd edə bi­lə­rəm ki, iq­ti­sa­diy­ya­tın di­na­mik in­ki­şa­fı­nı asan­laş­dır­maq və rə­qa­bət­li­li­yi ar­tır­maq üçün qa­baq­cıl el­mi və tex­no­lo­ji na­i­liy­yət­lə­rə əsas­la­nan İKT sa­hə­lə­ri­ni in­ki­şaf et­dir­mək, bu sfe­ra­ya yer­li və xa­ri­ci sər­ma­yə­lə­ri cəlb et­mək, ix­ti­sas­lı mü­tə­xəs­sis ba­za­sı ya­rat­maq və s. üçün xü­su­si ad­dım­lar atı­lır. Bu məq­səd­lə­rə na­il ol­maq üçün Yük­sək Tex­no­lo­gi­ya­lar Par­kı və İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı­nın İn­ki­şa­fı Fon­du tə­sis edi­lib. İn­no­va­si­ya­ya əsas­la­nan güc­lü iq­ti­sa­diy­ya­tın ya­ra­dıl­ma­sı əsas məq­səd­lə­ri­miz­dən bi­ri­dir və biz da­yan­ma­dan bu is­ti­qa­mət­də irə­li­lə­yi­rik.

- Siz 2014-cü ili "Sə­na­ye ili" elan et­mi­si­niz. Bun­dan məq­səd nə­dir və han­sı iş­lə­rin gö­rül­mə­si nə­zər­də tu­tu­lub?

- Azər­bay­can əv­vəl­lər aq­rar öl­kə he­sab olu­nur­du. 1970-1980-ci il­lər­də sə­na­ye­nin in­ki­şa­fı üçün cid­di ad­dım­lar atıl­dı, yüz­lər­lə ye­ni sə­na­ye mü­əs­si­sə­si ya­ra­dıl­dı. Am­ma SSRİ-nin sü­qu­tu keç­miş so­vet res­pub­li­ka­la­rı ara­sın­da əla­qə­lə­rin iti­ril­mə­si­nə sə­bəb ol­du. Ümu­mi­lik­də, plan­lı iq­ti­sa­diy­yat uğur­suz­luq­la nə­ti­cə­lən­di. Ey­ni za­man­da, Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı tə­ca­vü­zü, hə­min dövrdə öl­kə­də baş alıb ge­dən anar­xi­ya, is­teh­sal mü­əs­si­sə­lə­ri­nin köh­nəl­mə­si, tex­no­lo­ji cə­hət­dən ge­ri­lik iq­ti­sa­di tə­nəz­zü­lə və is­teh­sal pro­se­si­nin da­yan­ma­sı­na gə­ti­rib çı­xar­dı. Yal­nız ümum­mil­li li­der Hey­dər Əli­ye­vin səy­lə­ri nə­ti­cə­sin­də 2000-ci il­lə­rin əv­vəl­lə­rin­də is­teh­sa­lı 1990-cı ilin sə­viy­yə­si­nə qal­dır­maq müm­kün ol­du.

Son 10 il­də neft və qaz sa­hə­sin­də əl­də edi­lən gə­lir­lə­rin mü­əy­yən qis­mi xü­su­si proq­ram­lar çər­çi­və­sin­də mil­li iq­ti­sa­diy­ya­tın şa­xə­lən­di­ril­mə­si­nə, qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı­na, yük­sək tex­no­lo­gi­ya­lı sə­na­ye­nin for­ma­laş­dı­rıl­ma­sı­na yö­nəl­di­lib. Nə­ti­cə­də qey­ri-neft sek­to­run­da hər il 10 fa­iz ar­tım qey­də alı­nır. Bun­dan əla­və, sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na gös­tə­ri­lən hər­tə­rəf­li dəs­tək, iri sər­ma­yə proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si, so­si­al-iq­ti­sa­di infrastruk­tu­run ye­ni­dən qu­rul­ma­sı və qa­baq­cıl tex­no­lo­gi­ya­la­ra əsas­la­nan rə­qa­bə­tə­da­vam­lı mü­əs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı sə­na­ye is­teh­sa­lı həc­mi­nin 2,7 də­fə artma­sı­na sə­bəb olub.

Ha­zır­da əsas məq­səd­lə­ri­miz­dən bi­ri Azər­bay­ca­nı güc­lü sə­na­ye öl­kə­si­nə çe­vir­mək üçün müm­kün im­kan­lar­dan is­ti­fa­də et­mək­dir. Ar­tıq sə­na­ye­nin şa­xə­lən­di­ril­mə­si və mo­dernləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də mü­əy­yən iş­lər gö­rü­lüb. Biz möv­cud tə­bii və iq­ti­sa­di re­sursla­rı is­teh­sal döv­riy­yə­si­nə cəlb edi­rik, ye­ni is­teh­sal sa­hə­lə­ri və sə­na­ye parkla­rı ya­ra­dı­rıq, in­no­va­si­ya­la­rın tət­bi­qi­ni sü­rət­lən­di­ri­rik. Bu­na gö­rə də 2014-cü il "Sə­na­ye ili" elan olu­nub, ca­ri il­də hə­ya­ta ke­çi­ri­lə­cək təd­bir­lə­rin ümu­mi pla­nı ha­zır­lan­mış və təs­diq edi­lib. Ey­ni za­man­da, "Sə­na­ye­nin in­ki­şa­fı­na da­ir 2015-2020-ci il­lər üçün Döv­lət Proq­ra­mı"nın ha­zır­lan­ma­sı nə­zər­də tu­tu­lur. İna­nı­rıq ki, top­la­dı­ğı­mız təc­rü­bə və Azər­bay­ca­nın iq­ti­sa­di po­ten­si­a­lı bi­zə məq­səd­lə­ri­mi­zə çat­maq im­ka­nı ve­rə­cək.

- Re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı ilə bağ­lı üçün­cü Döv­lət Proq­ra­mı qə­bul edi­lib. Bu proq­ram 2014-2018-ci il­lə­ri əha­tə edir. İlk iki proq­ra­mın hə­ya­ta ke­çi­ril­mə­si­ni ne­cə qiy­mət­lən­di­rir­si­niz və üçün­cü proq­ram­dan nə göz­lə­nir?

- 2004-cü il­də ilk re­gi­o­nal in­ki­şaf proq­ra­mı­nı qə­bul edər­kən məq­sə­di­miz böl­gə­lə­rin hər­tə­rəf­li in­ki­şa­fı­nı tə­min et­mək və pay­taxtla öl­kə­nin qa­lan his­sə­si ara­sın­da­kı uy­ğun­suz­lu­ğu ara­dan qal­dır­maq olub. Hət­ta 2003-cü il­də ke­çi­ri­lən seç­ki­lər­dən ön­cə de­miş­dim ki, əgər xalq mə­nə eti­mad gös­tər­sə, ilk növ­bə­də re­gi­on­la­rın in­ki­şa­fı mə­sə­lə­si ilə məş­ğul ola­ca­ğıq və bu məq­səd­lə xü­su­si döv­lət proq­ra­mı qə­bul edi­lə­cək. Bu baş ver­di. 2004-2008-ci və 2009-2013-cü il­lə­ri əha­tə edən iki Döv­lət Proq­ra­mı, bu proq­ram­la­ra əla­və ola­raq 250 sə­nə­din im­za­lan­ma­sı və hə­ya­ta ke­çi­ril­mə­si re­gi­on­la­rın in­ki­şa­fın­da dö­nüş nöq­tə­si olub və böl­gə­lə­ri­mi­zin so­si­al-iq­ti­sa­di mən­zə­rə­si­ni də­yi­şib. Nə­ti­cə­də re­gi­on­lar­da­kı ic­ti­mai xid­mət­lə­rin key­fiy­yə­ti və so­si­al infrastruk­tur əsas­lı də­rə­cə­də tək­mil­lə­şib, biz­nes mü­hi­ti da­ha əl­ve­riş­li olub, sər­ma­yə­lər ar­tıb, min­lər­lə ye­ni mü­əs­si­sə is­ti­fa­də­yə ve­ri­lib və 900 mi­ni da­i­mi ol­maq­la, 1,2 mil­yon­dan ar­tıq ye­ni iş ye­ri ya­ra­dı­lıb. Son 10 il­də re­gi­on­lar­da məh­sul bu­ra­xı­lı­şı 3,2 də­fə, sə­na­ye is­teh­sa­lı isə 3,1 də­fə ar­tıb. Azər­bay­ca­nın bü­tün re­gi­on­la­rı və qə­sə­bə­lə­ri abad­la­şıb və mü­a­sir­lə­şib. İnam­la qeyd edə bi­lə­rəm ki, hə­ya­ta ke­çi­ril­miş proq­ram­lar öl­kə­mi­zin re­gi­on­la­rı­nın, ümu­mi­lik­də Azər­bay­ca­nın iq­ti­sa­di po­ten­si­a­lı­nın in­ki­şa­fı­na bö­yük töh­fə ve­rib.

- Qar­şı­nı­za qoy­du­ğu­nuz stra­te­ji məq­səd nə­dir?

- Gün­də­li­yi­miz­də­ki stra­te­ji məq­səd Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni bun­dan son­ra da güc­lən­dir­mək və öl­kə­mi­zi dün­ya­nın ən in­ki­şaf et­miş və rə­qa­bə­tə da­vam­lı öl­kə­lə­ri sə­viy­yə­si­nə yük­səltmək­dir. Bu­na gö­rə də mü­a­sir dün­ya­nın ça­ğı­rış­la­rı da nə­zə­rə alın­maq­la, re­gi­on­lar­da­kı sü­rət­li in­ki­şaf da­vam et­di­ri­lə­cək. İna­nı­ram ki, "Azər­bay­can Res­pub­li­ka­sı re­gi­on­la­rı­nın 2014-2018-ci il­lər­də so­si­al- iq­ti­sa­di in­ki­şa­fı Döv­lət Proq­ra­mı"nın və di­gər bö­yük la­yi­hə­lə­rin ic­ra­sı qey­ri-neft sek­to­ru­nun da­vam­lı in­ki­şa­fı­na şə­ra­it ya­ra­da­caq, ic­ti­mai xid­mət­lər və so­si­al infrastruk­tur da­ha da tək­mil­lə­şə­cək və Azər­bay­can dün­ya­nın apa­rı­cı öl­kə­lə­ri sı­ra­sı­na çı­xa­caq.

- Ye­ni ener­ji la­yi­hə­lə­ri­nin re­gi­on və dün­ya üçün əhə­miy­yə­ti ba­rə­də nə de­yə bi­lər­si­niz?

- Ha­zır­da Azər­bay­can bir sı­ra ye­ni transmil­li və re­gi­o­nal la­yi­hə­lər irə­li sü­rüb. Öl­kə­mi­zin hə­ya­ta ke­çir­di­yi ener­ji si­ya­sə­ti tək­cə bi­zim üçün de­yil, həm də re­gi­on və dün­ya üçün bö­yük əhə­miy­yət kəsb edir. Mə­lum ol­du­ğu ki­mi, 2013-cü il de­kab­rın 17-də Ba­kı­da Xə­zər də­ni­zi­nin Azər­bay­can sek­to­run­da­kı zən­gin qaz eh­ti­yat­la­rı­nın ha­si­la­tı və dün­ya ba­zar­la­rı­na çı­xa­rıl­ma­sı üz­rə "Şah­də­niz-2" bey­nəl­xalq ye­kun in­ves­ti­si­ya qə­ra­rı im­za­la­nıb. He­sab edi­rəm ki, TAP və TA­NAP la­yi­hə­lə­ri ilə ya­na­şı, "Şah­də­niz-2" dün­ya­nın ener­ji xə­ri­tə­sin­də ye­ni və­ziy­yə­tin ya­ran­ma­sı­na sə­bəb ola­caq və ta­ri­xə "XXI əs­rin kontrak­tı" ki­mi dü­şə­cək.

- Öl­kə­nin həm iq­ti­sa­di, həm də so­si­al in­ki­şa­fı, ey­ni za­man­da, həm də güc­lü bey­nəl­xalq sta­tus de­mək­dir. Xa­ri­ci si­ya­sə­ti­ni­zin uğur­la­rı ba­rə­də nə de­yə bi­lər­si­niz?

- Azər­bay­ca­nın hər­tə­rəf­li in­ki­şa­fı, iq­ti­sa­di po­ten­si­a­lı­nın güc­lən­mə­si, hə­ya­ta ke­çi­ri­lən fə­al xa­ri­ci si­ya­sət öl­kə­mi­zin nü­fu­zu­nun yük­səl­mə­si­ni, bey­nəl­xalq alə­mə da­ha sıx in­teq­ra­si­ya­sı­nı, iki­tə­rəf­li və çox­tə­rəf­li əla­qə­lə­rin möh­kəm­lən­mə­si­ni tə­min edib. Bu gün Azər­bay­can müs­tə­qil si­ya­sət yü­rü­dən, qlo­bal si­ya­si pro­ses­lər­lə və bey­nəl­xalq əla­qə­lər sis­te­mi ilə bağ­lı öz möv­qe­yi olan və bö­yük bey­nəl­xalq nü­fu­za ma­lik bir öl­kə he­sab edi­lir. 2011-ci il­də Azər­bay­ca­nın BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­na qey­ri-da­i­mi üzv se­çil­mə­si ta­ri­xi na­i­liy­yət və xa­ri­ci si­ya­sə­ti­mi­zin bö­yük uğu­ru, həm­çi­nin, dün­ya­da­kı nü­fu­zu­mu­zun gös­tə­ri­ci­si olub. Ay­dın gö­rü­nür ki, bey­nəl­xalq aləm döv­lə­ti­mi­zin möv­qe­yi­ni dəs­tək­lə­yir, ad­dım­la­rı­mı­zı təq­dir edir. Azər­bay­can bü­tün bey­nəl­xalq təş­ki­lat­lar­da lə­ya­qət­lə çı­xış edir və öz ma­raq­la­rı­nı hər şey­dən üs­tün tu­tur. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­na iki­il­lik üzvlü­yü­müz, həm­çi­nin, təş­ki­la­ta sədrlik döv­rün­də Azər­bay­can qlo­bal təh­lü­kə­siz­li­yə, dün­ya­da sül­hün bər­pa­sı­na və öl­kə­lər və si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­lo­qun in­ki­şa­fı­na öz töh­fə­si­ni ve­rib.

- Bey­nəl­xalq təş­ki­lat­lar­la, xü­su­si­lə Av­ro­pa İt­ti­fa­qı ilə mü­na­si­bət­lər han­sı və­ziy­yət­də­dir?

- Bi­zim dün­ya­nın apa­rı­cı bey­nəl­xalq təş­ki­lat­la­rı və ay­rı-ay­rı öl­kə­lər­lə mü­na­si­bət­lə­ri­miz də in­ki­şaf edib. Azər­bay­can ATƏT, Av­ro­pa Şu­ra­sı, İƏT və di­gər nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­lar­la sə­mə­rə­li mü­na­si­bət­lə­ri­ni da­vam et­di­rib. Ötən il biz vi­za qay­da­la­rı­nın sa­də­ləş­di­ril­mə­si ilə bağ­lı Aİ ilə mü­hüm bir mü­qa­vi­lə im­za­la­dıq. Bu, Aİ ilə əla­qə­lə­rin gös­tə­ri­ci­si­dir. Əmi­nəm ki, əmək­daş­lı­ğı­mı­zı in­ki­şaf et­dir­mək üçün Aİ ilə stra­te­ji tə­rəf­daş­lıq for­ma­tı­nın ya­ra­dıl­ma­sı­na na­il ola­ca­ğıq.

- Ye­ni tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri kon­tekstin­də Azər­bay­ca­nın na­i­liy­yət­lə­ri ba­rə­də nə de­yə bi­lər­si­niz?

- Re­gi­on öl­kə­lə­ri və dün­ya­nın apa­rı­cı döv­lət­lə­ri ilə qar­şı­lıq­lı eti­ma­da əsas­la­nan mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na əla­və ola­raq biz qey­ri-ənə­nə­vi tə­rəf­daş­lar­la da əla­qə­lər qu­ru­ruq. Av­ro­pa və Asi­ya­nın ənə­nə­vi öl­kə­lə­ri ilə əmək­daş­lıq mü­na­si­bət­lə­ri­ni ge­niş­lən­dir­mək­lə ya­na­şı, biz həm də Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın üzvlə­ri olan La­tın Ame­ri­ka­sı və Af­ri­ka öl­kə­lə­ri ilə si­ya­si, iq­ti­sa­di və hu­ma­ni­tar əla­qə­lə­ri in­ki­şaf et­di­ri­rik. Bu bi­zim xa­ri­ci si­ya­sə­ti­mi­zin pri­o­ri­tet­lə­rin­dən bi­ri­dir.

Ar­tıq bə­zi La­tın Ame­ri­ka­sı öl­kə­lə­ri Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də Azər­bay­ca­nın əda­lət­li möv­qe­yi­ni dəs­tək­lə­yib­lər. Ümu­mi­lik­də, dün­ya­nın 10 öl­kə­si Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin 1992-ci il­də Azər­bay­ca­nın Xo­ca­lı şə­hə­rin­də tö­rət­di­yi qır­ğı­nı soy­qı­rı­mı ak­tı ki­mi ta­nı­yıb. Bu öl­kə­lə­rin par­la­mentlə­ri mü­va­fiq qə­rar­lar qə­bul edib­lər. Növ­bə­ti il­lər­də biz öl­kə­mi­zin si­ya­si və iq­ti­sa­di po­ten­si­a­lı­nı da­ha da güc­lən­dir­mə­yə, bey­nəl­xalq nü­fu­zu­mu­zu ar­tır­ma­ğa, bey­nəl­xalq təş­ki­lat­lar­la, ay­rı-ay­rı öl­kə­lər­lə əmək­daş­lı­ğı­mı­zı ge­niş­lən­dir­mə­yə da­vam edə­cə­yik. Bi­zim xa­ri­ci si­ya­sə­ti­miz mil­li ma­raq­la­rın qo­run­ma­sı üzə­rin­də qu­ru­lub və bu is­ti­qa­mət­də la­zı­mi ad­dım­lar atı­la­caq.

- Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də hər han­sı irə­li­lə­yiş­dən da­nış­maq olar­mı?

- Tə­əs­süf­lə qeyd edim ki, xa­ri­ci si­ya­sə­ti­mi­zin mər­kə­zin­də da­ya­nan Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də heç bir irə­li­lə­yiş əl­də edil­mə­yib. Er­mə­nis­tan tə­rə­fi da­nı­şıq­lar pro­se­si­ni ge­cik­dir­mək üçün müx­tə­lif bə­ha­nə­lər­dən is­ti­fa­də edir və sta­tus-kvo­nu sax­la­ma­ğa ça­lı­şır. Ötən ilin son­la­rın­da da­nı­şıq­lar­da mü­şa­hi­də edi­lən can­lan­ma bi­zə 2014-cü il­də irə­li­lə­yiş ola­ca­ğı ilə bağ­lı mü­əy­yən ümid­lər ver­di. Er­mə­nis­tan rəh­bər­li­yi ba­şa düş­mə­li­dir ki, Azər­bay­can öz tor­paq­la­rın­da ikin­ci er­mə­ni döv­lə­ti­nin ya­ra­dıl­ma­sı­na heç za­man im­kan ver­mə­yə­cək. Mü­na­qi­şə Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də həll edil­mə­li­dir və həll edi­lə­cək. Mü­na­qi­şə həll olun­ma­dıq­ca, Er­mə­nis­tan döv­lə­ti bü­tün transmil­li və re­gi­o­nal la­yi­hə­lər­dən kə­nar­da qa­la­caq, er­mə­ni xal­qı­nın acı­na­caq­lı və­ziy­yə­ti da­ha da pis­lə­şə­cək və öl­kə­nin bü­tün im­kan­la­rı ta­ma­mi­lə tü­kə­nə­cək.

- Azər­bay­can 2015-ci il­də Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na ev sa­hib­li­yi edə­cək­dir. Ha­zır­lıq pro­se­si ne­cə ge­dir?

- 2014-cü il Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na ha­zır­lıq ba­xı­mın­dan çox əhə­miy­yət­li il­dir. Bil­di­yi­niz ki­mi, bu cür ge­niş­miq­yas­lı ya­rış­la­ra ha­zır­lıq pro­se­si 7-8 il vaxt tə­ləb edir. Av­ro­pa Oyun­la­rı­nı ke­çir­mək üçün bi­zim yal­nız iki il ya­rım vax­tı­mız var idi. Əmi­nəm ki, ya­rış­lar­la əla­qə­dar bü­tün məq­səd­lə­rə na­il ola­ca­ğıq. Təş­ki­lat Ko­mi­tə­si ya­ra­dı­lıb və ol­duq­ca məh­sul­dar fə­a­liy­yət gös­tə­rir. Oyun­la­rın ke­çi­ri­lə­cə­yi mə­kan­la­rın ti­kin­ti­si bu ilin so­nu­na­dək ta­mam­la­na­caq. Am­ma ha­zır­lıq pro­se­si müx­tə­lif bi­na­la­rın ti­kin­ti­si ilə məh­dud­laş­mır. Təh­lü­kə­siz­lik, nəq­liy­yat, Olim­pi­ya Kən­di­nin ya­ra­dıl­ma­sı, qo­naq­la­rın və id­man­çı­la­rın yer­ləş­di­ril­mə­si, məşqlə­rin ke­çi­ril­mə­si və s. mə­sə­lə­lər bö­yük diq­qət və səy tə­ləb edir. Azər­bay­ca­nın möv­cud po­ten­si­a­lı­nı, mü­a­sir id­man infrastruk­tu­ru­nun möv­cud­lu­ğu­nu və bey­nəl­xalq təd­bir­lə­rin ke­çi­ril­mə­si sa­hə­sin­də təc­rü­bə­si­ni nə­zə­rə al­saq, əmi­nəm ki, Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­nı göz­lə­ni­lən­dən də yük­sək sə­viy­yə­də təş­kil edə­cə­yik. Fak­ti­ki ola­raq, Bi­rin­ci Av­ro­pa Oyun­la­rı ilə bağ­lı Azər­bay­can­da ya­ra­dıl­mış stan­dartlar gə­lə­cək Av­ro­pa Oyun­la­rı üçün əsas təş­kil edə­cək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ