Bazar ertəsi günü, 30 noyabr 2026
     

NATO PA-nın Bakı seminarında Qərbin MDB və Azərbaycan siyasəti ifşa olundu

Image


NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında qurumun nümayəndəsi ilə Ermənistan nümayəndə heyətinin rəhbəri arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarının növbəti hissəsinin mövzusu Ukraynadakı vəziyyət və Krım böhranı olub.
Mövzu ilə bağlı müzakirələr gedərkən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan yerindən müraciət edərək sualı olduğunu bildirib. O, söz aldıqdan sonra sual əvəzinə Azərbaycanı və iclasdakı azərbaycanlı deputatları ittiham etməyə başlayıb. K.Naqapetyanın iradının mövzusu Azərbaycan nümayəndə heyətinin Ermənistanı və onun prezidentini işğalçı və terrorçu adlandırması olub. Seminarın bu hissəsinə aparıcılıq edən NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsinin baş məruzəçisi Yulio Miranda dərhal onun sözünü kəsərək erməni deputata sərt xəbərdarlıq edib: "Siz nə edirsiniz? Məqsədiniz nədir? Axı burada mövzu tamam başqadır. Ayıb deyil?! Qurtarın bu komediyanı. Siz sual vermək adı ilə bizi aldadıb öz bəyanatınızı vermək istəyirsiniz, biz buna imkan verməyəcəyik. Ona görə də sizə artıq söz vermirəm".
Bunu eşidən K. Naqapetyan əli ilə mikrofonu itələyərək narazılığını izhar edib.
NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında Ukrayna məsələsi müzakirə edilib. APA-nın məlumatına görə, Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Rusiya məsələləri üzrə tədqiqat proqramının rəhbəri Arkadi Moşez bildirib ki, Rusiyanın Krımı işğal etməsindən sonra AB-nin bütün cəhdləri səmərəsiz olub. O, AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların gözlənilən nəticələri yetərincə vermədiyini bildirib: "Biz daha ciddi təzyiqlər göstərə bilərdik, amma təəssüf ki, bu mümkün olmadı. Mən təəssüf ki, bundan sonra Ukraynada nə baş verəcəyini deyə bilmərəm. Amma indiki halda qənaətimiz odur ki, Rusiya, ən azı, Krım məsələsində AB-ni uddu".
Litvanın NATO PA-da nümayəndə heyətinin rəhbəri xanım Rasa Jukneviciene isə AB rəsmisinin çıxışı ilə razılaşmadığını söyləyib və ümidsizlik əvəzinə Qərbi yeni addımlar atmağa çağırıb. O, mövcud sanksiyalarla kifayətlənməməyi, AB-nin daha ciddi tədbirlər görmək qabiliyyətində olduğunu vurğulayıb: "Əks halda, bu vəziyyət davam edərsə, regionda bizim də suverenliyimiz təhdid altında qalacaq. Biz Putinə "dur" demək yox, onu dayanmağa məcbur etməliyik. Bunun üçün hər şeyi nəzərdən keçirmək lazımdır. Məsələn, Rusiyanın Çinlə yaxınlığına diqqət etmək lazımdır. Biz Çinlə də bağlı müvafiq ölçü götürməliyik. Çünki Ukrayna məsələsi başlayan kimi Putinin yeganə işgüzar və sirli səfəri Çinə oldu. Bu səfərdən sonra Ukraynada vəziyyət gərginləşdi".
Daha sonra söz alan Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Zahid Oruc bütün baş verənlərdə Avropanın özünü, o cümlədən NATO-nu günahlandırıb: "Siz regionda baş verənlərlə əlaqədar, xüsusilə Rusiyaya qarşı bu narahatlığı indi yox, vaxtında göstərməliydiniz. Dağlıq Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında vaxtında göstərdiyiniz hərəkətsizlik indi bu acizliyinizə, Rusiyanın bu boşluqdan məharətlə istifadə etməsinə gətirib çıxarıb. Mən sizi qəti əmin edirəm, Rusiyanın Krımı tutmasından nəinki krımlılar, heç MDB ölkələrinin sakinləri də narazı deyil. Çünki bu ölkələrin yaşadıqlarında sizdən gözləntilərin özünü doğrultmaması, bundan istifadə edən Putinin məharəti hər şeyə təsir etdi. Mən təklif edərdim ki, siz vaxtında Putini dəyərləndirin. "Putin kimdir" sualını çox ciddi formada özünüzə verin".
Azərbaycanın NATO PA-da digər üzvü Qüdrət Həsənquliyev isə bildirib ki, Qərb və ABŞ, Gürcüstanda olduğu kimi, Azərbaycanla da eyni ssenarini oynamaq istəyir: "Abxaziyanı, Cənubi Osetiyanı Rusiyaya verib Gürcüstanı və gürcü xalqını Rusiya ilə əbədi düşmən elədilər. İndi Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu ölkə heç vaxt Rusiya meylli ola bilməyəcək. İndi də Rusiyanın əli ilə Qarabağı Ermənistana vermək istəyən Qərb və ABŞ Azərbaycanı bu vəziyyətə salmaq istəyir".
Bakıda srağagündən etibarən keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub. APA-nın məlumatına görə, bu, NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarının ikinci günündə bildirilib.
Seminarın dünən davam edən hissəsində əvvəlcə söz alaraq çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib və qurumdan buna sərt reaksiya verməyi tələb edib.
Onun ardınca söz alan digər erməni deputat Tevan Poqosyan isə Qarabağ münaqişəsinin başlanmasında Azərbaycanı ittiham edib. O, tarixi faktları saxtalaşdırmağa cəhd edərək, guya SSRİ dağıldığı ərəfədə Azərbaycanda külli miqdarda silah-sursatın qaldığını və rəsmi Bakının bundan istifadə edərək ölkədəki erməniləri təhdid etdiyini bildirib.
Seminarı aparan Todor Tagarev erməni nümayəndə heyətinə artıq neçənci dəfə proqramı pozaraq mövzudan kənar ittihamlara son qoymağı xahiş edib və bunun proqrama zidd olması ilə bağlı xəbərdar edib.
Ardınca söz alan Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iki gündür Ermənistan nümayəndə heyətinin Bakıda təxribatla məşğul olduğunu, seminar adı ilə burada hansısa niyyətlə fəaliyyət göstərdiklərini bildirib. O, seminarın təşkilatçılarına bununla bağlı xəbərdarlıq edib: "Seminarın gedişatı da göstərdi ki, Ermənistan nümayəndə heyəti seminarın gündəliyindəki mövzularla deyil, sırf Azərbaycanı NATO PA-da ləkələməklə məşğuldur. Mən onları çalışdım başa salam ki, söhbət Azərbaycanın hərbi büdcəsinin artırılmasından gedirsə, dünya iqtisadiyyatında Ümumi Daxil Məhsul deyilən bir anlayış var. Bilmirlərsə, gedib açıb oxusunlar. Yəni 90-cı illərin əvvəllərindən indiyə qədər Azərbaycanın ÜDM-i 10 dəfələrlə artıbsa, deməli bu, paralel olaraq, bütün sahələrlə yanaşı, hərbi büdcəyə də təsir edəcək. Bütün bunlar bir yana, hörmətli Assambleya təmsilçiləri, mən sizdən soruşuram, ərazisinin 20 faizi işğal altında olan dövlət hərbi büdcəsinin artırmalıdır, ya yox? Onsuz da ermənilər buna səmimi cavab verməyəcəklər, məlumdur ki, bura səmimiyyət üçün yox, başqa niyyət üçün gəliblər. Amma gəlin birlikdə ermənilərdən bu həqiqəti soruşaq: siz işğal etdiyiniz Azərbaycan torpaqlarını nə vaxt azad edəcəksiniz? Axı biz gözləyirdik ki, az-çox siyasi əxlaqı olan siyasətçi olaraq siz burada buna görə üzr istəyəcəksiniz. Çünki bu işğal çərçivəsində Xocalı soyqırımını törətdiniz, Azərbaycan ərazisində müxtəlif ictimai yerlərdə 30-dan çox terror aktı törətmisiniz. Mənə inanmırsınız, gedin İnterpolda axtarışda olan erməni hərbçilərinin siyahısına baxın. Niyə bunları da qabartmırıq? Niyə bundan danışmırsız? Cənab erməni həmkarlar, siz erməni terrorizmindən danışın. Çünki bu işi yaxşı bilirsiz. Çünki bu gün Ermənistanda terror dövlət siyasətidir. Onun başında duran Serj Sarkisyan regionun bir nömrəli terrorçusudur".
Z.Əsgərov NATO PA-dan bütün bunlara diqqət etməyi və seminarda bu mövzu açılırsa, onun ortaya qoyduğu faktlara da münasibət bildirilməsini tələb edib: "Əks halda, gəlib burada seminar keçirmək xatirinə seminar keçirmək nəyi dəyişəcək? Siz NATO olaraq bizimlə əməkdaşlıq edərkən əvvəlcə Azərbaycanın problemlərini öyrənin, görün kimlərlə qonşuluq edirik, ondan sonra sabitlik mövzusunda nə qədər istəyirsiz danışın".
Azərbaycan Ermənistan nümayəndə heyətinin NATO Parlament Assambleyasından çıxarılması məsələsini qaldırıb.
APA-nın məlumatına görə, bununla bağlı rəsmi təklifi qurumun dünən Bakıda keçirilən "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib. Z.Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: "Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik".
Bakıda davam edən NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. APA-nın məlumatına görə, bunu seminarda Azərbaycan qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov T. Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən deyib.
Z.Əsgərov erməni deputatı riyakarlıqdan və etikasızlıqdan əl çəkməyə çağıraraq yaxın tarixi saxtalaşdırmağa son qoymağı tələb edib: "Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsiz. Məgər bilmirsiniz ki, bu hadisəni sovet "KQB"si və sizin Qriqoryan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Sənin atan Qarabağda azərbaycanlılara qarşı öz yurdlarında qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ