«İraq Şam İslam Dövləti» terrorçularının hədəfində olan ölkələr… - FOTO
Son bir neçə gündür dünyanın əsas gündəminə çevrilən «İraq Şam İslam Dövləti» (İŞİD) terror təşkilatının hədəfləri ilə bağlı yeni faktlar ortaya çıxıb. Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, IŞİD-in media qolu tərəfindən «Twitter»də təşkilatın İslam dövləti quraraq şəriət elan etmək istədiyi ölkələrin xəritəsi yayılıb. Bu ölkələr arasında Türkiyə də yer alır.
IŞİD'in hədəfində bir çox ölkə və şəhərlərlə yanaşı
Roma, Qüds və Endülüs kimi şəhərlər də var.