Bazar ertəsi günü, 30 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Şokolad kralı" Rusiyanın son ümidlərini dəfn etdi
Tarix: 09.06.2014 / 05:28
Bölmə: Siyasət
Ukraynanın yeni prezidenti "şokolad kralı" kimi tanınan Poroşenkonun inauqurasiya mərasimindən sonra bu ölkənin üzləşdiyi separatçılıq probleminin hansı formada həllini tapacağı xüsusi maraq doğururdu. Hadisələrin gedişi, səslənən fikirlər isə bu qənaətə gəlməyə əsas verir ki, Ukraynada qanlı hadisələr bundan sonra da davam edəcək.
Bunu Poroşenkonun andiçmədən sonra verdiyi əsas bəyanatların anti-Rusiya xarakterli olması da təsdiq edir. Poroşenkonun bəyanatlarında diqqətçəkən əsas məqam isə odur ki, o, Ukraynanın federallaşmayacağını və Ukrayna dilinin ölkənin tək dövlət dili olaraq qalacağını bildirib. Halbuki, Rusiya rəhbərliyinin Ukraynadan əsas tələbləri ölkənin federallaşması və rus dilinin ölkənin ikinci dövlət dili kimi qəbul edilməsi idi. Moskvaya verilən ən sərt mesaj isə Krımla bağlıdır. Poroşenko Krımın Ukraynanın tərkib hissəsi olduğunu bəyan edib. O məhz buna görə kompromisə getməyin mümkünsüz olduğunu söyləyib: "Mən bu barədə Rusiya rəhbərliyinə bildirmişəm: Krım bizimdir, bununla bağlı heç kimlə kompromis əldə edilə bilməz".
Bundan başqa, rəsmi Kiyev Ukrayna prezidentinə ölkə ərazisində silahlı qüvvələrdən istifadə etmək hüququ verən Rusiya Federasiya Şurasının qərarının ləğvini gözləyir. Poroşenkonun sözlərinə əsasən, hazırda Ukraynanın silahlı münaqişənin davam etdiyi ərazilərində təxribatçıların sərhədi keçməsi halları baş verir. Bununla əlaqədar olaraq, rəsmi Kiyev rəsmi Moskva ilə birlikdə həmin ərazilərdə sərhədi bağlamağı planlaşdırır. Bütün bunlar Ukraynanın yeni hökumətinin də Rusiya ilə olan problemi dinc yolla həll edə bilməyəcəyini göstərir. Hazırda Qərb də Ukraynanın yeni hökumətinə bütün dəstəyi verir. ABŞ prezidenti Barak Obama isə yenidən münaqişənin tənzimlənməsinin Rusiyadan asılı olduğunu deyib. Ağ ev rəhbəri Rusiya rəhbərinin diqqətinə çatdırıb ki, o, Poroşenkonu Ukraynanın legitim lideri kimi tanımalı, Şərqi Ukraynadakı separatçılara dəstəyi dayandırmalı və sərhəddən qanunsuz silah-sursatın keçirilməsiə icazə verməməlidir.
Bu arada Kiyevdə Poroşenko və onun inauqurasiya mərasimində iştirak etmək üçün Ukraynada olan ABŞ vitse-prezidenti Co Bayden arasında görüş olub. ABŞ-ın vitse-prezidenti Ukrayna hökumətinə əlavə yardım ediləcəyi vədini verib. Co Bayden əvvəl vəd edilmiş bir milyard dollarlıq yardıma əlavə olaraq, müxtəlif sahələrdə səylər üçün 50 milyon dollar ayrılacağını bildirib. Əlavə yardım vədi prezident Barak Obamanın ABŞ-ın Moldova və Gürcüstan kimi Rusiya ilə sərhəddə yerləşən qeyri-NATO ölkələrinin hərbi potensialının artırılması istiqamətində işləyəcəyini deməsindən sonra verilib. O, eyni zamanda, Rusiyanı Ukraynanın yeni hökuməti ilə işləyəcəyinə ümidini ifadə edib. Rusiya isə maraqlarından kənar yeni Ukrayna hökuməti ilə işləmək niyyətində olmadığını bəyan edir. Elə bu səbəbdəndir ki, Ukraynanın şərqində müstəqillik istəyənlərlə federallaşma tərəfdarlarının müharibəsi getdikcə üzücü və dağıdıcı xarakter alır. Ukrayna ordusu separatçılara qarşı tankları, digər zirehli texnikanı və aviasiyanı, o cümlədən artilleriya sistemlərini işə salıb. Lakin separatçılar da silah-sursat baxımından pis təchiz olunmayıb və onlar daşınan zenit-raket sistemləri, zenit pulemyotları ilə Ukrayna təyyarələrini, vertolyotlarını sıradan çıxarır. Tank əleyhinə sistemlərlə zirehli texnikanın irəliləməsinə imkan vermir. Onların silah və hərbi texnika ilə təchizatı hazırda faktiki olaraq nəzarətsiz qalan Ukrayna-Rusiya sərhədləri vasitəsilə həyata keçirilir.
Ukraynanın Rusiya ilə sərhədində yüngül silahlarla silahlanmış sərhədçilər növbə çəkir və onlar Rusiyadan keçən yaraqlı dəstələrinə müqavimət göstərə bilmir. Bəzi məlumatlara görə, sərhədçilər hətta silah-sursat və muzdlular dolu "KamAZ"ları sərhəddən buraxmaq üçün rüşvət də alırlar. Ukraynanın şərqində aparılan əməliyyatlara cəlb olunmuş "Azov" xüsusi batalyonunun komandiri Yaroslav Qonçar bildirib ki, iyunun 8-nə keçən gecə Taqanroq istiqamətindən Ukrayna sərhədinə 10 BTR, 10 "KamAZ" və yedəyinə top qoşulmuş yanacaqdolduran yaxınlaşıb. Səhər saat 4 radələrində 6 BTR, 6 "KamAZ" və yanacaqdolduran maşın yedəyindəki topla birlikdə Ukrayna sərhədini keçib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin köməkçisi Toni Blinken isə bu fonda bildirir ki, Rusiya vəziyyətin kəskinləşdirilməsinə son qoymalı, Ukrayna hökuməti kütləvi güc tətbiqindən çəkinməlidir: "Rusiya vəziyyətin kəskinləşməsinin qarşısını almağa nail olmaq üçün fikrimdə tutduğum vacib addımları atarsa, Ukrayna hərbi vəziyyətin elan edilməsindən, qüvvələrdən qeyri-proporsional istifadə və ya terrorçuluğa qarşı keçirilən genişmiqyaslı əməliyyatdan qaçmalıdır". O, Rusiyanı Ukrayna yığma qoşun dəstəsinə təzyiq göstərməyə və bununla onların silahı yerə qoyub Kiyev hökuməti ilə siyasi dialoq yaratmalarına nail olmağa çağırıb: "Bununla belə, Ağ ev rəsmi Moskvanın atdığı bəzi pozitiv addımları da sezir. Əgər Rusiya Ukrayna ilə əlaqələrin yenidən təşkilinə getsə, bu onun özünün ABŞ-la əlaqələrinin yaxşılaşmasına səbəb ola bilər".
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ