Bazar ertəsi günü, 30 noyabr 2026
     

Türk milli maraqları və Türkiyə siyasəti

Image


11 sentyabr 2001-ci il hadisələri əslində özündən əvvəlki 20 il ərzində beynəlxalq miqyaslı üç qüvvə arasındakı ziddiyyətlərin latent dövrünün başa çatdığını və onların açıq qarşıdurma mərhələsinə qədəm qoyduğunu göstərirdi. Bir zamanlar çox əzəmətli və məğlubedilməz görünən Əkiz qüllələrin çökməsindən dərhal sonra genişlənən körfəz müharibəsi, az sonra Yaxın Şərqi və daha sonra Şimali Afrikanı da bürüyən müharibələrin alovu bu əraziləri orada yaşayan xalqlarla birlikdə yandırıb kül edənədək sönənə oxşamır.
Beynəlxalq terrorizmin beynəlxalq imperializmə qarşı elan etdiyi açıq savaş eyni zamanda imperializmin milli avtoritarizmə, terrorizmin isə həm avtoritarizmə, həm də imperializmə qarşı apardığı müharibəyə qovuşaraq hamının hamıya qarşı müharibəsinə çevrilib. Ayrı-ayrılıqda beynəlxalq imperializmi, milli avtoritarizmi və beynəlxalq terrorizmi təmsil edən qüvvələrin bir-biri ilə ölüm-dirim savaşına girdiyi Yaxın Şərq müharibəsi bir dövlətin ərazisindən, siyasi, iqtisadi, geostrateji və s. maraqları çərçivəsindən çıxaraq regional miqyas alıb və əslində hələlik o qədər də böyük olmayan üçüncü dünya müharibəsinə çevrilib. Siyasi analitikada hələ də "vətəndaş müharibəsi" adlandırılan Suriya müharibəsi isə artıq çoxdan vətəndaş müharibəsi olmaqdan çıxıb. Hadisələrin axarı açıq-aşkar göstərir ki, bu, İran, Rusiya, ABŞ və Avropa Birliyi kimi supergüclərin maraqlarının toqquşmasından doğan böyük bir partlayışdır. Region ölkələrində gedən aramsız müharibələr bu partlayışdan doğan qığılcımlar, bu savaşlarda ölən və öldürən terror qruplaşmaları isə həmin supergüclərin açıq və ya gizli şəkildə maliyyələşdirdiyi, silahlandırdığı və istiqamətləndirdiyi döyüş alətləridir. Hər bir tərəfin strateji məqsədlərinin məlum olduğu, taktiki gedişlərin isə tez-tez dəyişdiyi bir şəraitdə kimin kimə qarşı vuruşmasını zaman həll edir. Hər zamanın isə öz hökmü var. Dünənə qədər Əsəd rejiminə qarşı döyüşən İŞİD qruplaşması Bəşər Əsədi qalib elan edən qondarma prezident seçkilərindən dərhal sonra silahını qonşuluqda yerləşən İraqa qarşı yönəldir. Son 3 il ərzində həmsərhəd olduğu ölkədə gedən və 150 mindən çox insanın həyatına son qoyan amansız müharibənin mahiyyətini hələ də anlamayan İraq hökuməti isə qəflət yuxusundan ayılaraq üç il əvvəl ölkədən çıxarılmasını təkidlə tələb etdiyi Amerika qoşunlarını yenidən köməyə səsləyir. Hadisələrin niyə bu qədər sürətlə və kəskin şəkildə dəyişdiyini anlamaq üçün hər şeydən öncə hamıya məlum olan bir həqiqəti dərk etmək gərəkir. Bütün faciələrdə olduğu kimi, son 20 ildə beynəlxalq siyasət teatrının Yaxın Şərq səhnəsində oynanılan faciənin də öz qəhrəmanları, məğlubları və qurbanları var. Hələlik mütləq qəhrəman və ya mütləq qalib haqqında danışa bilməsək də, hər halda, ABŞ-ın bu faciəni qalib və qəhrəman rolunda başa vuracağını ehtimal etmək olar.
2-ci Körfəz müharibəsində ABŞ-ın sayəsində Səddam rejiminə son qoyulması bu gün İraqı idarə edən qüvvələr üçün o zamanadək xəyallarına belə gətirə bilməyəcəkləri imkanlar açdı. Səddam despotizmindən yenicə qurtulmuş ölkədə hakimiyyət bir çox onilliklər ərzində milli muxtariyyət hüququ uğrunda mücadilə aparan kürd hərbi birləşmələrinin əlinə keçdi. Az sonra ölkənin böyük bir hissəsində Kürdüstan muxtariyyəti elan edən, əslində isə İraq daxilində mərkəzi hakimiyyətlə hesablaşmayan, de-fakto müstəqil Kürdüstan dövləti yaradan İraq hökuməti özünü qalib, ABŞ-ı isə işğalçı elan edərək ABŞ qoşunlarından ölkəni tərk etməyi tələb etdi. ABŞ-da siyasi mötədilliyi ilə seçilən demokratların hakimiyyətə gəlməsi İraq hakimiyyətinin arzusunun həyata keçməsini - ABŞ hərbçilərinin ölkəni tərk etməsini daha da tezləşdirdi. Lakin qalibiyyət eyforiyasının şirinliyini dadmağa macal tapmamış İŞİD terrorçuları cəmi yarım gün ərzində ölkənin az qala yarısını işğal edə bildi. Bir qrup muzdlu silahlı qarşısında aciz qalan İraq ordusu silah-sursatını ataraq öz mövqelərini qoyub qaçdı. Ölkənin neftlə zəngin olan böyük bir hissəsini ildırım sürətilə ələ keçirən İŞİD-çilər qarşısında vahimə İraq hakimiyyətini təkidlə ölkədən çıxardığı ABŞ qarşısında diz çökməyə vadar etdi. Cəmi üç il öncə özünü qalibiyyət kürsüsündə hiss edən İraq hakimiyyətinin bugünkü miskin durumunu isə yalnız "biabırçı məğlubiyyət" adlandırmaq olar. Bu ironik vəziyyət 2-ci Körfəz müharibəsindən az sonra qardaş Türkiyənin düşdüyü vəziyyəti xatırladır. Bu məsələyə az sonra qayıdacağıq. Hələlik isə İŞİD-çilər ölkənin içərilərinə doğru irəliləmək və artıq paytaxt Bağdad uğrunda amansız savaşa girişmək əzmindədir. İşğalın elə ilk saatlarında Mosul şəhərindəki Türkiyə konsulluğunda çalışan bütün diplomatları, yol boyu rastlaşdıqları beynəlxalq daşıma xidmətləri göstərən bütün türk sürücülərini və türk inşaatçılarını ələ keçirən terrorçular qardaş Türkiyəni də təhdid etməkdən çəkinmirlər. Cəmi bir neçə gün əvvəl Diyarbəkirdə hərbi hissə üzərində dalağalanan türk bayrağının endirilməsinin doğurduğu həyəcan səngiməmiş İŞİD terrorçularının türkmənlərin məskunlaşdığı İraq ərazilərini ildırım sürətilə zəbt etməsi və əsir götürdüyü türk vətəndaşlarının azad edilməsi üçün 5 milyon dollar tələb etməsi açıq-aşkar terrorçular və onları dəstəkləyən dövlətlər tərəfindən Türkiyəyə meydan oxumağa bənzəyir. Son illər ərzində öz beynəlxalq siyasətində region dövlətlərinin maraqlarını islami dəyərlər zəminində birləşdirməyə cəhd göstərən Ankara bu gözlənilməz təhdid qarşısında şaşırmış kimi görünür. Belə ehtimal etmək olar ki, Türkiyəni şaşıran bu dəfə duel əlcəyinin onun öz siyasətində rəhbər tutduğu islamçılıq şüarlarını başları üzərində dalğalandıran dindaşları tərəfindən atılmasıdır.
Nə qədər acı olsa da etiraf etməliyik ki, Türkiyə bu çoxsəhnəli və çoxpərdəli Yaxın Şərq teatrının qəhrəmanları sırasında deyil, yumşaq desək, qurbanları və ya məğlubları sırasında görünür. Bu qənaətə gəlmək üçün hadisələrin çox da uzaq olmayan başlanğıcına qayıtmaq və yeni əsrimizin əvvəlindən bu günədək Türkiyənin beynəlxalq siyasət arenasındakı gedişlərinə nəzər salmaq kifayətdir. Hələ 2-ci Körfəz müharibəsinin lap başlanğıcında hadisələrin gedişinin dönməz xarakter aldığı açıq-aşkar görünürdü. Corc Buş hakimiyyətinin qətiyyəti və qlobal siyasət müəllifləri arasında o zamankı güc nisbəti başlamaqda olan savaşın aqibətini öncədən bəlli edirdi. Türkiyə üçün taleyüklü bir məqamda vəziyyəti düzgün qiymətləndirməklə lap yaxın günlərdə baş verəcək qlobal transformativ hadisələrdən özünün milli maraqlarına uyğun istiqamətdə faydalanmaq bu ölkə üçün heç də çətin deyildi. Lakin elə o məqamda Türkiyə xarici siyasətinin paradoksu özünü göstərdi - Türkiyə Böyük Millət Məclisi ABŞ qoşunlarının öz ərazisindən keçməklə İraqa hücum etməsinə icazə vermədi. Bəzi siyasətçilər bunu Türkiyənin öz qonşuları ilə münasibətlərini qoruyub saxlamaq cəhdi və onun özünü hər zaman terror hücumlarına məruz qoyan qonşu ölkəyə münasibətdə xoş məram nümayiş etdirməsi kimi qələmə versələr də, əslində bu, Türkiyə siyasətinin qətiyyətsizliyinin göstəricisi idi. Bunu Türkiyədə demokratiyanın üstünləşməsi və hətta Türkiyənin ABŞ kimi supergüclə hesablaşmamaq qədər qüdrətli olması ilə izah edib öyünənlər olsa da, əslində bu, Türkiyə xarici siyasətinin öz hüdudlarından kənarda öz milli maraqlarını qorumağa hazır olmadığını və ya bəlkə də bunun Türkiyə xarici siyasətində prioritet olmadığını göstərən acı reallıq idi. Bu addımı atmaq üçünsə kifayət qədər əsaslar vardı. İlk növbədə, ABŞ-la NATO çərçivəsində çoxillik tərəfdaşlıq tarixi Türkiyəni İraq despotizmi qarşısında hər cür mənəvi öhdəliklərdən azad edirdi. Digər tərəfdən, demokratik inkişaf yolu ilə irəliləməkdə israrlı olan Türkiyənin artıq günləri sayılmaqda olan Səddam Hüseyn rejimi qarşısında heç bir mənəvi öhdəliyi də ola bilməzdi. Məhz o zaman Türkiyə İraqın şimalından ona yönəlmiş PKK təhdidlərinə birdəfəlik son qoymaq, sonrakı mərhələdə isə soydaşlarımız olan türkmənlərin məskunlaşdığı Mosul və Kərkük əyalətlərinə muxtariyyət statusu qazandırmaq üçün körfəz proseslərində yaxından iştirak etməli və sonda regionda söz sahibi olmaq şansını qazanmaq üçün birmənalı şəkildə ABŞ-ın yanında olmalı idi. Bütün bunlara baxmayaraq, anlaşılmaz səbəblərdən Türkiyə bu addımı atmadı. Nəticə isə özünü çox gözlətmədi. Səddam Hüseynin devrilməsindən dərhal sonra yeni İraqda söz sahibinə çevrilmiş PKK-çılar Türkiyə ərazisinə daha cürətli basqınlar etməyə, onlarla türk əsgərini qətlə yetirməyə cəsarət etdilər. Az öncə populist səbəblər gətirməklə ABŞ kimi qüdrətli tərəfdaşına rədd cavabı vermiş Türkiyə bu dəfə həftələrlə aparılan danışıqlardan sonra onu təhdid edən terrorçu düşərgələrini bombalamaq üçün köhnə müttəfiqindən izn ala bildi və məhz ABŞ-la razılaşdırdıqdan sonra özünün hərbi hava qüvvələrini Şimali İraq üzərinə qaldıraraq PKK terrorçularına ciddi zərbələr endirdi. Körfəz müharibəsinin sonucu olaraq Türkiyənin əldə edə biləcəyi, lakin əldə etmədiyi bütün üstünlüklərdən isə İraqın şimalında de-fakto müstəqil Kürdüstan yaratmağa nail olan kürd hərbi birləşmələri yetərincə faydalandı. Bütün ümidlərini Türkiyəyə bağlamış türkmənlər isə bu gün də həm İraq hakimiyyətinin, həm Kürdüstanın, həm də İŞİD-çilərin nişangahında etnik təmizlənmə obyektinə çevrildilər. Soydaşlarımıza sahib çıxmalı olan Türkiyə isə artıq hadisələrə müdaxilə etmək iqtidarında deyil. Beləliklə, Türkiyə regionda söz sahibi olmaq fürsətini əldən vermiş oldu.
Regional siyasi rəqabətdə revanş götürmək istəyən Türkiyə növbəti gediş kimi "Həmas" qruplaşmasının nəzarətində olan fələstinlilərə yardım göstərmək təşəbbüsündə bulundu. Bu təşəbbüsün regionun ən güclü dövləti olan İsrailin maraqlarına zidd olduğu və bunun beynəlxalq mübahisəyə çevriləcəyi öncədən bəlli olsa da, fələstinlilərə (əslində terrorçulara) humanitar yük aparan "Mavi Mərmərə" gəmisi öz inadından dönməyərək Türkiyəni növbəti dəfə nüfuzdan salmağa doğru irəliləməkdə davam etdi. Bədəlinin ödənməsi mümkün olmayan çoxsaylı soydaşlarımızın həlak olması bu yürüşün ilk acı nəticəsi idi. Digər nəticə isə Türkiyəni dəfələrlə təxribatdan çəkinməyə səsləyən və öz milli maraqlarına uyğun qətiyyətli addım atan İsrailin nüfuzunun artması, Türkiyənin isə növbəti dəfə aciz duruma düşməsindən ibarət oldu. Davos forumunda bütün dünyanın gözü qarşısında Başbakanımızın öz İsrailli həmkarına çılğın təzyiqi də vəziyyəti Türkiyənin xeyrinə deyil, növbəti dəfə yenə İsrailin xeyrinə dəyişdirdi.
Suriyada hadisələr başlayarkən Trkiyənin mümkün qədər neytral mövqe tutacağını gözləmək olardı. Lakin vaxtaşırı Suriyadakı hadisələrə münasibət bildirən Türkiyə siyasəti nəhayət öz çılğınlığını saxlaya bilməyib hansı qüvvələrin tərəfində durduğunu açıq-aşkar büruzə verdi və bununla da yalnız Əsəd rejimini deyil, həm də İran və Rusiyanı təəccübləndirdi və özünə qarşı çevirdi. Əlbəttə, zamanında öz köklü milli maraqlarının olduğu İraq münaqişəsinə müdaxilə etməyən və inanılmaz biganəlik göstərən Türkiyənin heç bir milli marağı olmadığı Suriyadakı hadisələrə aktiv münasibəti region dövlətlərini təəccübləndirməyə bilməzdi.
Bütün bu tərəddüdlər və təəccüblər içində tez-tez istiqamətini dəyişən Türkiyə xarici siyasəti qloballaşma proseslərinin lokomotivləri olan Amerika və Avropa dövlətlərində də ona olan etimadı azaldır. Eyni zamanda belə bir təsəvvür yaranır ki, Türkiyənin regional xarici siyasəti milli maraqlar üzərində deyil, dini maraqlar üzərində formalaşır. Türkiyənin regiondakı müsəlmanların hamisi kimi görünmək cəhdləri beynəlxalq siyasət nəzəriyyəsində təqdir olunmayan bir yanaşmadır və heç bir halda uğur gətirəcək siyasətə bənzəmir. Bu gün dünya inkişafının aparıcı tendensiyası dini təəssübkeşlik deyil, qloballaşmadır. Qloballaşma prosesi isə millətin ümmətə deyil, onun tarixi, mədəni, sivilizasion əsaslarda öz soykökü üzərində birləşərək seçkin sivilizasiya şəklində dünya birliyinə inteqrasiyasını nəzərdə tutur. Bu məntiqdən yanaşdıqda qloballaşma prosesi bütün müstəqil türk dövlətlərinin öz aralarında daha sıx müttəfiqləşərək bütöv türk sivilizasiyasını ərsəyə gətirməsini və bu sivilizasiyanın latın,roman, hind, çin, slavyan və s. sivilizasiyalardan fərqli olan, özünəməxsus türk sivilizasiyası timsalında qlobal birliyə inteqrasiyasını nəzərdə tutur və mümkün edir. Müasir dünya türklüyü üçün əlverişli olan belə bir mühitdə Türkiyənin beynəlxalq siyasət meydanında "millətdən ümmətə inteqrasiya" kursunun qloballaşma dövrünün çağırışlarına cavab vermədiyini nəzərə almaması isə yalnız təəssüf doğurur.
Son onillikdə Türkiyənin beynəlxalq siyasətində müşahidə olunan anlaşılmazlıqlar onun daxili siyasətində də vaxtaşırı özünü göstərməkdədir. Yarandığı gündən Turkiyə dövlətçiliyinin, sivil və demokratik dəyərlərin keşiyində mətanətlə dayanmış türk ordusu dünyanın ən qüdrətli güclərindən biri kimi tanınır. Yüzlərlə yüksək rütbəli zabit və generalların "Ergenekon" araşdırması sonucu həbslərə atılması, hər halda, daxili auditoriyada da birmənalı qarşılanmamışdı. Öz Vətənini canı və qanı ilə qorumağa hər zaman hazır olan generalların Vətənə xəyanətdə suçlanması və bir neçə il sonra bunun yanlış olduğu bilinərək azadlığa buraxılması yalnız hakimiyyətin ölkə daxilindəki nüfuzunu deyil, eləcə də türk əsgərinin öz dövlətinə inamını sarsıda bilər. Buna inanmaq istəməsək də, bütün Türkiyənin gözü qarşısında türk hərbi birləşməsinin üzərində dalğalanan bayrağımızın terror örgütünə loyal bir yeniyetmə tərəfindən endirilməsi və türk əsgərinin hərəkətsiz qalması bu barədə düşünməyə vadar edir.
Bu gün Türkiyə hakimiyyəti ölkə daxilində də gərgin və amansız mübarizə içindədir. Bu mübarizənin bir tərəfində davamlı olaraq hakimiyyət, digər tərəfində isə gah Atatürk xatirəsinə sayğı göstərməyi tələb edən "Gəzi"çilər, gah hakimiyyəti mənasız video-kassetlərlə guya "diskreditasiya etməyə" çalışan CHP-çilər, gah hakimiyyətə xeyir-duası ilə gəlinən Gülənçilər, gah dinlilər, gah da dinsizlər və s. dayanır.
Bu gün nurçularla amansız mübarizə aparan hakim partiyanın özünün də vaxtilə Gülən şinelindən çıxdığını nəzərə alsaq, belə bir mənzərə yaranır ki, Türkiyədəki bütün qüvvələr, hətta bu hakimiyyəti doğuran qüvvələrin özü də sanki mövcud hakimiyyətin əleyhinədir. Türkiyədə toplumun bu qədər hissələrə bölünməsi isə çox təhlükəlidir. Təkcə Türkiyənin özü üçün deyil, eləcə də gələcəyə ümidlərini 90 yaşlı müstəqil Türkiyənin müdrikliyinə bağlayan, öz güclərini böyük və qüdrətli Türkiyənin gücünə qatıb dünya türklüyünün əzəmətini nümayiş etdirmək arzusunda olan 250 milyonluq dünya türklərinin aqibəti üçün təhlükəlidir. Bütün bunları göz önünə gətirdikdə belə bir qənaət hasil olur ki, mövcud qlobal siyasət meydanında Türkiyə daha güclü ola bilərdi. Təəssüf ki, 1-ci Dünya müharibəsinin alovlarından yenilməz qüdrət sahibi kimi çıxmış Türkiyə 3-cü dünya müharibəsinin hələ prelyudiyasında qlobal siyasətdə özünün strateji mövqelərini itirmiş kimi görünür.
Bütün dinləri müqəddəs hesab etmək olar, amma türk siyasəti anlamalıdır ki, dünyanın inkişafı dini mənsubiyyətə və ya təəssübkeşliyə deyil, suveren milli dövlətlərin tərəqqisi sayəsində onların üzərində qərar tutan və daim inkişaf edən qlobal siyasi sistemin təşəkkülünə əsaslanır. Dünya inkişafının dialektik qanunauyğunluğuna görə, bəşəriyyət bir-birindən xəbərsiz şəkildə mövcud olmuş mağara insanlarından vahid qlobal siyasi məkanda yaşayan dünya birliyinə qədər təkamül edən vahid bir orqanizmdir. Bu qlobal orqanizmin içində türk varlığını qoruyub saxlamaq və onu özgür türk sivilizasiyası şəklində dünya birliyinə inteqrasiya etdirə bilmək bütün dünya türklərinin və onların yaratdığı dövlətlərin siyasi, iqtisadi və ilk növbədə mənəvi birliyindən keçir. Parçalanmaq əvəzinə birləşmək, birləşərək güclənmək, güclənərək dünyada söz və nüfuz sahibi olmaq hər bir türk dövlətinin siyasətində və hər bir türk toplumunun iradəsində öz əksini tapmalıdır. Öncəliklə də Türkiyə siyasətinin bu istiqamətə yönəlməsi həm Türkiyə, həm də bütün türk dünyası üçün həyati əhəmiyyət daşıyır. Regional və qlobal siyasətin rəqabət meydanında uğur qazanmaq üçün qardaş Türkiyə öz siyasətindəki tərs-mütənasibliyi aradan qaldırmalı, dünyanın obyektiv inkişaf qanunlarına uyğun, dünya birliyi üçün anlaşılan və qlobal siyasi arenada Türkiyəyə etimad qazandıran, özünün ümummilli maraqlarını təmin edən, qohumları və qonşuları üçünsə faydalı olan xarici və daxili siyasət doktrinasını bəyan etməlidir. Bu baş verməzsə, XXI əsrin türk əsri olacağı haqda səslənən fikirlər xoş bir xəyal olmaqdan o yana gedə bilməyəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ