Bazar ertəsi günü, 30 noyabr 2026
     

Ukraynanın yeni prezidenti də postundan devrilə bilər

Image


Ukraynada yenicə hakimiyyətə gələn prezident Pyotr Poroşenko da sələfi kimi vaxtından əvvəl tutduğu postdan devrilə bilər. Buna əsas səbəb isə onun Ukraynanın şərqində separatçılarla atəşkəsə getməsidir. Bu, Ukrayna daxilində narazılığa səbəb olub. Belə vəziyyət isə Rusiyanın maraqlarına tam uyğun gəlir. Kreml bu halda Avropa ilə yaxınlaşmaq istəyən Pyotr Poroşenkonun vəzifəsindən uzaqlaşdırılmasını sürətləndirə bilər.
Xatırladaq ki, Poroşenko Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsi imzalayacaqlarını bildirib. O, imzalanma mərasiminin 27 iyunda keçirilə biləcəyini dilə gətirib. Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin 2013-cü ilin sonunda AB ilə tərəfdaşlıq razılaşmasını imzalamaqdan son anda imtina etməsi ölkədə hakimiyyət əleyhinə çıxışlara və nəticədə Yanukoviçin ölkədən qaçmasına səbəb oldu. O vaxt bu prosesə Qərb də yardımçı oldu. İndi isə Ukraynada hərbçilər arasında Poroşenkoya qarşı narazılıqlar artır. Könüllü "Donetsk" batalyonunun komandiri Semyon Semyonçenko bildirir ki, Poroşenko ləngimədən Ukraynanın şərqi ilə bağlı "B" planına keçməlidir. Əks halda, Ukrayna xalqı inisiativi ələ alacaq. Batalyon komandiri hesab edir ki, terrorçularla barışığı dayandırmaq lazımdır. Onun sözlərinə görə, "Donetsk Xalq Respublikası" terror təşkilatını "vuruşan tərəf" statusuna qədər qaldırmağa çalışacaq və atəş rejimini uzadacaqlar. S.Semyonçenko atəşkəs rejiminin terrorçulara silahlanmaq üçün vaxt qazandıracağını bildirib.
Xatırladaq ki, Pyotr Poroşenko atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib və "sülh planı"nı açıqlayıb. Eyni zamanda, Poroşenko onların ehtiyat ssenarisinin də olduğunu dilə gətirmişdi: "Sülh ssenarisi bizim əsas - "A" planımızdır". Amma Ukrayna prezidenti "B" planı haqqında danışmaq istəmədiyini bildirmişdi. "B" planının nədən ibarət olduğu rəsmi şəkildə açıqlanıb. Prezidentin məsləhətçisi Yuri Lusenko bildirib ki, Poroşenkonun "B" planı təslim olmayan terrorçuların məhv edilməsindən ibarət olacaq: "Prezidentin "A" planı sakit həyat və Ukrayna daxilində sülhə qayıtmaq istəyən Donetsk və Luqansk vilayətlərinin sakinlərinin əksəriyyətinə aiddir. "B"planı isə terrorçulara, ağlın səsinə qulaq asmayanlara, Ukrayna dövlətinə qarşı hərbi hərəkətlərini davam etdirənlərə aiddir". Antiterror əməliyyatlarında iştirak edən könüllü batalyonlar da atəşkəs rejiminin davam etdirilməsinin əleyhinədir. Məhz belə vəziyyət Poroşenkonun mövqelərini zəiflədir. Hesab edilir ki, həmin batalyonların Poroşenkonun əleyhinə çıxması həm onun vaxtından əvvəl vəzifəsini itirməsi ilə nəticələnə, həm də Rusiyanın bu ölkəyə təsirini artıra bilər.
Hazırda isə Rusiya Ukrayna məsələsində ikili oyun nümayiş etdirir. Belə ki, Vladimir Putin Vyanaya səfərindən əvvəl Federasiya Şurasının sədri Valentina Matvienkoya məktub yollayıb. Məktubda Putin Federasiya Şurasının "Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində istifadəsi" haqqında təklifinin ləğv edilməsini istəyib. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu addım Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması, həmçinin, məsələ ilə bağlı aparılan üçtərəfli danışıqlarla bağlıdır. Lakin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Vladimir Çepovoy qeyd edir ki, Rusiya yaxın müddətdə Ukrayna ərazisinə yeni muzdlu terrorçularını göndərəcək. O, artıq həmin şəxslərin hazırlığının bitdiyini bildirib: "Yaxın günlərdə Rusiya Federasiyası ərazisində məskunlaşan döyüşçülərin hazırlıq düşərgələrində işi başa çatacaq. Tezliklə yeni döyüşçülər Donbasa yeridiləcək".
Baş verənləri şərh edən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili isə olduqca maraqlı məqamlara toxunub: "Ukrayna prezidentinin elan etdiyi atəşkəsdən Rusiya tərəfdarları yenidən qruplaşmaq və yeni ərazilərin tutulması üçün istifadə edir". Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərindəki münaqişə 1992-1993-cü illər Abxaziya müharibəsinin oxşarıdır: "İndiki atəşkəslə Putin, ehtimal ki, 3 məsələni qarşısına qoyub. Birinci məsələ Qərbin sanksiyalarının üçüncü mərhələsindən qaçmaqdır. İkincisi, Putin Donetsk və Luqanskda quldurlardan ibarət yeni subyektlər yaratmağı bacarıb və gələcəkdə münaqişənin Ukrayna ilə Rusiya deyil, Ukrayna ilə bu subyektlər arasında olduğunu göstərməyə çalışacaq. Üçüncü məsələ isə Ukrayna hökumətinin sayıqlığını azaltmağa çalışmaq, Ukrayna qoşunlarının Donetsk və Luqanskdan qovulması üçün həlledici zərbəni vurmaqdır". Bununla belə, sabiq prezident əminliklə ifadə edib ki, Ukrayna rəhbərliyi kifayət qədər təcrübəyə malikdir: "Ümid edirik ki, Ukrayna rəhbərliyi bütün mümkün risqləri təhlil etməyi bacaracaq və Putinin Ukraynanın parçalanması barədə planının həyata keçməsinə imkan verməyəcək".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ