Bazar ertəsi günü, 30 noyabr 2026
     

Müstəqil kürd dövlətinin yaradılmasına start verilir

Image


İraqda baş verən olaylar Türkiyənin narahatlığına səbəb olan daha bir məsələnin reallığa çevrilməsi ilə müşayiət olunmaqdadır. Söhbət kürdlərin müstəqil dövlət yaratmasından gedir.
İŞİD qüvvələrinin İraqda yaratdığı xaos fonunda kürdlər artıq öz dövlətlərinin yaradılmasını tamamilə mümkün sayır və bunun ilkin anonsları da verilməkdədir. Hazırda ölkənin əhəmiyyətli bir hissəsinə məhz kürdlər nəzarət edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bildirir ki, İraq faktiki olaraq üç hissəyə parçalanıb: "ABŞ qüvvələrinin İraqdan çıxarılmasından sonra burada hələ də vahid dövlət yaranmayıb. Hazırda bu ölkə faktiki olaraq üç hissəyə parçalanıb: sünni, şiə və kürdlərə".
İndiki vaxtda isə İraq kürdlərinin lideri Məsud Bərzani rəsmi olaraq müstəqillik istədiklərini bəyan edib. İraq Kürd Regional Rəhbərliyinin lideri "CNN International"da sualları cavablandırarkən bunun tezləşdirilə biləcəyini də diqqətə çatdırıb. İŞİD-in İraqdakı əməlləri ilə bağlı danışan Bərzani bildirib: "Kürdlər öz gələcəklərini müəyyən etmək üçün fürsəti qiymətləndirməlidir". Bunun ardınca Bərzani rəsmi olaraq müstəqillik istədiklərinə dair fikir səsləndirib: "İraq açıq-aşkar dağılır və burada federal, mərkəzi hökumət ölkə üzərində nəzarətini itirib. Hər şey çökür, ordu, əsgərlər, polis tənəzzül yaşayır. Ancaq İraqın çökməsinə səbəb biz olmamışıq. Artıq kürd xalqı üçün öz gələcəyini müəyyən etməyin vaxtı gəlib və biz xalqın qərarının arxasındayıq". Xatırladaq ki, ötən ay İraqda keçirilən parlament və bələdiyyə seçkilərindən sonra rəsmi Bağdadla kürd rəhbərliyi arasında yaranan fikir ayrılığı da ölkədə parçalanmanı sürətləndirib. Bərzaninin rəhbərliyi altında keçirilən yığıncaqda Bağdada ortaq kürd nümayəndə heyətinin göndərilməsi barədə razılıq əldə edilib.
Bağdad rəhbərliyinə Kərkükün statusunun təyin olunması üçün İraq parlamenti tərəfindən çıxarılan qərarın və referendumun keçirilməsini ehtiva edən 140-cı maddənin həyata keçirilməsi, kürd neftinin satılması, büdcədən kürd bölgəsinə ayrılan payın vaxt itirmədən göndərilməsi barədə şərtlər irəli sürülüb. Təqdim edilən təkliflər rəsmi Bağdad tərəfindən qəbul edilməyəcəyi təqdirdə bölgənin İraqdan ayrılması üçün referendum keçirilməsi ilə əlaqədar qərar alınacağı da bildirilib. Bağdad isə kürdlərin təklifini rədd edir. Onlara qarşı tədbirlər isə İŞİD olayları üzündən gerçəkləşməyib.
İslam Birliyi Partiyası siyasi bürosunun üzvü Rebvar Səid isə bildirir ki, Nuri Əl-Malikinin yenidən baş nazir olması İraqda yeni bir dövrün başlanmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, Nuri Əl-Maliki baş nazir postunda qalarsa, kürdlər müstəqillik referendumu keçirəcək. Səid Kürd siyasi partiyalarının prezident postunun kürdlərə verilməsi üçün tələb mövzusunda kürdlər arasında razılaşma əldə edildiyini də söyləyib. Bundan başqa, kürd muxtariyyəti ilə mərkəzi Bağdad rəhbərliyi arasındakı neft anlaşılmazlığından ortaya çıxan böhran davam edir. İki paytaxt arasındakı problemlər liderlərin bəyanatlarında da əks olunur. Ərbil ilə Bağdad hökuməti arasında yaşanan büdcə böhranı və neftin daşınmasından qaynaqlanan problemlərdən danışan M.Bərzani bu fonda müstəqil kürd dövləti olacağını vurğulayıb.
Maraqlıdır ki, belə bir vaxtda Türkiyə ilə İraq Kürdüstanının regional hökuməti arasında kürd bölgəsindən neftin ixracı ilə bağlı 50 illik müqavilə bağlanıb. Muxtar qurumun baş naziri Neçirvan Bərzaninin sözlərinə görə, müqavilə müddəti uzadıla da bilər. Bununla belə, o, kürdlərin İraqı parçalamaq niyyətinin olmadığını söyləyib. Bərzaninin dediyinə görə, artıq 9 milyard dollar həcmində neft ixrac edilib və həmin məbləğ müstəsna olaraq dövlət qulluqçularına ödəmələrə sərf olunub. Türkiyə vasitəsilə Avropa bazarına kürd neftinin ilk partiyası ötən ayın 23-də yola salınıb. İraq Kürdüstanı ilə neft sahəsində əməkdaşlığa baxmayaraq, Türkiyə müstəqil kürd dövlətinin yaradılmasını istəmir. Çünki bu, Türkiyədə yaşayan kürdlərə də təsirsiz ötüşməyəcək. Lakin proseslərin gedişi, İraqdakı real vəziyyət müstəqil kürd dövlətinin yaranmağa başladığını göstərir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ