Bazar ertəsi günü, 30 noyabr 2026
     

Ərdoğanı İŞİD-ə terrorçu demədiyinə görə küncə sıxıblar

Image


Qardaş Türkiyədə prezident seçkilərinə az müddət qaldığı bir vaxtda siyasi hadisələrin inkişaf axarı daha maraqlı xarakter alır. Məhz belə bir vaxtda Türkiyənin indiki dövlət başçısı Abdullah Gül qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl jurnalistlərə açıqlama verən A.Gül deyib: "Mən namizəd olmayacağam.
Bunu, əslində, martın 30-da bələdiyyə seçkilərindən əvvəl biz öz aramızda danışmışdıq. Bunu Tayyib bəyin özünə də söyləmişdim. Ona görə də namizədliyimi verməyəcəyəm".
Gülün bu açıqlaması fonunda prezident seçkisində Ərdoğanın namizədliyi dəqiqləşib. Bu, "Mərkəz Qərar İdarə Heyəti"nin konfransında qərara alınıb. Hökumətə yaxın "Türkiyə" qəzeti artıq son qərarın verildiyini və Ərdoğanın prezident seçkisində namizəd olacağını bildirib. Bununla bağlı artıq AKP-nin vəkilləri imzatoplama kampaniyasına başlayıb. AKP-nin namizədinin ictimaiyyətə açıqlanması iyulun 1-nə planlaşdırılıb. Ərdoğanın namizədliyini açıqlayacaq şəxsin onun müavini Məhmət Ali Şahin olduğu iddia olunur. AKP-nin 313 millət vəkilinin imzası ilə Ərdoğanın namizədliyini təsdiq edən sənədin iyulun 1-i Türkiyə Parlamentinə təqdim olunacağı yayılan məlumatlarda yer alıb.
Müxalif düşərgədə isə vəziyyət heç də qənaətbəxş sayılmır. Türkiyə Böyük Millət Məclisinin Cumhuriyyət Xalq Partiyasından (CHP) olan deputatı Mətin Lütfi Baydar məsələ ilə bağlı bildirib: "Bildiyiniz kimi, Cumhuriyyət Xalq Partiyası ilə Milliyətçi Hərəkat Partiyası bir araya gələrək İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlunu vahid namizəd kimi irəli sürüb. Hadisələrin hansı məcrada inkişaf edəcəyini isə sonrakı proseslərdə görəcəyik. Biz hələ qarşıdakı günlərdə hansı namizədlərin ortaya çıxacağını bilmirik. Biz, əslində onun vahid namizədliyini irəli sürməklə, AKP-yə qarşı vahid blok yaratmaq istəyirik".
Lakin Ekmələddin İhsanoğlunun namizədliyi ilə bağlı CHP-də hələ də böyük böhran yaşanır. Belə ki, Ekmələddin İhsanoğlunun prezidentliyə namizəd göstərildiyi, 111 millət vəkili tərəfindən imzalanan ərizə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə təqdim edilib. Cumhuriyyət Xalq Partiyasından olan 21 millət vəkili isə ərizəni imzalamayıb. Ərizəni imzalamayan millət vəkilləri arasında sabiq CHP lideri, Antalya millət vəkili Deniz Baykal, TBMM-in sədr müavini Güldal Mumcu, Ankara millət vəkili Əminə Ülkər Tarhan, Tunceli millət vəkili Hüseyn Aygün də var. Bütün bunlar müxalifətin vahid namizədinin qələbə şanslarını daha da azaldır. Belə bir vaxtda müxalifət seçkidə dividend əldə etmək üçün İŞİD kartından yararlanmağa can atır. Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bəyan edib ki, Ərdoğan amansız İŞİD-ə rəğbət bəsləyir: "Yaxın Şərqdə qan gövdəni keçib. "Bölgəyə silah göndərməyin" deyə xahiş etdik. Onlara silahı Türkiyə dövləti göndərməsin. O regiondakı sakitlik bizim ölkəmizdə də sakitlik deməkdir. Heç bir cəmiyyət qardaşlıq münasibətlərindən zərər görməz. Amma müharibə hər zaman zərər verir. İndi İŞİD yaranıb və Ərdoğan onu "terror təşkilatı" adlandırmır. Bunu anlamıram. Siyasəti bir kənara qoyuram; bunu sadə bir insan olaraq anlamıram. İnsana zülm edən, amansızca qətlə yetirən birinə necə rəğbət bəsləmək olar?".
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da partiyanın fraksiya iclasında analoji mövqe sərgiləyib: "Mosul konsulluğuna hücum edən İŞİD həm də Türkiyəyə hücum edib. Hörmətli baş nazir, namərd damğasının üzərinə vurulmasını istəmirsənsə, İŞİD-i "terrorçu" adlandıran mövqedə dayan. Türkiyənin Mosuldakı konsulluğunda 49 nəfər girov götürülərkən qarşıdurmanın baş verməməsi çox maraqlıdır. Aydın olduğu kimi, AKP-dən Mosula göndərilən əmr də bu istiqamətdədir. Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına görə, Türkiyənin Mosuldakı Baş Konsulluğu toxunulmazdır. Beynəlxalq hüquqa görə, konsulluğun olduğu sahə Türkiyə torpaqlarıdır. Yəni İŞİD həm də Türkiyəyə hücum edib. Bu təşkilat Vətən torpaqlarını qəsb edib". Onun sözlərinə görə, Ərdoğandan bu gedişlə əsla prezident olmayacaq: "Hörmətli Ərdoğan, gəl bu arzundan imtina et, inad etmə və millətimizə namizəd olmayacağını açıqla. Baş nazirlikdən yorulmusansa, bir az da səbr et, dişini sıx. Allahın izni ilə, bir il keçməz, səni seçki yolu ilə oradan endirib dəftərini bükərik, buna əmin ol!". Qeyd edək ki, Türkiyədə prezident seçkisi avqustun 10-da keçiriləcək. Namizədlərdən biri 51-%-lik barajı aşmayacağı təqdirdə ikinci tur avqustun 24-də baş tutacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ