Bazar ertəsi günü, 30 noyabr 2026
     

Ukrayna da qaz məsələsində ümidini Azərbaycana bağlayıb

Image


Rusiya ilə Ukrayna arasında qaz ziddiyyətlərinin də artdığı bir vaxtda Kiyev yenidən Azərbaycanda hasil edilən mavi yanacağa böyük maraq göstərməyə başlayıb. Hesab edilir ki, perspektivdə Ukraynanın təbii qazla bağlı təhlükəsiz təminatı daha çox Azərbaycanla əməkdaşlıqdan asılı olacaq. İndilikdə isə Rusiya qaz məsələsində Ukraynanı sıxmaqda davam edir.
Belə ki, "Qazprom" Ukrayna ilə danışıqlar uğurla sonuclanmayacağı təqdirdə Kiyevin qazını kəsəcəyini açıqlayıb. Xatırladaq ki, "Qazprom"la Ukraynanın "Naftoqaz" şirkəti arasında baş tutan son danışıqlar da nəticəsiz qalıb. "Qazprom" Ukraynanın qaz borcunun 4,5 milyard dolları ötdüyünü və bu səbəbdən də hər min kubmetr qazı onlara 485 dollara satacaqlarını deyir. Amma rəsmi Kiyev bu təkliflə razılaşmır və qiymətlərin əvvəlki kimi olmasını istəyir. Жurnalistlərə açıqlama verən "Qazprom" rəsmisi Sergey Kupriyanov Ukrayna borcunu ödəməyəcəyi təqdirdə bu ölkəyə satılan qazın kəsiləcəyini deyib. Xatırladaq ki, Yanukoviç hakimiyyətinin son aylarında rəsmi Kiyev qazın hər min kubmetrinə görə Rusiyaya 269 dollar ödəyirdi.
İndi isə tərəflərin razılaşması dalana dirənib. Məhz belə bir vaxtda məlum olub ki, Ukrayna "TransAnadolu" (TANAP) qaz kəməri layihəsinin tikintisində iştirak etmək imkanlarını dəyərləndirir. "Ukrtransqaz" şirkəti baş mühəndisinin müavini Oleq Mixaleviç bununla bağlı qeyd edib: "TANAP-ın çox güclü layihə olacağını nəzərə alaraq, Ukrayna bu qaz kəmərinin öz ərazisindən keçməsində maraqlıdır". Mixaleviçin sözlərinə görə, qazın təchizat terminalı qismində Xorvatiyanın Aralıq dənizində tikintisinə hazırlaşdığı LNG terminalı ola bilər. O, həmçinin əlavə edib ki, Ukraynanın qaz şaxələnməsində iştirakı gələcəkdə ölkəsini Şərqi Avropa dövlətlərinə mavi yanacağın təminatında mühüm tranzit ölkəyə çevirə bilər. Xatırladaq ki, bir müddət öncə Ukraynanın keçmiş energetika və daş kömür sənayesi naziri Eduard Stavitski ölkəsinin TANAP layihəsində iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban isə məsələni belə şərh edir: "Rəsmi Kiyev ölkəyə qaz idxalı üçün başqa mənbələrdən istifadə etmək istəmələri ilə bağlı planlarının olmasını dəfələrlə açıqlayıb. Burada nəzərdən keçirilən variantlar çox olsa da, ən əhəmiyyətlilərindən biri TANAP-ın olduğu deyilir. Əslində, məsələ TANAP vasitəsilə Avropa bazarlarına çatdırılan Azərbaycan qazının Ukraynaya satılmasıdır. Ukrayna burada "interkonnektorlar" deyilən ölkələr arasındakı birləşdirici xətlərin çəkilməsini istəyir. Bu o deməkdir ki, rəsmi Kiyev bu məqsəd üçün Avropa Birliyi ölkələri ilə razılaşmağa çalışacaq. Amma satılacaq qazın qiyməti ilə bağlı heç bir məlumat yoxdur. Sadəcə, qazın satın alınması ilə bağlı ideyalar var".
Ukraynanın TANAP-la bağlı ideyasının reallaşmasına Rusiyanın hansısa maneələr yaratmaq ehtimalının az olduğunu deyən ekspert "axar" portalına açıqlamasında bunun üçün rəsmi Moskvanın Avropa Birliyi ilə qarşı-qarşıya gələcəyini deyir: "Hesab edirəm ki, Rusiyanın bu məsələyə mane olması mümkün deyil. Rusiya bu işin qarşısını necə ala bilər?! Onda gərək getsin Rumıniyada, Bolqarıstanda qaz kəmərlərini bağlasın. Bu mümkünsüz bir işdir. Digər tərəfdən də düşünürəm ki, Rusiya heç bunun qarşısını almaq niyyətində də deyil".
Bu arada onu da qeyd edək ki, Kiyevin qazla təmin olunması Polşanın "Gaz System" adlı şirkətinə həvalə edilib. Polşa Ukraynaya qaz satışında da fəallıq göstərir. Qeyd edək ki, rəsmi Kiyev Polşadan ilk dəfə 2012-ci ildə qaz almışdı. O vaxt "Qazprom"la sövdələşmə baha olduğu üçün Ukrayna Avropaya üz tutmuşdu. Lakin sonradan rəsmi Moskvanın qazı daha ucuz satmağa razılaşması Qərblə qaz ticarətinə son qoymuşdu. Məsələnin maraqlı tərəflərindən biri isə odur ki, Ukraynaya qaz verən Qərb ölkələri özləri Rusiyadan kənar mənbələrdən qaz alışı üçün səylərini genişləndirir. Bu xüsusda, həmişəki kimi, üz tutulan əsas ünvanlardan biri qismində Azərbaycan çıxış edir. Elə Ukraynaya qaz ötürülməsi məsələsində fəaliyyətə keçən Polşa da bu xüsusda ölkəmizə böyük ümidlər bağlayır. Polşa baş nazirinin müavini Yanuş Pexoçinski elə bu günlərdə bəyan edib ki, Avropa enerji resurslarının təhlükəsiz ixracının təmin edilməsi ilə bağlı yeni siyasət çərçivəsində Azərbaycanın bu sahədə potensialını mütləq nəzərə almalıdır: "Biz Azərbaycanın Türkiyədən keçən qaz kəmərinin, yəni TANAP-ın tikintisi layihəsinin reallaşdırılması üçün hansı səylər göstərdiyini gözəl anlayırıq. Avropa enerji resurslarının təhlükəsiz ixracının təmin edilməsi ilə bağlı yeni siyasət çərçivəsində Azərbaycanın bu sahədə potensialını mütləq nəzərə almalıdır". Onun sözlərinə görə, Polşa üçün təkcə Azərbaycanla təbii qazın alınması üzrə deyil, həm də qaz kəmərinin tikintisi üzrə əməkdaşlıq daha çox maraq kəsb edir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ