Bazar ertəsi günü, 30 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev AŞPA-da Azərbaycan barədə bəzi təsəvvürləri dəyişə biləcək mesajlar verdi
Tarix: 26.06.2014 / 10:04
Bölmə: Siyasət
Siyasi gündəmin ən çox diqqət çəkən hadisələrindən biri, heç şübhəsiz, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlaması, bununla bağlı Prezident İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında etdiyi çıxışdır. Qeyd edək ki, bu çıxış kifayət qədər əhatəli olub, bir sıra vacib məsələlərə dair Azərbaycanın tutacağı mövqeni də açıq şəkildə sərgiləmiş oldu.
Həmin çıxışdan bir daha bəlli oldu ki, Azərbaycan demokratik dəyərlərin inkişafında xüsusilə maraqlı tərəfdir və bu istiqamətdə üzərinə düşən bütün işləri bundan sonra da layiqincə yerinə yetirməkdə qərarlıdır. Avropa Şurasına üzvlüyü dövründə ölkəmizin bir çox nailiyyətlər qazandığını deyən Azərbaycan Prezidenti müstəqilliyin ilk dövrlərində yaşanan çətinliklərə toxunaraq ötən dövrdə ölkəmizdə bir çox azadlıqların təmin edildiyini, mətbuat və söz azadlığı sahəsində mühüm islahatların həyata keçirildiyini, azad internetin mövcud olduğunu söylədi.
Demokratik institutların fəaliyyətinin təmin edilməsi, din azadlığı sahəsində də görülən işlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev yüz illər boyu ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlandığını diqqətə çatdırdı. Eyni zamanda, Azərbaycanda formalaşan güclü iqtisadiyyatın kökündə dayanan əsas səbəblərdən birinin də məhz demokratiyanın inkişafı ilə əlaqədar olduğunu vurğuladı. Ümumiyyətlə, bu çıxışın təhlili göstərir ki, İlham Əliyevin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, prinsipiallığı, qətiyyəti elə Avropanın özündə də kifayət qədər yüksək qiymətləndirilir.
Ümumiyyətlə, bu çıxışın təhlili göstərir ki, Azərbaycan, ona rəhbərlik edən şəxs qlobal prosesləri kifayət qədər düzgün dəyərləndirməkdə, bu fonda Azərbaycanın milli maraqlarını məharətlə müdafiə etməkdədir. Bütün bunlar həm də nəticə etibarı ilə Azərbaycanın uğurlu, balanslaşdırılmış xarici siyasət kursu yürütməsində özünəməxsus rol oynayır. Məhz bundan irəli gəlir ki, hazırda Qərb dünyasında Azərbaycan faktoru ilə tam hesablaşırlar. Prezident İlham Əliyev də çıxışında bir məqama xüsusi olaraq toxunur ki, böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmiz bu gün regionda sabitləşdirici rol oynayır: "Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir". Hazırda bölgədə hadisələrin inkişaf istiqamətinin müəyyən olunmasında əsas rol oynayan ölkələr sırasında Azərbayjan öz xüsusi çəkisi ilə seçilir. Bunu Avropada da etiraf edirlər.
İlham Əliyevin çıxışında önəmli məqamlardan biri də ölkənin keçdiyi inkişaf yolu, görülən işlərin sistemli şəkildə təhlili oldu. Bu xüsusda Prezidentin aşağıdakı fikirləri daha çox diqqət çəkdi: "Ölkəmizdə 90-cı illərin ortalarından ciddi islahatlara başlanıb, ciddi siyasi, iqtisadi islahatlar həyata keçirmişik və bundan sonra da keçirməkdə qərarlıyıq. Bu sadəcə bizim Avropa Şurası qarşısında öhdəliyimiz olduğuna görə deyil. Bilirsiniz ki, Azərbaycan Avropa Şurasının 600-dən artıq konvensiyasına qoşulub. Bu ona görədir ki, biz sivil, inkişaf etmiş dünyanın bir parçası kimi olmaq istəyirik. İslahatlar nəticəsində Azərbaycanda müsbət atmosfer yaranıb. Biz demokratiyanın inkişafına çalışırıq. Azad bir cəmiyyət qurmuşuq, söz azadlığı, siyasi azadlıqlar təmin olunub".
Real vəziyyətin təhlili göstərir ki, müasir Azərbaycanda demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər milli siyasət kursunun əsasını təşkil etməkdədir. Faktdır ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Azərbaycan bundan sonra da siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Qeyd edilənlərin nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu bəyan etməkdədir. Bu sahədə görülən işlərin davamlı xarakter alacağını isə dövlət başçısı AŞ PA-dakı çıxışında diqqətə çatdırdı. Həmin çıxışdan o da bəlli olur ki, Azərbaycanın həm AŞ Nazirlər Komitəsində sədrliyi dövründə, həm də ümumi şəkildə gələcək üçün prioritetləri artıq müəyyən edilib. Bunlar ilk növbədə multikulturalizmin inkişafı və Azərbaycanın humanitar mərkəz statusunun möhkəmləndirilməsi, demokratik islahatların daha da dərinləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların həyata keçirilməsi və sairdir. Bütün bunlar, eyni zamanda, ölkədə əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılır. Prezident İlham Əliyev də bununla bağlı qeyd edir: "Azərbaycanda bir çox azadlıqlar, demokratik institutların fəaliyyəti təmin edilir, mətbuat və söz azadlığı sahəsində mühüm islahatlar həyata keçirilib, azad internet mövcuddur. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Biz KİV-in azadlığını daha da genişləndiririk".
Bütün bunlar fonunda Avropaya da məlum oldu ki, Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə bir çox uğurlara imza atıb. Ölkəmizdə bir çox azadlıqlar, o cümlədən internet azadlığı təmin edilib, mətbuat və söz azadlığı sahəsində mühüm islahatlar reallaşdırılıb. Avropa ona da əmin oldu ki, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da ölkəmiz üçün prioritet olacaq. Heç şübhəsiz, dövlət başçısının çıxışında xüsusi diqqət yetirilən məqam Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Burada Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti ifşa olundu: Ermənilərin tarixi torpaqlarımızda etnik təmizləmə apardığını, Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 20 ildən çoxdur işğal altında olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğuladı. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, lakin onların hələ də icra olunmadığını, baxmayaraq ki, bənzər hallarda bu qətnamələrin bir neçə saat ərzində həyata keçirildiyini bildirdi. Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status-kvonun saxlanmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlarını xatırladan Azərbaycan Prezidenti digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin də icrasının vacibliyini diqqətə çatdırdı. Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən Prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirdi.
Dövlət başçısının bu xüsusda fikirləri ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Məsələ ilə bağlı "Trend"ə millət vəkili Aydın Mirzəzadə aşağıdakıları bildirib: "Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı güclənən, öz maraqlarını bilən və qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini ortaya qoydu. Eyni zamanda, AŞ PA Nazirlər Şurasına yarım il rəhbərlik edəcək bir ölkə kimi Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı uğurlarımızdan danışdı".
Onun sözlərinə görə, bununla belə, cənab Prezident qeyd edib ki, Azərbaycanın bu gün əsas problemi qonşu Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğal edilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır: "Dövlət başçısı bildirdi ki, Ermənistan beynəlxalq hüquq normalarını pozub və beynəlxalq birliyi bu məsələyə obyektiv münasibət bildirməyə, Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Hesab edirəm ki, cənab Prezident növbəti dəfə yüksək tribunadan Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən imtina edən və sivil qaydaları qəbul etməyən bir ölkə olduğunu bir daha göstərdi və ikili standartlardan əl çəkərək Ermənistana qarşı müvafiq tədbirlər görülməsinə çağırış etdi. Çünki belə bir əməli digər ölkə etsəydi, çoxdan beynəlxalq aləmdən təcrid olunmuşdu, artıq sanksiyalara məruz qalmışdı. Ancaq Ermənistana qarşı yumşaqlıq edilir".
Deputat bildirib ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən birinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi kifayətdir ki, Ermənistan qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyünü tanısın: "Azərbaycan Prezidenti bu qətiyyətli çıxışında növbəti dəfə Ermənistanı tənqid atəşinə tutdu və Ermənistanın artıq öz mövqeyini müdafiə etməkdə ciddi çətinliklər çəkməsi hiss edildi". A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, prinsipiallığı, qətiyyəti AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Həqiqətən də Prezidentin AŞ PA-da çıxışından sonra sual-cavab zaminı səslənən fikirlər bir daha təsdiq etdi ki, dövlət başçısı tənqidə açıq, lakin istənilən haqsızlığı öz dəmir iradəsi və məntiqi ilə neytrallaşdırmağı bacaran prinsipial siyasi xadimdir. Eyni zamanda bəlli oldu ki, bütün bunlar Azərbaycana çamur atmaq istəyənələrin niyyətlərini heçə çıxaran başlıca amildir. Eyni zamanda İlham Əliyevin toxunduğu məqamlar ikili standartlarla fəaliyyət göstərən beynəlxalq qurumlara, Azərbaycanın uğuruna kölgə salan, Ermənistanı dəstəkləyən bəzi Avropa dövlətlərinə tutarlı cavab oldu. O da bəlli oldu ki, Azərbaycanı sevməyən müəyyən xarici dairələrin, onların sifarişlərini yerinə yetirən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının ölkəmizlə bağlı qərəzli mövqeyi heç bir nəticə verməyəcək. Çünki Azərbaycan buna qarşı güclü müqavimət potensialına malikdir, bu dövlətin rəhbərinə isə hansısa kənar formada təzyiq etmək sadəcə mümkün deyil.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ