Bazar ertəsi günü, 30 noyabr 2026
     

ABŞ-dakı "Azərbaycan dinləmələrinin" nəzərdən qaçırılan pozitiv məqamları...

Image


Məlumat verildiyi kimi, ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helsinki komissiyası) "ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik, iqtisadiyyat və insan haqları" mövzusunda dinləmələr keçirib. Burada ölkəmizlə bağlı müxtəlif fikirlər səslənib. Ölkəni sərt tənqid edənlərlə yanaşı, pozitiv mövqedən çıxış edənlər də olub. Məsələn, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin bəyan edib ki, 20 ildən çoxdur ABŞ Azərbaycanla birgə demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün səylər göstərir:
"Azərbaycan NATO və ABŞ-ın Kabildən Kosovoyadək əsas müttəfiqlərindən biri olub. Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritetdir. Eyni zamanda, Əfqanıstandakı sülhməramlı əməliyyatda və enerji sahəsində Azərbaycanın oynadığı rolu qeyd etmək vacibdir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün yüksək prioritetdir".
Azərbaycanda sabitliyin yalnız insan haqlarına hörmətə əsaslana biləcəyini vurğulayan Tomas Melia rəsmi Bakını 20-ci əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin demokratik siyasi irsini davam etdirməyə çağırıb. Dinləmələrə qoşulan Senator Rocer Viker Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini qeyd edib və Azərbaycan hökumətinə ABŞ-a Əfqanıstan və başqa təhlükəsizlik sahələrində göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Azərbaycanın çətin geosiyasi qonşuluqda mövcud olduğunu qeyd edən Mississipi senatoru rəsmi Bakının xarici siyasətdə ehtiyatlı davrandığını anladığını söyləyib. Dinləmələrin ikinci yarısında çıxış edən Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer Azərbaycanda daxili situasiyanın müxtəlif aspektlərinə diqqət çəkib. Xanım Lanskoy ölkədə həbslərin və siyasi məhbusların olduğunu bildirib. O, "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycan hökumətinin QHT-lər haqqında qanunda etdiyi dəyişikliklərin ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərə az uyğun olduğunu vurğulayıb. Tanınmış ekspert Brenda Şaffer Azərbaycana ilk dəfə olaraq Sovet dönəmində səfər etdiyini və o vaxtdan bəri bu ölkə ilə təmasları genişləndirdiyini söyləyib. Xanım Şaffer Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda yəhudi azlığına bəslənilən münasibət region üçün nümunəvi xarakter daşıyır.
Senator Ben Kardin isə bəyan edib ki, ABŞ Azərbaycanı regionda özünün önəmli dostu hesab edir: "Bu səbəbdən də biz Azərbaycanın inkişaf etməsində maraqlıyıq. Azərbaycan ABŞ-ın önəmli strateji tərəfdaşıdır. Biz bir çox ortaq maraqları bölüşürük. Biz sadəcə, Azərbaycan xalqına Helsinki Komissiyasının prinsiplərini göstərmək istəyirik. Komissiya 3 amilə əsaslanır. Yalnız təhlükəsizlik və iqtisadi amillə deyil, həm də insan haqları ilə bağlıdır. Son prezident seçkilərində beynəlxalq seçki müşahidəçilərinin məsləhətlərinin tətbiqində irəliləyiş görmək istəyirik. Vicdan məhbuslarının sərbəst buraxılmasını görmək istəyirik. İnsanların fikirlərini ifadə etməsinə icazə verilməsində irəliləyiş görmək istəyirik. Bu kimi dəyişiklikləri görmək istərdik. ABŞ üçün yox, Azərbaycan üçün. İnsanlar bunu öz ölkələrində istəyir". Bundan başqa, yenidən seçki qanunvericiliyində dəyişikliklər edilməsi də ön plana çəkilib. Ekspertlər isə bildirir ki, dinləmələrdə insan hüquqları və demokratiya sahəsindəki bəyanatlarda bəzən ifrata varıldığı da özünü qabarıq büruzə verir. Həmçinin Azərbaycanda, seçki qanunvericiliyi də daxil olmaqla, islahatların aparılmasının zəruriliyi ilə bağlı çağırışlar məsələsində də müəyyən həddə ifrata varılır. Məsələ burasındadır ki, bu sahədə hər yerdə, o cümlədən ABŞ-ın özündə də islahatlara ehtiyac var. Bu mənada qeyd edilir ki, Helsinki komissiyası ABŞ-ın ərazisində də bir çox qüsurlara, insan hüquqlarının pozulmasına, öz ərazisində olan problemlərə diqqəti artırsa pis olmaz.
Politoloqlar Helsinki Komissiyasında Azərbaycanın seçki qanunvericiliyinin ATƏT standartlarına uyğunlaşdırılması ilə bağlı çağırışlarla əlaqədar vurğulayır ki, ABŞ-ın özündə də Corc Buş zamanında Floridada keçirilən seçkiləri ATƏT tənqid etmişdi. Ancaq buna görə ATƏT nümayəndələrini seçki məntəqələrindən qovmuşdular.
Bu səbəbdən hesab edilir ki, amerikalılar ATƏT-in tələblərindən çıxış edirsə, ABŞ-ın seçki qanunvericiliyinin də ATƏT tələblərinə uyğunlaşdırılmasını düşünsünlər. Bundan başqa, bəzi beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan şəxslərlə bağlı məsələ də xeyli mübahisəlidir və ciddi müzakirə edilməlidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ