Bazar ertəsi günü, 30 noyabr 2026
     

Ermənistan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından qorxuya düşüb

Image


Son aylarda Türkiyə və Azərbaycan arasında hərbi əlaqələrin kifayət qədər intensivləşməsi özünü qabarıq surətdə büruzə verməkdədir və bu hal Ermənistanda da ciddi surətdə narahatlıq predmetinə çevrilib. Öncə xatırladaq ki, bir neçə gün əvvəl "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi Planı" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-2015-ci təlim-təhsil ili üçün Kurslar Planı" imzalanıb.
Yaxın vaxtlarda isə Azərbaycanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfdən tabor, Türkiyə tərəfdən isə bölük səviyyəsində qatılım olacaq, hərbi təlim iki ölkə arasında hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirməkdir. Təlim qərargah və səhra hissəsindən ibarət olacaq. Qeyd edək ki, bu ilin yanvarında Türkiyədə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə "Qış-2014" adlı hərbi təlim keçirilib.
Bundan başqa, Türkiyə hərbi şirkətləri Azərbaycanla əməkdaşlığı intensivləşdirib. Artıq məlumdur ki, Türkiyənin STM şirkəti Azərbaycan və Qazaxıstanla hərbi tərsanə qurulması və hərbi gəmilərin inşası üzrə görüşmələrə başlayıb. STM şirkətinin dəniz layihələri direktoru, ehtiyatda olan kontr-admiral Savaş Onurun sözlərinə görə, bu il mayın 23-də "KADEX-2014" sərgisində STM və Qazaxıstanın "Kazakhstan Engineering" Milli Şirkəti arasında Xəzər dənizi sahilində hərbi tərsanənin qurulmasına dəstək məqsədilə niyyət protokolu imzalanıb: "Ötən ilin sonlarında keçirilmiş Yüksək Səviyyəli Hərbi Dialoq iclasında Azərbaycan Müdafiə Nazirliyi hərbi tərsanənin qurulması və gəmi inşası ilə bağlı Türkiyə Müdafiə Sənayesi Katibliyinə müraciət edib. "Katibliyin tövsiyəsi ilə biz bu istiqamətdə işlərə başladıq. Bir dəfə Bakıda görüşlərimiz oldu. Yaxın vaxtlarda daha bir görüş keçirməyi düşünürük". Şirkət hərbi dəniz sənayesində öz təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır.
Bütün bunlar, qeyd olunduğu kimi, İrəvanda narahatlıqla qarşılanır. Ermənistan Türkiyə ordusunun Azərbaycanla işbirlyinin genişlənməsindən açıq narahatlıq ifadə edir. Hətta rəsmi İrəvan ilk dəfə Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdə Türkiyənin iştirakından danışıb. Məlumatlara görə, müdafiə naziri Seyran Ohanyan Naxçıvandakı Azərbaycan ordusunda kiçik türk bölməsinin olması barədə məlumat aldıqlarını deyib. Erməni eksperti Akop Badalyan bununla bağlı qeyd edir: "Göründüyü kimi, Ermənistan rəhbərliyi Naxçıvanla sərhəddəki son hadisədən narahat olub. Məntiq düşünməyə əsas verir ki, erməni rəhbərliyinin növbəti addımı beynəlxalq strukturlara müraciət etmək olacaq. İrəvan isə sadəcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyə məcburdur. Hansı ki, üzvlərinin bir hissəsi bu günlərdə Bodrumda pantürkizm şənliyində kef edirdi. Yeri gəlmişkən, Naxçıvanla sərhəddə iki erməni məhz bu sammit zamanı vuruldu". Burada söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan və Qırğızıstandan gedir. Ermənilər hesab edir ki, Bodrumda keçirilən tədbir rəsmi İrəvanın daim güvəndiyi KTMT-nin əslində olmadığını göstərdi.
Erməni eksperti qeyd edir ki, regional proseslər bir çox halda Türkiyədən asılıdır. O, Ankaranın Azərbaycana siqnal verəcəyi halda müharibə başlana biləcəyini düşünür. A.Badalyanın fikrincə, Moskva Türkiyə və Azərbaycanı müharibəyə başlamağa inandırmaq istəyir və bunun əlamətləri də artıq görünür. Erməniləri qorxudan daha bir məqam isə odur ki, Türkiyə Avrasiya İttifaqına üzv olmaqla da İrəvanı oyundankənar vəziyyətə salacaq. Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin IV zirvə toplantısı zamanı Türkiyəni Avrasiya İqtisadi İttifaqına üzv olmağa çağırıb. Nazarbayev toplantı zamanı Türkiyə üçün quruma üzvlük yolunun açıq olduğunu söyləyib: "Türkiyə və digər ölkələr gələcəkdə birliyə üzv ola bilər". Qırğızıstan və Ermənistanın da quruma daxil olmaq üçün can atdıqlarını deyən Nazarbayev bir çox ölkənin də ticarət münasibətlərini inkişaf etdirmək istədiklərini söyləyib.
Nazarbayevin bu çıxışından sonra Türkiyə baş nazirinin müavini Bülənt Arınc maraqlı fikirlər səsləndirib. Türkiyənin Avropa Birliyi üzvlüyü prosesində Fransanın mövqeyilə bağlı verilən suala Arınc qeyd edib: "Fransa ilə bu məsələdə bəzi problemlər yaşadıq. Fransa hər zaman bizim üzvlüyümüzü blok etdi. Sarkozi zamanı ən şanssız dönəm idi". AB üzvlüyünün Türkiyə üçün əsas hədəflərdən biri olduğunu söyləyən Arınc bu inteqrasiyanın baş tutmayacağı təqdirdə Avrasiyaya üz tutacaqlarını da deyib: "Bəziləri mane olmağa çalışır. Amma bizim əsas hədəfimiz AB-yə tam üzvlükdür. Bunun bizim üçün niyə əsas hədəf olduğunu mən bayaq səsləndirdim, amma dünyaya at eynəyilə də baxmırıq. Yəni bu üzvlük olsa yaxşı olar, olmasa da dünyanın sonu deyil. Bu səbəbdən də dünyadakı başqa iqtisadi əməkdaşlıq təşkilatları ilə də yaxından maraqlanırıq. Avrasiya İttifaqı bunlardan biri ola bilər. Biz bir çox iqtisadi təşkilatla ya ortağıq, ya üzvük, ya da müşahidəçiyik. Şanxay Əməkdaşlıq Təşkilatı da var". Elə erməniləri də qorxudan əsas hallardan biri Türkiyənin Avrasiya İttifaqına mümkün üzvlüyüdür və İrəvan bu məsələnin Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcəyini düşünür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ