"İraq Şam İslam Dövləti” (İSİD) terror təşkilatı İraqın Mosul şəhərini işğal etdikdən sonra Bağdad yaxınlığındakı Tikritdə dəhşətli qətliam törədib. Polis idarəsi və dövlət təşkilatlarını ələ keçirən terror təşkilatı 1700 şiə polisi qətlə yetirib.
Baki-xeber.com xəbər verir ki, Mosul şəhərini işğal etdikdən sonra paytaxt Bağdadın yaxınlığındakı, ölkənin keçmiş lideri Səddam Hüseynin məmləkəti Tikriti ələ keçirən İSİD terrorçuları qısa bir qarşıdurmadan sonra Səlahəddin polis idarəsi ilə yanaşı bir çox dövlət təşkilatını da ələ keçirib.
Təşkilatın rəsmi «Twitter» səhifəsində yayılan məlumatda bildirilir ki, Tikritdəki əməliyyat zamanı 2 min 500 təhlükəsizlik əməkdaşı əsir alınıb
Əsir alınan 2 min 500 personalın arasındakı 1700 şiə güllələnərək edam edilib. Sünnilərin isə IŞİD lideri Əbu Bəkir Əl Bağdadidən gələn təlimatla ölüm cəzalarının əfv edildiyi bildirilir.