Bazar ertəsi günü, 30 noyabr 2026
     

Finlandiyanı Stalindən, Ukraynanı Putindən qoruyan üsul...

Image


Rusiya ilə Ukrayna arasında münasibətlərin getdikcə daha da gərginləşdiyi bir vaxtda ortaya sərhədlə bağlı yeni fikir ayrılıqları çıxıb. Bu fikir ayrılıqları isə tərəflərin savaşını daha açıq müstəviyə keçirə bilər. Məsələ burasındadır ki, rəsmi Kiyev Rusiya ilə sərhədi tamamilə bağlamaq niyyətindədir. Ukraynanın müdafiə naziri Mixail Kovalyanın sözlərinə görə, artıq 250 kilometrlik məsafədə gediş-gəliş dayandırılıb.
Müdafiə naziri sərhədi bağlamaqda məqsədin separatçılara silah-sursat çatdırılmasının qarşısını almaq olduğunu bildirib. Kiyevdəki Rusiya səfirliyinə hücum Rusiya ilə Ukrayna arasında onsuz da gərgin olan münasibətləri bir az da pisləşdirib. Məsələ ilə əlaqədar rəsmi Moskva Kiyevə nota göndərib. Bununla yanaşı, Rusiyadan Ukrayna sərhədinə doğru hərbi texnika karvanının irəlilədiyi məlum olub. Belə vəziyyət isə sərhəd məsələsində Ukraynanın daha fərqli siyasət yürütməsinə rəvac verib. Belə ki, Dnepropetrovsk vilayəti dövlət administrasiyasının sədri İqor Kolomoyski Donetsk, Luqansk və Xarkov vilayətlərinin Rusiya ilə sərhədində divar inşa etməyi təklif edib. Divarın texniki-iqtisadi əsaslandırması barədə mühəndislik layihəsi də Ukrayna Prezident Administrasiyasına təqdim olunub. Kolomoyskinin sözlərinə görə, məhz "Mannerheym xətti" Finlandiyanı Stalindən xilas edib: "Ukrayna da özünü Putindən qorumaq üçün belə bir xətti tikməlidir. İsrail-Fələstin sərhədində tikilən divar da terrorçuların hücumlarını dəf etməyə imkan verir".
Layihəyə görə, tikanlı məftillərlə təmin ediləcək və poladdan olacaq divarın 5-6 ay ərzində inşası nəzərdə tutulur. İ.Kolomoyski bildirir ki, layihənin icrası Rusiyadan terrorçuların, həmçinin silah-sursatın Ukraynaya keçməsinin qarşısı alına bilər. Artıq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya-Ukrayna sərhədinin müdafiəsi üçün mühəndis qurğularının tikintisi barədə qərar qəbul edib.
Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə sədri Aleksey Puşkov isə məsələyə sərt reaksiya verib: "Biz sərhədin birtərəfli demarkasiyası barədə Ukraynanın bəyanatlarını eşidirik. Demək lazımdır ki, sərhədin birtərəfli demarkasiyası olmur. Sərhədlərin demarkasiyası üçün birgə komissiya yaradılır. Bu, dövlətlər arasında ayrı bir razılaşmanın predmetidir. Bir ölkənin çəkdiyi sərhəd qanunsuzdur və heç bir hüquqi gücə malik deyil". Xatırladaq ki, Ukrayna-Rusiya sərhədinin ümumi uzunluğu 1975 kilometrdir.
İndi isə Ukraynanın sərhədlərini möhkəmləndirdiyi bir vaxtda Rusiya qoşunlarının yenidən Ukrayna sərhədlərinə cəmləşdiyi məlum olub. Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy bildirib ki, sərhədə 16 minlik Rusiya hərbi kontingenti cəmləşdirilib və qoşunlar hərbi müdaxilə üçün hazırdır. Onun bildirdiyinə görə, Ukrayna ilə sərhədə 76-cı Pskov desant-hücum diviziyasının ayrı-ayrı bölmələri yeridilib.
Hazırda isə Şimal donanmasının dəniz piyada qoşunlarının Ukrayna ilə sərhədə cəmləşdirilməsi prosesi gedir. Rusiya Müdafiə Nazirliyindəki mənbə Ukrayna ilə sərhədə desant və motoatıcı qüvvələrin cəmləşdirildiyini təsdiq edib. Lakin mənbə deyib ki, Ukrayna tərəfi qoşunların sayını şişirdir. Bununla belə, Rusiya Müdafiə Nazirliyi sərhədə yeni qüvvələrin cəmləşdiriləcəyini istisna etməyib. Xatırladaq ki, bundan əvvəl Qərbin təzyiqləri ilə Rusiya Ukrayna ilə sərhədlərdən qoşunların əsas hissəsini geri çəkmişdi. Lakin indi vəziyyət dəyişir. Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində aparılan əməliyyatları davam etdirir və federallaşma tərəfdarlarının təchizatını kəsmək üçün Rusiya ilə sərhədi bağlamaq göstərişi verib. Bu da Moskvanı qıcıqlandırır. Hələlik isə Ukraynanın şərqində separatçılara qarşı hərbi əməliyyatlar davam edir. Antiterror əməliyyatları başlayandan 210 hərbçi həlak olub, 34 min nəfər ölkədən qaçqın düşüb.
İndi əsas ümid yalnız Moskva və Kiyev arasında birbaşa danışıqlar və sülh planınadır. Xatırladaq ki, təxminən bir həftə əvvəl Ukrayna və Rusiya prezidentləri telefonla danışıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin Ukraynanın şərqində baş verənlərdən və ikitərəfli münasibətlərdən getdiyini açıqlayıb. Pyotr Poroşenkonun həmkarını şərq bölgəsində qırğının dayandırılmasına yönələn sülh planı barədə məlumatlandırdığı bildirilir. Dövlət başçıları atəşin dayandırılması, münaqişənin dinc yolla çözümü üçün təcili addımlar atılmasının gərək olduğunu vurğulayıblar. Lakin reallıqda heç bir addım atılmayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ