Bazar ertəsi günü, 30 noyabr 2026
     

Rusiya Ukraynaya qoşun yeritmək qərarı vermək ərəfəsindədir...

Image


Ukraynanın şərqində kifayət qədər gərgin situasiya yaradan Moskva artıq bu ölkəyə açıq hərbi müdaxilə üçün zəmin hazırlamaqdadır. Təbii ki, bu xüsusda Moskva üçün ən yaxşı hal Ukrayna ərazisindən hansısa müdaxilədir. Məhz belə bir vaxtda yayılan məlumata əsasən, Rusiya ərazisinə Ukrayna tərəfdən atəş açılıb. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin sözlərinə əsasən, rusiyalı müstəntiqlər faktla bağlı prosessual yoxlamaya başlayıb:
"Hazırda Ukraynanın Doljansk rayonunda Rusiya ərazisinin atəşə məruz qaldığı silahlı toqquşma gedir. Müvafiq dəlillərə baxış və qeydlərin aparılması məqsədilə hadisə yerinə dərhal Rusiya İstintaq Komitəsinin müstəntiqlərindən ibarət qrup yola düşüb. Yoxlamalar nəticəsində prosessual qərarlar qəbul ediləcək".
Onu da bildirək ki, Rusiyanın Rostov vilayətinin "Novoşaxtinsk"nəzarət-buraxılış məntəqəsi minaatanlardan atəşə tutulub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə nümayəndəsi Vasili Mlayevin sözlərinə görə, atışma nəticəsində dağıntı qeydə alınıb və bir gömrük əməkdaşı xəsarət alıb. Məntəqənin işçiləri, eləcə də orada olan dinc sakinlər evakuasiya olunub. Bundan başqa, gecə saatlarında Ukrayna-Rusiya sərhədindəki "İzvarino" keçid məntəqəsi də naməlum silahlılar tərəfindən hücuma məruz qalıb. Atışma nəticəsində sərhədçilər arasında yaralıların olduğu bildirilir. Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Pavel Astaxov isə "Tvitter" səhifəsində Rusiya-Ukrayna sərhədində uşaqların olduğu avtobusa atəş açıldığını yazıb. Bildirib ki, Rostov vilayətinə doğru hərəkət edən avtobusun sürücüsü nəqliyyat vasitəsini atışmadan yayındıra bilib. Bütün bunlar isə Ukraynaya hərbi müdaxilə üçün Rusiyanın əlində əsasdır.
Artıq Rusiya Mərkəzi hərbi dairəsinin qoşunları, həmçinin, ərazidə yerləşdirilən hərbi birləşmələr tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Müdafiə naziri Sergey Şoyqu bunun Rusiya prezidenti, Ali Baş Komandan Vladimir Putinin tapşırığı ilə edildiyini və döyüş hazırlığı vəziyyətinin iyun ayının 21-dən 28-dək davam edəcəyini deyib. Bu müddət ərzində Mərkəzi hərbi dairənin 98-ci diviziyası İvanovo vilayətindən Çelyabinsk vilayətinə yerini dəyişəcək. Özü də bunlar o fonda baş verir ki, Ukrayna prezidenti Poroşenko şərqi Ukraynada vəziyyətin sülh yolu ilə tənzimlənməsinə dair planın reallaşdırılması ilə bağlı müvafiq fərman imzalayıb. Plana əsasən, 7 gün ərzində antiterror əməliyyatları dayandırılacaq. Bununla, terrorçulara silahı yerə qoymaq üçün imkan yaradılacaq. Poroşenko bildirib ki, bunu etməyənlər məhv ediləcək. Rəsmi Moskva isə Poroşenkonun sülh ultimatumunu separatçı mövqedə dəyərləndirib. Vladimir Putinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Poroşenkonun hazırladığı sülh proqramında ən önəmli məsələlərdən biri olan "tərəflərarası danışıq" proqramının mətninə daxil edilməyib. Prezidentin mətbuat xidməti onu da vurğulayıb ki, "Sülh proqramı"nın mətninə "tərəflərarası danışıq" məsələsini daxil etməyən ölkə başçısının sülh təklifi ilə Luqanskda Doljansk şəhərində gedən atışmalar eyni vaxta düşür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Poroşenko tərəfindən təklif edilən sülh planının bəndlərinin böyük hissəsi ultimatuma bənzəyir: "Planda ən əsas məsələ olan dialoqun başladılması barədə təklif yoxdur. Bu, 17 aprel Cenevrə bəyannaməsindən radikal şəkildə geri çəkilmədir".
Bütün bunlar, qeyd olunduğu kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə imkan verir. Ukraynanın çox güvəndiyi NATO-nun isə Kiyevin müdafiəsi üçün hansısa real hərbi addımlar atacağı inandırıcı görünmür. Bunu NATO baş katibi Anders Foq Rasmussenin açıqlamaları da təsdiq edir. Rasmussen rus ordusunun bəzi üzvlərinin Ukrayna ərazisinə keçdiyini və yaxın vaxtlarda işğala hazırlaşdığı barədə məlumatlara malik olduqlarını dilə gətirib. Əlavə edib ki, Kremlin məqsədi hələ uzun illər Ukrayna ərazisində stabilliyin bərpa olunmamasıdır.
Belə olan təqdirdə Qərbin sanksiya mexanizmləri işə düşəcək. Rasmussen deyib ki, bu hadisələrdən sonra Avropa təhlükəsiz məkan sayıla bilməz və NATO-ya üzv ölkələr artıq müdafiə potensialı üzərində baş sındırmağa, əlavə vəsaitlər ayırmağa başlayıb. Rusiya ordusunun döyüş qabiliyyətinə toxunan baş katib etiraf edib ki, NATO ilə müqayisədə onlar həm çevik, həm də hiyləgər hərəkət edirlər. Qurum rəhbəri nümunə kimi Gürcüstanda 2008-ci il məlum avqust hadisələri və Krımın ilhaqını göstərib. Baş katib buraxdıqları səhvləri gələcəkdə düzəldəcəklərinə söz verib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ