Bazar ertəsi günü, 30 noyabr 2026
     

Yeni plan: Ərdoğan prezident, Gül partiya sədri...

Image


Qardaş Türkiyənin siyasi gündəmində indi ən çox diqqət yetirilən məsələ iki ay sonra keçiriləcək prezident seçkiləridir. Bu seçkilərdə hakim partiyaya qalib gələ bilmək və vahid namizəd müəyyən etmək üçün ölkənin əsas müxalif partiyaları arasında görüşlər başlanıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi olan baş nazir Rəcəb Tayyib Ərdoğan isə hələ də seçkilərdə iştirakı ilə bağlı qəti mövqe ortaya qoymayıb.
Lakin AKP-də böyük əksəriyyət onun prezident postuna sahib olmasını istəyir. Bu halda indiki prezident Abdullah Gülü incik salmamaq üçün bu şəxsin də AKP rəhbəri postuna gətirilməsi gözlənir. AKP sədr müavini Bəşir Atalay bəyan edib ki, AKP-nin başına Abdullah Gül keçməlidir: "Bütün proseslər daha çox baş nazirimizin prezidentliyə namizəd olmasının vacibliyini göstərir. Bunu rəsmi olaraq açıqlamamışıq. Konkret qərar qəbul edilməyib. Baş nazir özü də bununla bağlı konkret bir söz deməyib. Prezident Abdullah Gülü isə yenidən partiyamızın sədri olmağa razı salmaq lazımdır. Bütün planlar AKP-nin güclü şəkildə yoluna davam etməsi üçün qurulur".
Türkiyə baş nazirinin müavini Bülənt Arınc isə qeyd edib ki, AKP-nin prezident seçkilərində irəli sürəcəyi namizədin adını bütün aləm bilir. O deyib ki, Türkiyədə təxminən iki ay sonra prezident seçkiləri keçiriləcək: "Seçkilərdə AKP-nin irəli sürəcəyi namizəd, inşallah, qalib gələcək. Bu posta layiq olan çox qiymətli namizədimizin adını hələlik demirik, amma parlamentdə, təşkilatımızda məsləhətləşmələr zamanı daha çox onun adı çəkilir. Ona görə də AKP-nin namizədinin kim olacağı hər kəsə aydındır".
Ədalət və İnkişaf Partiyasının ikinci şəxsi sayılan Mehmet Əli Şahin isə artıq Rəcəb Tayyib Ərdoğanın prezident seçkisində namizəd olacağını rəsmən açıqlayıb. O, Ərdoğanın 2023-cü ilə qədər prezident olacağını sözlərinə əlavə edib: "Ərdoğan bu millətə xidmət etməkdə davam edəcək. Həm də prezident olaraq xidmətini davam etdirəcək". AKP funksioneri Türkiyə konstitusiyasının dəyişdiriləcəyi mesajını da verib: "2015-ci il seçkilərində AKP parlamentdə daha çox yerlə təmsil olunacaq. Bundan sonra konstitusiya dəyişdirilərək, Türkiyədə prezident idarəetməsi yaradılacaq. Beləcə prezident olacaq Ərdoğan eyni zamanda partiya mənsubiyyəti daşıyan şəxs olaraq 2023-cü ilə qədər Türkiyəyə xidmət edəcək. İndilikdə isə Ərdoğan prezidentliyə namizəd olmalıavə Cankaya köşkünə çıxmalıdır".
O, Ərdoğanla bağlı bütün kampaniyaların onun siyasətdən uzaqlaşdırılması məqsədi daşıdığını bildirib:
"Baş nazir haqqında icra edilən qaralama kampaniyalarının, eləcə də 17 və 25 dekabr istintaqlarının yeganə məqsədi onu siyasətdən, ölkə rəhbərliyindən uzaqlaşdırmaqdır. Amma millət martın 30-da seçki məntəqəsinə gedərək "biz Rəcəb Tayyib Ərdoğanı prezident olaraq görmək istəyirik" deyə səs verdi. Müxalifət liderləri "Ərdoğan prezidentliyə namizəd olmasın" deyirlər. Niyə olmasın? Onlar bilirlər ki, baş nazir namizəd olarsa, ilk mərhələdəcə seçiləcək".
Lakin seçkilərə az qalmış AKP-dən istefalar Ərdoğana müəyyən problemlər də yarada bilər. Xatırladaq ki, bu günlərdə Ədalət və İnkişaf Partiyasının Ankara təşkilatının sədri Murad Alparslan vəzifəsindən istefa verib. AKP-nin Şırnak rayon təşkilatının sədri Mehmet Dəmir də daxil olmaqla, daha 40 nəfər partiya sıralarını tərk etdiyini açıqlayıb. Maraqlıdır ki, Mehmet Dəmir Fətullah Gülənin kitabı ilə çıxdığı mətbuat konfransında istefa verdiyini açıqlayıb. Onun mətbuat konfransına Fətullah Gülənin "Məfkurə Yolçuluğu" adlı kitabı ilə qatılması diqqət cəlb edib. Dəmir istefa açıqlamasında bunları deyib: "Biz istənilən şəraitdə millətimizə xəyanət etməyəcəyik. Xüsusilə vurğulamaq istəyirəm ki, millətimizdən başqa heç kimə xidmət etməyəcəyik. Yerimizə gələcək dostlarımıza uğurlar diləyirik. İnşallah görüşəcəyik. Deyəcəyimiz sözlər var". Bütün bunlar isə Gülən hərəkatının seçkilərdə Ərdoğana müəyyən problemlər yarada biləjəyini göstərir. Müxalifət də Ərdoğanın prezident postuna yiyələnməsini istəmir. MHP-nin lideri Dövlət Baxçalı bu günlərdə məsələ ilə bağlı bildirib: "Vətənin hər övladı onun prezidenti ola bilər, lakin Rəcəb Tayyib Ərdoğan ola bilməz. Əvvəl muxtariyyət, sonra isə Şimali Kürdüstana qapı açandan prezident olmaz! Türkiyəni bir-birinə düşmən edən, cəmiyyəti düşərgələrə ayırandan prezident olmaz! Şəhidlərin günahını və qanını daşıyan, körpə qatili ilə müzakirə aparandan, terrorçuları qucaqlayandan prezident olmaz! Türklüyü rədd edən, Türkiyə Cumhuriyyətini silən, millətçiliyi ayaqlar altına alan bir şəxsdən Türkiyəyə prezident olmaz, ola bilməz, olmayacaq! Siyasi görüşü, dini məzhəbi nə olur-olsun, istər AKP, istər MHP, istərsə də CHP-li olsun, hər vətən övladı bu ölkənin prezidenti ola bilər, lakin Rəcəb Tayyib Ərdoğan ola bilməz!".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ