Bazar ertəsi günü, 30 noyabr 2026
     

İlham Əliyevin "müharibə bəyanatına" ABŞ-ın reaksiyasının yanlış məqamları...1

Image


ABŞ dövlət katibinin sözçüsü Ceyn Psaki "Amerikanın səsi"nin erməni xidmətinin xahişi əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Respublika Günü münasibətilə çıxışı zamanı Ermənistan və Dağlıq Qarabağa dair verdiyi bəyanatlara münasibət bildirib: "Qızışdırıcı ritorika və bəyanatlar bizim prinsiplərimizə ziddir və sülh prosesinə mane olur.
ATƏT-in Minsk Qrupunun həmsədri kimi biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiq qalırıq.
Minsk Qrupuna daxil olan ölkələrin prezidentləri və həmsədlərinin 2009-cu ildən 2013-cü ilə qədər verdiyi bəyanatlarda aydın göstərilir ki, davamlı sülh BMT-nin Xartiyası və Helsinki Yekun Aktının xüsusilə də zor işlətməmək, ərazi bütövlüyü, bərabərlik və öz müqəddəratını müəyyən etmək hüququ haqda başlıca prinsiplərinə əsaslanmalıdır.
Tərəfləri danışıqlar masasına qayıtmaq üçün səyləri ikiqat artırmağa və sülhün regiona gətirəcəyi üstünlüklərə diqqəti artırmağa çağırırıq".
Xəbər verildiyi kimi, mayın 28-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirən Prezident İlham Əliyev çıxışında Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistanı tənqid edib.
İ.Əliyev müharibənin hələ də davam etdiyini və Ermənistanı müstəqil dövlət adlandırmağın qeyri-mümkün olduğunu bildirib: "Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıb. Əgər Ermənistan ikinci mərhələnin başlamasını istəmirsə, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki, bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz".
Azərbaycan XİN-dən Dövlət Departamentinin ittihamlarına sərt cavab verilib.
"Xanım Ceyn Psakinin bəyanatı mövcud reallıqları əks etdirmir və onun Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində məlumatsız olduğunu göstərir. Psaki münaqişənin tarixi və bugünkü vəziyyət barədə sadəcə məlumatsızdır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi, nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
E.Abdullayev Dövlət Departamentinin nümayəndəsi C.Psakinin "Amerikanın səsi" radiosunun erməni xidmətinin Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin güc yolu ilə həllinin mümkünlüyünə dair bəyanatı barədəki sualına cavabını şərh edərkən belə deyib.
"Ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlaması üzündən regionda kifayət qədər gərgin vəziyyət yaranıb. Ermənistan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Minsk Qrupunun bəyanatlarına məhəl qoymamaqda davam edir. Cənubi Qafqazdakı bu gərgin vəziyyətə görə bütün məsuliyyət isə Serj Sarkisyanın işğalçı rejiminin üzərində qalır" - deyə E.Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan XİN Dövlət Departamentinin bu qəribə mövqeyini anlamaqda çətinlik çəkir: "Amerika tərəfi Helsinki Yekun Aktına istinad edir. Halbuki, həmin sənəddə göstərilən bütün prinsiplər elə məhz Ermənistan tərəfindən kobud şəkildə pozulub və pozulur. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və dövləti cinayət törədib. Xanım Psaki erməni işğalı məsələsinə daha çox diqqət yetirməli idi. Mən amerikalı həmkarıma məsləhət görərdim ki, o, xalqların öz müqəddəratını təyin etməsi hüququndan danışarkən bu prinsiplərin əslində kimlər tərəfindən pozulması məsələsi üzərində düşünsün. Əgər bu prinsiplər ABŞ üçün bu qədər əzizdirsə... Bu hüquqi prinsiplər Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı olmadan, Azərbaycanın ərazi bütövlüyü kimi məcburi şərt yerinə yetirilmədən həyata keçirilə bilməz".
Politoloq Nahid Salayev isə "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ABŞ-ın İlham Əliyevin son bəyanatı ilə bağlı keçirdiyi narahatlıq başadüşüləndir: "Əslində bu hər zaman səslənən fikirdir. İlham Əliyev daima öz çıxışlarında bəyan edir ki, müharibə variantı istisna deyil. Bu, Azərbaycanın haqqıdır. Bizim torpağımız işğal altındadır və 20 ildir ABŞ-ın da təmsil olunduğu ATƏT-in Minsk Qrupu formatı zərrə qədər də olsun irəliləyişə imza ata bilməyib. Azərbaycan nə etməlidir? Dövlət başçısı çox düz olaraq bəyan edir ki, müharibə hələ qurtarmayıb, onun bir fazası arxada qalıb. Təbii ki, Azərbaycan mövcud reallıqla barışa bilməz. Azərbaycanın artan hərbi və iqtisadi qüdrəti Qarabağı tez bir zamanda azad etməyə imkan verir. Bunu ABŞ gözəl anlayır. Ancaq onlar status-kvo-nun bu cür qalmasını istəyir. ABŞ-ı həm də Azərbaycanın nisbətən Rusiya ilə yaxınlaşması da narahat edir. Bax, İlham Əliyevə bildirilən rəsmi iradın arxasında duran ən vacib məqam məhz budur".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ