Bazar ertəsi günü, 30 noyabr 2026
     

ABŞ-ın Cənubi Qafqazda prioritetləri

Image


Tarixən Rusiya, Türkiyə və İran arasında nüfuz mübarizəsinin getdiyi Cənubi Qafqaz regionu müasir dövrümüzdə qlobal geosiyasi güclərin mübarizə meydanına çevrilmişdir. XX əsr boyunca Qafqaz Qərb bloku üçün Sovetlər Birliyi ilə mübarizənin ön cəbhəsi olmuşdur. Bu regionda Qərb öz maraqlarını NATO üzvü olan Türkiyə üzərindən qurmuşdur.

Soyuq müharibənin başa çatmasından sonra yaranmış geosiyasi şəraitdə isə Qərb, ilk növbədə qlobal güc olaraq ABŞ üçün Cənubi Qafqaz iki böyük dövlətə qarşı rəqabət məkanı olmuşdur. ABŞ-ın bu regionda əsas geosiyasi hədəfləri Rusiya və İrana qarşı mübarizə və Xəzər-Mərkəzi Asiya regionunun enerji ehtiyatlarına çıxış olmuşdur. Yəni, bütün hallarda ABŞ-ın regionla bağlı strategiyasında region ölkələri ilə bağlı hədəflər yox, bu platformadan qlobal mübarizə üçün istifadə edilməsi nəzərdə tutulur. Belə olan halda isə ABŞ üçün region ölkələrinin milli maraqları arxa plana keçir. Son dövrlər İranla Qərb arasında münasibətlərin istiləşməsi, Türkiyədə baş verən siyasi təlatümlər, Gürcüstanda etimadın azalması və digər proseslər ABŞ-ın Cənubi Qafqaz siyasətində geostrateji hədəflərin qeyri-müəyyənliyinə səbəb olmuşdur. Belə bir şəraitdə isə tarix boyu hər zaman maşa kimi istifadə olunan Ermənistan və onun Türkiyə ilə sərhədləri məsələsi ABŞ rəsmi dairələrini daha çox narahat etməyə başlamışdır. Tanınmış beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hazırladığı "ABŞ-İran strateji rəqabəti: Türkiyə və Cənubi Qafqaz” adlı hesabatda da bu fikrə üstünlük verilir ki, "Region uğrunda mübarizədə qlobal güclərin qarşıdurmaya meylli olması risk amilini yüksəldir. Ermənistandan isə bu məqsədlə istifadə edilə bilinər”. Beləliklə Ermənistana ABŞ siyasətində verilən rol aydındır.

Belə görünür ki, müstəqil xarici siyasət ABŞ-ın bu regionda prioritetləri ilə üst-üstə düşmür. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan isə beynəlxalq arenada milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirən ölkə kimi tanınmışdır. Ölkəmizin yerləşdiyi regionun geosiyasi əhəmiyyətini nəzərə aldıqda bütün tərəflərlə bərabər hüquqlu əsasda əməkdaşlığa söykənən bu müstəqilliyin olduqca çətin əldə edildiyini vurğulamaq lazımdır.

Azərbaycan –qlobal yolayrıcında etibarlı tərəfdaş

Şərqlə Qərbin, Şimalla Cənubun, islamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan bütün tarixi mərhələlərdə geosiyasi proseslərin diqqət mərkəzində olmuşdur. Azərbaycan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir. Bütün bunlar Azərbaycanın həyat tərzində, inkişaf tarixində, siyasətində özünü göstərir. Buna görədir ki, ölkəmizdə bəşəri dəyərlər milli və dini dəyərlərlə paralel qorunub saxlanılır.

Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə yaşadığı ölkədir. Bir müsəlman ölkəsi olan ölkəmizdə xristianlar da, yəhudilər də heç bir problem olmadan uzun əsrlərdir yaşayırlar. Bu paytaxt Bakının arxitekturasında da öz əksini tapmışdır. Bakı dünyada çox azsaylı şəhərlərdəndir ki, burda məscid, kilsə və sinaqoq yan-yanadır. Bu gün Avropadan fərqli olaraq ölkəmizdə multikulturalizm böhran yaşamır. Çünki Azərbaycanda multikulturalizmə, tolerant yanaşmaya siyasət kimi yox, gündəlik həyat tərzi kimi baxılır. Çoxmədəniyyətlilik xalqımızın həyat fəlsəfəsidir.

Müstəqilliyimizin ilk illərindən ölkəmiz Qərb dövlətləri və şirkətləri ilə fəal əməkdaşlıq edir. Qərb ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır, ölkəmizdə əsas investorlar Qərb şirkətləridir. Azərbaycanın əsas ixrac marşrutları olaraq neft və qaz boru kəmərləri Avropaya doğru istiqamətlənmişdir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ikinci bir başqa dövlət tapmaq mümkün deyil ki, Qərblə bu qədər yaxından əməkdaşlıq etsin.

Azərbaycan antiterror çağırışlarına qoşulan ilk ölkələrdən biri olmuşdur. Azərbaycan hərbçiləri Əfqanıstanda, İraqda NATO komandanlığında xidmət etmişlər. Hazırda NATO-nun Əfqanıstana yükdaşımalarında Azərbaycan mühüm rol oynayır və ölkəmizin əhəmiyyətinin 2014-cü ildən sonra NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesi ilə əlaqədar daha da artacağı gözlənilir.

Lakin Azərbaycanın Qərblə fəal əməkdaşlığına baxmayaraq, çox təəssüflər olsun ki, heç də həmişə həm ABŞ, həm də Avropa ölkələrindən Azərbaycanın tərəfdaşlıq səylərinə adekvat addımlar atılmır. Bu Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşmada özünü daha dolğun göstərir. Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, bununla bağlı konkret addımlar atmırlar.

İkili standartların səbəb olduğu dünya ədalət böhranı

Bu günlərdə Qərbin Krımda baş verən proseslərlə bağlı göstərdiyi mövqeni Azərbaycana münasibətdə görmürük. Krımla bağlı BMT-nin, Avropa qurumlarının hər hansı bir qətnaməsi olmadan Qərb öz qəti mövqeyini açıq şəkildə ortaya qoydu. Halbuki, indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub. Bütün bu sənədlərdə dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Lakin dünya birliyi və Qərb öz qəti mövqeyini ortaya qoymadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir. Halbuki, Liviya ilə bağlı qətnamə qəbul olunduqdan cəmi 2 saat sonra bu qərarın icrası üçün fəaliyyətə başlandı. Yəni, beynəlxalq hüquq yalnız böyük güclərin maraqlarına lazım olduqda tətbiq mexanizmini işə salır. Bütün bunlar isə dünyada ədalətli yanaşmaya olan inamı azaldır, müxtəlif radikal qüvvələrin tərəfdarlarının artmasına səbəb olur. Belə demək mümkünsə beynəlxalq müstəvidə tətbiq olunan ikili standartlar dünyada ədalət böhranının yaranmasına səbəb olur.

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir. Lakin görünən budur ki, BMT-nin Azərbaycan torpaqları ilə bağlı qətnamələrinin icra olunmaması ilə bağlı vəziyyət ABŞ-ı narahat etməsə də, Ermənistan-Türkiyə sərhədlərin bağlı olması ABŞ-da həm rəsmi, həm də ictimai dairələri ciddi narahat edir. ABŞ müxtəlif vasitələrlə bu prosesə dəstək verir. Məlum olduğu kimi, Qərbin siyasi sifarişi ilə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi "səssiz diplomatiya” vasitəsilə aparılır. Bu diplomatiyanın əsas aktorları olaraq isə qeyri-hökumət təşkilatları, araşdırma mərkəzləri və akademik dairələr seçilmişdir. ABŞ təkcə Ankara və İrəvandakı səfirlikləri vasitəsilə xalq diplomatiyası olaraq istifadə etdiyi QHT-lərarası əməkdaşlığı dəstəkləmək üçün 2010-cu ildən etibarən 4,7 milyon dollar vəsait ayırmışdır. ABŞ türk və erməni QHT-lərə İrəvandakı səfirliyi vasitəsilə 2,4 milyon dollar, Ankara səfirliyi vasitəsilə isə 2,3 milyon dollar həcmində qrant vermişdir.

Digər tərəfdən ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə yardımı ayırması, USAİD-in Dağlıq Qarabağda müxtəlif layihələr həyata keçirməsi humanitar məqsədlərin reallaşmasından daha çox separatçı rejimin iqtisadi cəhətdən güclənməsinə imkan yaradır. Separatçı rejimin rəhbərləri maliyyə vəsaiti toplamaq üçün sərbəst şəkildə ABŞ-a səfərlər edir, müxtəlif marafonlar təşkil edirlər. Bütün bunların fonunda , Azərbaycana münasibətdə qəbul edilmiş "Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş isə hələ də ləğv olunmayıb.

Soros Fondu – ABŞ geosiyasətinin aksioması

ABŞ-ın rəsmi dairələri ilə yanaşı beynəlxalq müstəvidə qeyri-rəsmi oyunçuları da Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasının əsas havadarlarıdır. Bu mənada Soros Fondunun xüsusi fəallığı müşayiət olunur. ABŞ-ın marağı olan dünyanın bütün regionlarında Soros Fondunun aktivliyi artıq "geosiyasi aksioma” kimi qəbul olunur. Corc Soros Türkiyədə yaratdığı "beşinci kolon” vasitəsilə proseslərə aktiv müdaxilə edir. Onun təsis etdiyi Açıq Cəmiyyət İnstitutunun Türkiyə bölməsi 2001-ci ildən fəaliyyət göstərir. Soros Fondu Türkiyə İqtisadi və İctimai Etüdlər Fondu (TESEV), Açık Radyo, Açık Site, Bianet, Umut Vakfı, Anne Çocuk Eğitim Vakfı (AÇEV), Tarih Vakfı, Helsinki Yurttaşlar Derneği, Avropa Hərəkatı kimi təşkilatlara maddi dəstək göstərir. Bilgi, Boğaziçi, Sabancı Universitetləri də Corc Sorosun maliyyə yardımından faydalananların siyahısındadır.

Sorosun Türkiyədəki "beşinci kolonu” ilə bağlı bir məqamı da qeyd etmək istərdik ki, bu təşkilatlar irəli sürdükləri müxtəlif layihələrlə Azərbaycan cəmiyyətinin qeyd olunan prosesə sərt reaksiyasını yumşaltmağa çalışırlar. Bu mənada türk serialları vasitəsilə Azərbaycan cəmiyyətinə təsir etmək planları gündəmdədir. Türk İqtisadi və Sosial Tədqiqatlar Fondu (TESEV) və Avrasiya Əməkdaşlıq Fondunun 2012-ci ilin mart ayında Tiflisdə keçirdiyi tədbirdə türk seriallarının Azərbaycana təsir etmək planları müzakirə olunmuşdur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalovitz, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzerin qatıldığı tədbirdə türk seriallarının Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycanı sülhə yönləndirmək üçün istifadə edilməsi bir tələb olaraq ortaya qoyulmuşdur.

Beləliklə təhlillər göstərir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində hazırkı mərhələdə ən mühüm prioritet Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Bununla ABŞ-ın nə qazanacağı və ya Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişəcəyi dumanlı görünür. Lakin əsas fakt odur ki, ABŞ bu istiqamətdə həyata keçirdiyi siyasət zamanı regionda əsas müttəfiqləri ilə münasibətləri nəzərə almır. Birincisi, bu sərhədlərin regiona sülh gətirəcəyi və ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyi ilə bağlı iddialar real siyasi şəraitdən tamamilə kənardır. İkincisi, bu regionda ABŞ-ın əsas siyasi müttəfiqi Türkiyədir. Türkiyə Qafqaz və Mərkəzi Asiyaya açılan enerji və nəqliyyat qovşağı kimi geosiyasi əhəmiyyətə malikdir və bu mövqe qlobal rəqabətdə ABŞ üçün olduqca vacibdir. Hazırkı normallaşma prosesinin Azərbaycanın milli maraqlarının nəzərə alınmadan həyata keçirilməsi isə Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vura bilər. Bu isə daha geniş mənada qeyd etdiyimiz enerji və nəqliyyat dəhlizlərinin gələcəyi üçün təhlükədir.

Məlum olduğu kimi, Türkiyə-Ermənistan sərhədləri Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar bağlanmışdır. Bu işğal olunmuş ərazilər azad olunmayana qədər regionda mövcud münasibətlərin dəyişdirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmaqdır. ABŞ-ın bu geosiyasi oyunları yalnız Ermənistanın xeyrinə olan amillərdir. Türkiyə və Azərbaycan qardaş və strateji müttəfiq olaraq bu oyunların mahiyyətini gözəl başa düşür və birgə addımlayırlar. Ermənistan isə üçüncü bir ölkənin forpostu olaraq bu geosiyasi oyunlardan uduşlu çıxmaq istəyir. ABŞ-ın Cənubi Qafqazda prioritetinin nə olduğu isə ümumiyyətlə bəlli deyil. Qlobal məkanda əsas rəqibinin forpostu olan ölkəni öz nüfuz dairəsinə salmaq üçün regionda əsas müttəfiqi olan Türkiyəni və Qərblə bu qədər sıx əməkdaşlıq edən Azərbaycanı itirə bilmək belə ABŞ strateqlərini narahat etmir. Bu isə Cənubi Qafqazla bağlı ABŞ-ın strateji prioritetlərinin yanlışlığından və dövlət maraqlarının lobbi maraqlarına qurban verilməsindən xəbər verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ