Fətullah Gülənə məxsus olduğu iddia edilən "paralel hökumət” qruplaşması universitetlərinin bağlancağı xəbərləri yenidən Türkiyə gündəmini zəbt edib. Baki-xeber.com Anspress-ə istinadən bildirir ki, Gülən universitetlərinin bağlanması ilə bağlı artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) bir neçə təklif göndərilib.
Təkliflərdə qeyd olunub ki, ölkədəki Gülən universitetlərinin fəaliyyəti Türkiyə Ali Təhsil Qurumu (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) tərəfindən dayandırılmalıdır.
TBMM-ə göndərilən təkliflərdə qeyd olunub ki, Gülən Universitetlərinə nəzarət məsələsi də Türkiyə Ali Təhsil Qurumuna (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) təhvil verilsin.