Bazar ertəsi günü, 30 noyabr 2026
     

"Avrasiya" üzvlüyünü Qarabağ probleminə bağlayan rus yönümlü eyhamlar açıq şəkil alır

Image


Məlum olduğu kimi, bu gün Rusiyanın xüsusi maraq dairəsində olan məsələlərdən biri də Azərbaycanın Avrasiya İttifaqına üzv qəbul olunmasıdır. Rəsmi və qeyri-rəsmi səviyyədə Rusiyada bu məsələ getdikcə daha çox gündəmə gətirilməkdədir. Rəsmi səviyyədə sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı gündəmə gəldi.
Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Lakin Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bəyan edib. Məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfərində və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin səfərində əsas müzakirə mövzusu olacağı gözlənir. Bunu Vladimir Putinin məsləhətçisi Sergey Qlazyevin açıqlamaları da təsdiq edir: "Rusiya ən yaxın qonşuları ilə əməkdaşlığı daha da genişləndirməyə çalışır. Xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozin iyunda bununla bağlı müzakirələr aparmaq üçün Azərbaycana işgüzar səfər edəcək". Azərbaycanın Rusiyanın mühüm tərəfdaşı olduğunu deyən S.Qlazyev vurğulayıb ki, bir çox məsələlərin həlli, xüsusilə də Qafqazın iqtisadi vəziyyəti və hərbi-siyasi sabitlik bu tərəfdaşlıqdan asılıdır: "Buna görə Azərbaycanla dəyərli inteqrasiyanın mövcudluğu bizim üçün böyük əhəmiyyətə malikdir".
Onun sözlərinə görə, Rusiya rəhbərliyi inteqrasiyadan danışarkən, ilk növbədə mövcud Avrasiya layihələrini nəzərdə tutur: "Ermənistan indi Gömrük Şurasına daxil olur və ən yaxın aylarda Avrasiya İttifaqına da daxil olacaq. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan və Azərbaycan arasında münasibətlərin çətinliyini nəzərə alaraq, Azərbaycanın da Avrasiya İttifaqına inteqrasiya etməsini istəyirik. Bu bizim üçün çox əhəmiyyətlidir".
"Şimal-Cənub" politoloji mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva da bildirir ki, Azərbaycanın bu quruma üzv olması mühüm əhəmiyyətə malikdir: "Avrasiya İttifaqı yeni inteqrasiya strukturu, perspektivdə isə yeni dünya iqtisadi güc mərkəzidir. Bu və ya digər halda Bakı nəzərə almağa məcbur olacaq ki, onun sərhədləri yaxınlığında yeni inteqrasiya birliyi yaranır, Qazaxıstan, Rusiya və Belarusla əməkdaşlıq çərçivəsində biznes üçün oyun qaydaları dəyişir. Ona görə Azərbaycana, yaranan reallıqlar nəzərə alınmaqla, yeni əlaqələr formatı qurmaq lazım gələcək. Bu nöqteyi-nəzərdən Azərbaycana indidən Avrasiya məkanında inteqrasiya çərçivəsində nələrin baş verdiyi maraqlı olmalıdır".
Onun sözlərinə görə, Avrasiya İttifaqı üzv ölkələr üçün, ilk növbədə, iqtisadiyyatın modernləşdirilməsidir: "Həm Rusiya, həm Qazaxıstan, həm də Azərbaycan əsasən xammal ixrac edən ölkələrdir. Ona görə də ölkələrimizin iqtisadiyyatı üçün aktual olan məsələ iqtisadiyyatımızın diversifikasiyası, sənayemizin digər sahələrinin inkişafıdır. Təkbaşına bunun öhdəsindən gəlmək çox çətindir, lakin birgə elmi-texniki potensialımızla bunu bacarmaq tam realdır".
Onun fikrincə, Avrasiya İttifaqı daxilində ikinci imkan isə müştərək istehsalat müəssisələrinin və transmilli şirkətlərin açılmasıdır: "Rusiya-Qazaxıstan sərhədində belə şirkətlər artıq yaranır, yeni iş yerləri açılır, yeni mallar istehsal olunur. Üçüncü məqam odur ki, istehsalçılar üçün Avrasiya İttifaqının böyük 170 milyonluq bazarı açılır. Yeni ölkələr qoşulduqca bu bazar artacaq. Bütün bunların hamısı Avrasiya İttifaqının potensialının və mövcud imkanların reallaşdırılmasından asılı olacaq". Y.Yakuşeva əmindir ki, postsovet məkanında inteqrasiya məsələlərində Azərbaycan yolunun spesifikasını da nəzərə almaq lazımdır: "Biz bilirik ki, Azərbaycan iqtisadiyyatda və xarici siyasətdə çoxvektorluq tərəfdarıdır. Qazaxıstan da bu məntiqdən çıxış edir. Ancaq Avrasiya İttifaqında üzvlük o demək deyil ki, xarici siyasət kursuna hansısa korrektələr edilməlidir. Bu ittifaq Qərb və ya islam dünyası ilə əlaqələrlə ziddiyyət təşkil etmir. Azərbaycan həqiqətən də müstəqil iqtisadiyyatı olan güclü ölkədir. Azərbaycan hələ Avrasiya ittifaqında iştirak məsələsinə baxmır. Ancaq Bakı artıq indidən bu inteqrasiya birliyinin imkanlarını nəzərdən keçirib özünə sərf edən formatları seçə və lazımi nəticələr çıxara bilər. Əlavə etmək istərdim ki, Türkiyə də Avrasiya İttifaqındakı azad ticarət zonasında bu və ya digər formatda özünün iştirak perspektivlərini nəzərdən keçirir. Türkiyənin iştirakı Azərbaycan üçün maraqlı ola və onu stimullaşdıra bilər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ