İraqın keçmiş prezidenti Səddam Hüseynin qızı IŞİD-in ələ keçirdiyi Mosul şəhərinə gedir. Baki-xeber.com xarici KİV-ə istinadən bildirir ki, IŞİD-in Mosul və Tikrit əməliyyatlarının ardından ölkənin edam edilən keçmiş prezidenti Səddam Hüseynin qızı Reghat İordaniyadan Mosula gedəcək. Bildirilir ki, IŞİD-in Mosuldakı rəhbərliyi Reghat Səddamın Musula gəlməsi üçün təhlukəsizlik koridoru yaratmağa çalışır. Dünəndən isə Mosulda İzzət Duri ilə birlikdə Reghat Səddamın şəkilləri divarlara asılıb.
ABŞ və Bağdaddan gələn sərt xəbərdarlıqlar və İranın ölkəyə məhdud sayda ordu birlikləri göndərməsinin ardından IŞİD şəhərdə ola biləcək hücuma qarşı döyüş hazırlığına da başlayıb. Əməliyyatlarda şəhərə ağır zirehli texnikaların girməsini önləmək üçün şəhərin bir çox ana yolları qazılıb.
IŞİD Mosulun nəzarətini əlində tutmağa çalışmaqla yanaşı bir tərəfdən də əldə etdiyi avadanlıqların bir qismini Suriya sərhədinə daşıyır.
98 illik müqaviləni etibarsız saydılar
Birinci Dünya Müharibəsində Osmanlı torpaqlarının paylaşmasını nəzərdə tutan və liderliyini İngiltərə ilə Fransanın etdiyi gizli «Sykes-Picot» razılaşmasının nəzərdə tutduğu Suriya-İraq sərhədi terror təşkilatı IŞİD üzvləri tərəfindən ötən gün pozulub. IŞİD üzvləri İraqla Suriya arasında ingilislərin və fransızların 1916-cı ildə birinci dünya müharibəsi əsnasında çəkdikləri sərhədin artıq etibarsız olduğunu iddia edərək buldozerlərlə sərhədi dağıdıblar. Təşkilat İraq-Suriya sərhədinin yıxılmasının bölgə xəritəsinin bir əsr sonra dəyişməsi mənasını verdiyini bildirib.