Bazar ertəsi günü, 30 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Vahid Avropada vahid siyasət zərurəti
Tarix: 01.07.2014 / 11:21
Bölmə: Siyasət
Avropa Şurasına üzvlük mexanizminə uyğun olaraq, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrlik funksiyalarını həyata keçirməyə başlayır. Bu münasibətlə AŞPA-nın 24 iyun iclasında çıxış edən ölkə başçısı cənab İlham Əliyev son onillikdə ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən köklü dəyişikliklərin qısa xülasəsini təqdim etdi.
Ölkə başçısı əsas strateji tərəfdaş kimi güclü və sabit Avropa ilə sıx əməkdaşlığın Azərbaycanın milli maraqlarına cavab verdiyini və buna görə də Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq Avropa İttifaqı ilə çoxtərəfli, sıx və ardıcıl əməkdaşlıq etdiyini vurğuladı. Hələ 1996-cı ildə "Tərəfdaşlıq və Əməkdaşlıq müqaviləsi"nin imzalanmasından sonra qarşılıqlı əməkdaşlığın müvafiq mexanizmləri işlənib hazırlanmış, 2004-cü ildə isə Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil olmuşdur. 2008-ci ildən etibarən Azərbaycanın Şərq Tərəfdaşlığı Təşəbbüsündə iştirakı nəticəsində Avropa İttifaqı ilə münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı münasibətlərin prioritet istiqamətlərindən biri olmaqla həm Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına, həm də Avropa İttifaqının enerji təchizatının diversifikasiyasına əlverişli zəmin formalaşdırmışdır. Bütün bunlar sabit Avropanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Təsadüfi deyil ki, Avropaya və Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında ifadə olunmuşdur. Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Жoze Manuel Barrozu ilə son görüşündə və eləcə də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında Avropa İttifaqı ilə münasibətləri Azərbaycan üçün prioritet adlandırması ölkəmizin tutduğu siyasi yolun konturlarını və tərəddüdsüzlüyünü aydın şəkildə ifadə edir.
Azərbaycanın Avropa İttifaqı ilə strateji münasibətləri daim inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etməklə yanaşı, Prezident İlham Əliyev bu gün Avropa məkanında həllini gözləyən problemlərə də toxundu. Əlbəttə, bu iclasda Avropa problemlərini təfsilatı ilə araşdırmaq mümkün olmazdı və buna görə də cənab İlham Əliyev Azərbaycanın bu quruma sədrlik edəcəyi müddətdə Avropa dövlətlərinin diqqətini mövcud problemlərin həllinə yönəltmək istiqamətində fəal iş aparılacağını bəyan etməklə kifayətləndi. Lakin geniş tərəfdaşlıq əlaqələrimizin olduğu Avropa İttifaqında baş verən hadisələr AŞ üzvü kimi Azərbaycana da təsirsiz ötüşmür. Bu baxımdan Avropa İttifaqında bu gün baş verən proseslərə, xüsusilə ziddiyyətli məqamlara obyektiv nəzər salmaq ölkəmizlə Aİ arasında ardıcıl və sistemli siyasi münasibətlərin formalaşdırılması baxımından olduqca önəmlidir.
Avropa İttifaqının təşəkkülünə aparan yolu bütövlükdə dünya tarixinin fenomenal hadisəsi hesab etmək olar. İnsanların, əmtəə və xidmətlərin, kapitalın azad hərəkəti ideyasını İttifaqın təməl prinsipləri kimi qəbul etməklə, Aİ regional əməkdaşlıq və inteqrasiyanın nümunəvi modelini yaradıb. 1993-cü ildə Maastrix müqaviləsinin imzalanması ilə artıq iqtisadi, ticari münasibətlərin dərin kök saldığı Avropa məkanında həm də regional siyasi birliyin əsası qoyuldu. Avropa İttifaqının baş tutması digər regionların ölkələrinə də beynəlxalq münasibətlər sistemində yeni inteqrativ proseslərin örnəyini təqdim etmək baxımından tarixi hadisəyə çevrildi. Təsadüfi deyil ki, Avropa İttifaqının təsis olunmasından sonra Şərqi Asiyada, Afrikada, Cənubi Amerikada, eləcə də türk dövlətləri coğrafiyasında regional əməkdaşlığın dərinləşdirilməsinə yönələn regional birlik modelləri üzərində diskussiya və təşəbbüslər müntəzəm hal aldı.
Lakin bu gün Avropa İttifaqına daxil olan dövlətlər və onların xalqları əvvəllər çox nikbinliklə təşviq edilən İttifaq coğrafiyasının genişlənməsinə, xüsusilə mövcud iqtisadi durumun perspektivinə skeptik yanaşmağa başlamışlar. Bu gün İttifaqa üzv dövlətlərdə cərəyan edən hadisələrin, hərdənbir təzahür edən radikallaşma meyllərinin, bütövlükdə regionda baş verən proseslərin Avropa İttifaqı kimi nümunəvi regional birliyin dayaqlarını sarsıda biləcək qədər təhlükəli xarakter alması da diqqətdən yayına bilməz. Demək olar ki, istisnasız olaraq bütün Avropa ölkələrində vaxtaşırı baş verən etiraz nümayişləri, Avropa parlamentinə son seçkilərdə bəzi ölkələrdə ifrat sağçı qüvvələrin çox səs toplaması bütövlükdə Avropa cəmiyyətində inamsızlıq sindromunun mövcudluğunu əks etdirir. Avropa İttifaqı kimi unikal və konstruktiv bir qurumun belə bir durumla üzləşməsinin bir sıra siyasi, iqtisadi və sosial səbəbləri var.
Avropa İttifaqı özünün ən yüksək inteqrasiya səviyyəsinə çatdıqdan, yəni Maastrix müqaviləsinin imzalanmasından sonra üzv dövlətlərin bir çox suveren hüquqlarının Avropa İttifaqı təsisatlarına ötürülməsi prosesi başlandı. Avropa Parlamenti, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Ədalət Məhkəməsi, Avropa Mərkəzi Bankı kimi dövlətüstü təsisatlar üzv dövlətlərin icra, qanunverici və məhkəmə səlahiyyətlərinin əhəmiyyətli bir qismini öz üzərinə götürdü. Avropa İttifaqının coğrafi sərhədlərini nəzərəçarpacaq dərəcədə genişləndirməyə başladığı 2004-cü ilə qədər qeyd olunan təsisatların fəaliyyəti ilə üzv dövlətlərin hakimiyyətləri arasında hər hansı ciddi fikir ayrılığına rast gəlinmir. Lakin məhz bu tarixdən - 2004-cü ildən sonrakı dövrdə Avropa İttifaqında baş verən siyasi proseslər fərqli istiqamət almağa başladı. 2008-ci ildən etibarən başlayan ümumdünya maliyyə böhranı və bu böhranın Avropa İttifaqına daxil olan dövlətlərdə özünü daha kəskin şəkildə büruzə verməsi İttifaq tərkibində ciddi fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasına yol açdı.
Avropa İttifaqının genişlənməsi zahirən nə qədər sistemli və harmonik proses kimi görünsə də, yeni üzv dövlətlərin İttifaq daxilindəki siyasi və iqtisadi rolu qısa zaman kəsiyindən sonra müzakirə obyektinə çevrildi. Avropa İttifaqı üzv olmaq istəyən dövlətlər üçün nə qədər ilkin tələblər irəli sürsə də, həmin dövlətlər üzvlük statusu qazandıqdan az sonra onların bu tələbləri lazımınca yerinə yetirmədiyi üzə çıxmağa başladı. Macarıstan, Kipr, Bolqarıstan, Rumıniya kimi dövlətlərin üzvlüyü İttifaqın Almaniya, Böyük Britaniya, Fransa kimi həlledici üzv dövlətləri və onların vergi ödəyiciləri üçün artıq yük kimi qiymətləndirilir. Bu proses Avropa İttifaqının coğrafiyasının genişlənməsinə qarşı çıxışların, hətta İttifaqı tərk etmək barədə çağırışların ortaya çıxmasına səbəb olur. Belə olan halda, daha zəif iqtisadiyyata və daha az ÜDM-ə malik üzv dövlətlərə böyük həcmdə subsidiyaların ayrılmasını tələb edən Avropa İttifaqı institutları ilə güclü iqtisadiyyata malik üzv dövlətlər arasında ciddi ixtilafların yaranması təbii və gözləniləndir. Avropanın iqtisadi cəhətdən güclü dövlətləri öz büdcə kəsirlərinin sürətlə artdığı bir məqamda iqtisadiyyatı zəif olan üzv dövlətlərə maliyyə yardımının ayrılmasına qəti şəkildə etiraz edirlər. Belə bir vəziyyətin davamlı olub ənənəyə çevriləcəyi ehtimalları isə güclü dövlətlərin etirazçılıq ruhunu daha da artırır. Bu amil iki əsas ziddiyyətli məqamı ortaya çıxarır: Avropa İttifaqına yeni üzv olmuş dövlətlər, gözləntilərinin əksinə olaraq, regional inteqrasiyanın gətirdiyi üstünlüklərdən yararlanmaq imkanından tam istifadə edə bilmir. Həmin dövlətlər Avropa İttifaqının bir parçası olaraq iqtisadiyyatlarını stimullaşdırmaq üçün İttifaqın dayanıqlı iqtisadiyyata malik üzv dövlətlərindən lazım olan siyasi-iqtisadi-maliyyə dəstəyini almaqda çətinlik çəkir. Bu da, öz növbəsində, yeni üzv dövlətlərin hakim elitasında, eləcə də bütövlükdə cəmiyyətdə Avropa İttifaqına münasibətdə "puç olmuş xəyallar" effektini yaradır. Bununla yanaşı, bir zamanlar Avropa İttifaqının genişlənməsinə hər vəchlə dəstək verəcəklərini bəyan edən əsas İttifaq üzvlərinin - "Avropa Patriarxlarının" yeni üzv dövlətlərin problemlərinə indeferent və "sayğısız" münasibət göstərmələri bu məkanda qarşılıqlı etimad mühitinin zədələnməsinə gətirib çıxarır.
Avropa İttifaqı regional iqtisadi inteqrasiya proseslərinin intensiv getdiyi məkan olduğuna görə İttifaqa daxil olan ölkələrin iqtisadiyyatları bu inteqrasiya modelinin tərkib hissəsinə çevrilmişdir. Bu hal özünü avrozonaya daxil olan ölkələrdə daha aydın şəkildə büruzə verir. Belə olan halda, bir üzv ölkədə baş verən iqtisadi və maliyyə təlatümlərinin digər üzv dövlətə təsir etmə reallığı qaçılmazdır. Bu baxımdan, təkcə Avropa İttifaqına yeni üzv olmuş dövlətlər deyil, eyni zamanda İttifaqın təsisçi dövlətlərindən biri olan İtaliya, həmçinin keçən əsrin 80-ci illərindən Avropa siyasi-iqtisadi məkanının tərkib hissəsi kimi çıxış edən Yunanıstan, İspaniya kimi avrozonaya daxil olan dövlətlər də ciddi iqtisadi və maliyyə böhranı ilə üz-üzədir. Belə bir vəziyyət İttifaq daxilində onsuz da kövrək olan münasibətlərin daha da korlanmasına gətirib çıxarır. Avropa İttifaqının əsas institutlarından biri olan Avropa Mərkəzi Bankı avrozonaya daxil olan İtaliya, İspaniya və Yunanıstana maliyyə yardımı göstərilməsinin ilkin şərti kimi sərt qənaət və büdcə restrukturizasiya tədbirlərini həyata keçirməyi təklif edir. Bu dövlətlərin hökumətləri tərəfindən büdcə islahatları adı altında həyata keçirilən tədbirlər isə cəmiyyət daxilində kəskin ziddiyyətlərin, narazılıqların yaranmasına gətirib çıxarır. Artıq bu gün Yunanıstan, İtaliya kimi dövlətlərin vətəndaşları düşdükləri ağır durumun əsas səbəbkarları kimi Avropa İttifaqının baza institutlarını və İttifaqın əsas söz sahibi olan dövlətlərini qınayır. Qarşılıqlı olaraq Avropa İttifaqının institutları, eləcə də Almaniya və Böyük Britaniya kimi dövlətlər də mövcud iqtisadi-maliyyə problemlərini vaxtında aşkarlamadıqlarına və preventiv tədbirlər görmədiklərinə görə Yunanıstan, İspaniya və İtaliya hökumətlərini ittiham edir. Göründüyü kimi, üzv dövlətlər və Avropa İttifaqının institutları Birliyin qarşılaşmış olduğu problemlərin həlli yollarını axtarmaq əvəzinə, qarşılıqlı ittihamlara əsaslanan və etimadsızlıq mühitinin dərinləşdirən təhlükəli siyasi xətt yürüdür.
İqtisadi-maliyyə böhranının təsirlərini maksimum dərəcədə azaltmağa cəhd edən üzv dövlətlərdə artıq iqtisadi milliyətçilik anlayışı meydana gəlmişdir. Avropa İttifaqında iqtisadi inkişafın az da olsa müşahidə olunduğu Böyük Britaniya və Almaniya dərin iqtisadi problemlərlə üzləşən üzv dövlətlərdən gələ biləcək təhlükəni önləmək üçün proteksionist siyasət həyata keçirməkdə maraqlı görünür. Artıq bu dövlətlərdə hətta böhranlı ölkələrin vətəndaşlarına qarşı immiqrasiya qaydalarının sərtləşdirilməsi məsələsi gündəmə gətirilir. Bu isə Avropa İttifaqının təməl prinsiplərindən olan insanların azad hərəkəti ideyası ilə açıq şəkildə təzad təşkil edir.
Digər ziddiyyətli məqam ondan ibarətdir ki, bir zamanlar Avropa İttifaqının genişlənməsini özlərinin prioritet istiqamətləri kimi qəbul edən dövlətlər bu gün, tamamilə əksinə olaraq, İttifaqın dayaqlarını sarsıtmağa meylli siyasət yürüdür. Özlərini demokratiyanın beşiyi adlandıran Böyük Britaniya, Fransa, Almaniya kimi dövlətlərin hökumətləri öz siyasi hakimiyyətlərinin birtərəfli fəaliyyətlərini və digər nöqsanlarını ört-basdır etmək üçün bütün məsuliyyəti bir təsisat olaraq Avropa İttifaqının üzərinə atmağa çalışır. Bəlkə də belə bir siyasətin yürüdülməsi qısamüddətli siyasi dividend əldə etməyə, Avropa İttifaqından narazı elektoratın səsini qazanmağa kömək edə bilər. Məsələn, 2013-cü ilin yanvarında Böyük Britaniyanın baş naziri David Kemeronun mühafizəkarlar növbəti seçkilərdə qələbə qazanacağı təqdirdə İttifaqı tərk etmək və ya onun tərkibində qalmaq barədə referendum keçiriləcəyini bəyan etməsi, ölkəsinin uzunmüddətli maraqlarını təmin etməkdən daha çox, Avropa İttifaqından narazı elektoratın səsini qazanmağa xidmət edirdi. Əlbəttə, Avropa İttifaqının qarşılaşmış olduğu problemləri inkar etmək mümkün deyil. Lakin bu problemlərin qarşılıqlı əməkdaşlıq əsasında siyasi həlli yollarının axtarılması əvəzinə uzun illərin zəhməti hesabına formalaşmış Birliyi tərk etmək çağırışları Avropa dəyərlərinə dönüklükdən başqa bir şey deyil. Belə siyasi xətt uzunmüddətli perspektivdə uğurlu hesab edilə bilməz.
İttifaq daxilində münasibətlərin daha da gərginləşməsinə, xalqların birgəyaşayış ənənələrinin pozulmasına gətirib çıxaran belə siyasi mövqeyin ortaya qoyulması Avropa İttifaqının təməl prinsiplərinin sarsıdılması deməkdir. Bu prosesin mərkəzdənqaçmaya və daha sonra "separatçılığa" aparıb çıxarmayacağına isə heç kim təminat verə bilməz.
Avropa Parlamentinə keçirilən son seçkilər də Avropada radikallaşma tendensiyasının nə qədər təhlükəli xarakter aldığını tam aydınlığı ilə göstərir. Bu seçkilərdə Avropanın millətçi partiyalarının Avropa Parlamentində müəyyən həddə təmsilçilik əldə edəcəyi proqnozlaşdırılsa da, parlament yerlərinin əksəriyyətinin ultra-millətçi partiyaların nümayəndələri tərəfindən tutulacağını çoxları gözləmirdi. Lakin Avropa İttifaqına üzv dövlətlər və Avropa İttifaqı institutları sanki gözləmədikləri nəticə ilə üz-üzə qaldı. Artıq bu gün Avropa Parlamentində 9 ultra-sağçı partiya təmsil olunmaqdadır. Neo-nasistlərdən tutmuş özlərini milli cəbhənin fədakar üzvləri adlandıranlara qədər Avropa üçün böyük təhlükə vəd edən bütün qüvvələrin Avropa Parlamentində təmsilçilik qazanması Avropa İttifaqının qayəsini təşkil edən regional inteqrasiya, bərabərhüquqlu tərəfdaşlıq, demokratiya, tolerantlıq kimi dəyərlərin aşınma mərhələsinə daxil olduğunu deməyə əsas verir. Bu isə elə bir prosesdir ki, sunami dalğaları kimi, indiyədək formalaşmış bütün Avropa dəyərlərini silib-süpürmək iqtidarındadır.
Avropa Parlamentində qələbə qazanmış ultra-millətçi partiya nümayəndələrinin fikirləri Avropa İttifaqının gələcək taleyinə ciddi şəkildə kölgə salmaqdadır. Məsələn, Fransanın Milli Cəbhə partiyasının rəhbəri xanım Marin Lö Pen Avropa Parlamentinə keçirilən seçkilərdə partiyasının qələbə qazanmasını belə şərh edir: "... Fransa ucadan və aydın şəkildə bəyan etdi ki, o, Brüsseldəki xarici komissarlar tərəfindən deyil, fransızlar tərəfindən, fransızlar üçün və fransızlarla idarə olunmalıdır". Əslində bu fikir orijinal deyil, vaxtilə ABŞ-ın 16-cı, Respublikaçılar Partiyasından olan ilk prezidenti Avraam Linkolnun məşhur ifadəsinin - "Xalqın idarəçiliyi, xalq tərəfindən idarəçilik, xalq üçün idarəçilik" deyiminin dəyişdirilmiş, daha doğrusu, "fransızlaşdırılmış" formasıdır. Buna oxşar populist bəyanatlar Avropanın digər millətçi partiyalarının nümayəndələri tərəfindən də səslənir. Məsələn, Avstriyanın ultra-sağçı Azadlıq Partiyasının əsas fiqurlarından biri olan Andres Molzerin Avropa İttifaqını "zəncilərin konqlomeratı" adlandırması və bütün problemlərin sanki immiqrantlardan irəli gəldiyini əsaslandırması Avropada millətçilik kimi təhlükəli bir tendensiyanın gücləndiyini göstərir. Göründüyü kimi, Avropa İttifaqında radikallaşma meylləri artıq siyasi piramidanın ən yüksək pillələrində müşahidə edilməkdədir. Ən narahatedici məqam isə Avropa vətəndaşlarının son seçkilərdə məhz bu partiyalara həvəslə səs vermələridir. Beləliklə, bir sıra üzv dövlətlərlə Avropa İttifaqı arasında qarşılıqlı münasibətlərdə dərinləşməkdə olan etimadsızlıq mühiti millətçi partiyaların daha çox səs toplamalarının başlıca səbəbi kimi göstərilə bilər. Bu onu göstərir ki, artıq üzv dövlətlərin vətəndaşları həm öz hakimiyyətlərini, həm də bütövlükdə İttifaq strukturlarını getdikcə ağırlaşmaqda olan sosial-iqtisadi problemlərin əsas səbəbkarı kimi görür. Belə olan halda, millətçi qüvvələr hakimiyyətə qarşı inamsızlıq şəraitindən və xalqın milli kimlik hisslərindən məharətlə istifadə edərək öz mövqelərini möhkəmləndirməyə nail olur. Proseslər belə cərəyan edəcəyi təqdirdə millətçi partiyaların üzv dövlətlərdə şəriksiz aparıcı siyasi qüvvələrə çevriləcəyini proqnozlaşdırmaq heç də çətin deyil. Bu isə Avropa İttifaqının və uzun illər ərzində formalaşmış Avropa dəyərlərinin sonu demək olardı.
Bütün bunlara baxmayaraq, Avropa İttifaqının Şurası tərəfindən qəbul olunmuş, Avropa İttifaqının 2020-ci ilə qədər əsas inkişaf istiqamətlərini müəyyən edən "Avropa 2020" inkişaf strategiyası kontinentdə güclənməkdə olan radikallaşma, millətçilik, dezinteqrasiya meyllərinin qarşısının alınmasına yönələn heç bir kollektiv və kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutmur.
Eyni zamanda, son zamanlar Avropanın şərqində baş verən proseslər Avropa İttifaqının həm də siyasi təsisat kimi regionda oynadığı rolu gündəmə gətirib. Bir çoxları Avropa İttifaqının Ukrayna ətrafında baş verən hadisələrə münasibətdə sərgilədiyi mövqeyin yetərincə qətiyyətli olmadığı və münasibətlərin nizama salınması üçün malik olduğu siyasi təsir vasitələrindən səmərəli şəkildə istifadə etmədiyi qənaətindədir. Və sözsüz ki, haqlıdırlar. Ümumiyyətlə, Ukrayna hadisələri Avropa İttifaqının vahid xarici siyasət xəttinin hələ də formalaşmadığını açıq-aydın göstərir. Güclü hesab etdiyimiz üzv dövlətlər tərəfindən faktiki olaraq Avropada bir dövlətin coğrafi sərhədlərinin dəyişdirilməsinə qarşı quru bəyanatlardan və məhdud təsirə malik sansksiyalardan başqa hər hansı ciddi addımlar atılmadı. Avropaya ən yaxın coğrafi məkanda baş verən və qlobal dünya düzəninə təsir edən hadisələrə qarşı Avropa İttifaqının vahid mövqe ortaya qoya bilməməsi bu regional birliyin kənar və qəfil təhdidlərə qarşı hazırlıqsız olduğunu sübut etdi. Belə bir dramatik vəziyyətdə Avropa İttifaqının təhlükəsizliyinin qarantı kimi çıxış edən NATO-nun hərbi blokdan daha çox siyasi təşkilat kimi davranması kənar təhdidlərə qarşı real müdafiə mexanizminin kifayət qədər təsirli olduğunu şübhə altına alır. Rusiyanın suveren Avropa dövlətinə - Ukraynaya qarşı açıq hərbi müdaxiləsi sanki sarsıntı keçirən və çaşqınlığa düşən Avropa İttifaqının Şərqi Avropaya və Rusiyaya münasibətdə bir-biri ilə uzlaşmayan ikili siyasətini üzə çıxardı. Krım hadisələrindən ruhlanan etnik azlıqların, eləcə də İtaliyada, İspaniyada, Böyük Britaniyada qatı millətçi qüvvələrin bu proseslərdən istifadə edərək Avropanın müxtəlif yerlərində qeyri-sabitlik yaratmaq təhlükəsi artıq reallığa çevrilə bilər. Nəticədə separatçılıq meylləri Avropanın mərkəzinə doğru irəliləyə bilər.
Təəccüb doğuran odur ki, Avropa İttifaqına üzv dövlətlər, İkinci Dünya müharibəsindən sonrakı dövrdə olduğu kimi, yaranmış problemləri aradan qaldırmaq üçün səylərini birləşdirməkdən daha çox, bu gün ayrı-ayrılıqda özlərini düşünməyə, tək xilas olmağa meyllidirlər. Bu gün Avropa İttifaqının vahid siyasi sistem olaraq nə özünün əsas müttəfiqi olan ABŞ-a, nə Avrasiya dövlətlərinə, nə daimi müharibə şəraitində olan İslam Şərqinə, nə də ümumiyyətlə, beynəlxalq birliyə münasibətində "Vahid Avropa" siyasətinin mövcud olduğunu iddia etmək mümkündür. Halbuki, Avropa siyasətində belə bir sistemli yanaşma, təxminən, on il bundan qabaq daha aydın sezilirdi. Bu baxımdan, Avropa İttifaqına üzv dövlətlər arasında İttifaqdaxili ziddiyyətlərin aradan qaldırılmasına, getdikcə genişlənməkdə olan radikallaşma meyllərinin qarşısının alınmasına yönəlmiş vahid siyasət konsepsiyasını hazırlayaraq onun gerçəkləşdirməsinə ciddi ehtiyac hiss olunmaqdadır. Avropa məkanının iyirminci əsrdə üzləşdiyi çətinliklərdən birgə səylər nəticəsində çıxmaq təcrübəsi Avropa İttifaqının bu günlərdə qarşılaşdığı problemlərə də sinə gərmək iqtidarında olduğunu deməyə əsas verir. Lakin bunun üçün ilk öncə üzv dövlətlərin siyasi iradə nümayiş etdirərək öz vətəndaşlarını birgəyaşayış ənənələrini qoruyub saxlamağa inandırmaları, "Vahid Avropa" ideyasına yeni nəfəs vermələri olduqca zəruridir. Bu təkcə Avropa üçün yox, bütövlükdə region üçün, eləcə də Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan üçün olduqca vacibdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ