Ermənistanın Tavuş vilayəti merinin keçmiş baş məsləhətçisi Lyubik Çibuxçyan Azərbaycana gəlmək üçün artıq bütün əşyalarını toplayıb. Baki-xeber.com Anspress-ə istinadən bildirir ki, bu barədə Lyubik Çibuxçyan özü açıqlama verib. O, ailəsi ilə birlikdə Azərbaycana gələcəyini söyləyib: "Nə baş verməsindən asılı olmayaraq Azərbaycana keçəcəyəm. Mən qorxaq insan deyiləm. Burada məni incidirlər. Mənə yeddi dəfə əziyyət veriblər. Ona görə Ermənistandan getmək istəyirəm".
Merin keçmiş baş məsləhətçisi qeyd edib ki, Ermənistan hökuməti artıq bir neçə dəfə onu təhqir edib və fəaliyyətini qiymətləndirməyib.