Bazar ertəsi günü, 30 noyabr 2026
     

Ceyhanla neft satışında problem yarana bilər

Image


Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkələrdən biri olan Türkiyə Qərb ölkələrinin ciddi təzyiqi ilə üzləşə bilər. Buna əsas səbəb isə Türkiyənin Şimali İraq kürdləri ilə əldə etdiyi neft razılaşmalarıdır. Hesab edilir ki, bu razılaşma və onun həyata keçirilməsi Qərbin Türkiyəyə neftlə bağlı təzyiqlərini artıra bilər. Bu xüsusda hətta iddialar səslənir ki, Ceyhan limanı vasitəsilə neft alışı, müvəqqəti də olsa, təxirə salına bilər.
Təbii ki, belə vəziyyət Azərbaycanın da maraqlarına cavab vermir. Çünki Azərbaycan neftinin də dünya bazarlarına çıxarılmasında Ceyhan limanı müstəsna rol oynayır.
Hələlik isə məlum olan odur ki, Türkiyə hökuməti İraqın Şimali Kürdüstan bölgəsindəki neftin ölkə ərazisindən ixrac edilməsinə başlayıb. Bu məsələ isə rəsmi Bağdadın ciddi narahatlığına səbəb olub. Bağdad Türkiyə hökumətindən və Türkiyə Dövlət Boru Kəməri Şirkətindən (BOTAŞ) Beynəlxalq Ticarət Palatasına şikayət edib. Rəsmi Bağdadın şikayətində qeyd edilib ki, Türkiyə və onun BOTAŞ şirkəti 2010-cu ildə İraq neftinin ixracı ilə əldə edilmiş razılaşmanı pozub və rəsmi Bağdadın məlumatı olmadan ölkə neftini ixrac edib.
Xatırladaq ki, rəsmi Bağdad bundan öncə Ankaraya mövzu ilə bağlı xəbərdarlıq vermişdi. Amma buna baxmayaraq, Türkiyə Enerji Nazirliyi artıq Şimali İraqdan neft ixracına başladığını elan edib. Bu arada Şimali İraqdakı Kürdüstan muxtariyyəti Türkiyə ərazisindən neft ixracını davam etdirəcəyini və neft gəlirlərinin Türkiyə banklarında saxlanacağını bəyan edib. Belə vəziyyət İraq neftinə nəzarət etməkdə xüsusi maraqlı olan ABŞ-ın da xoşuna gəlməyib. Elə bu səbəbdən Şimali İraq neftini ərazisi ilə dünya bazarına çıxarmağa başlayan Türkiyəyə ABŞ-dan xəbərdarlıq gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf İraqda tərəflər arasında razılaşma əldə olunmadan neft ixracına başlanmasının düzgün addım olmadığını söyləyib: "Razılaşma əldə olunmadan kimsə hər hansı bir addım atmamalıdır. Amma biz müəyyən addımların atıldığını görürük və bunu dəstəkləmirik. Bu mövzuda mövqeyimiz açıqdır". Mərkəzi İraq hökuməti bu qənaətdədir ki, ölkənin neft və qaz sərvətləri barədə qərarlar yalnız paytaxtda qəbul edilə bilər. İraq bu narazılığını Vaşinqtona da bildirib. Ölkə konstitusiyasına görə, İraq Kürdüstanının regionun karbohidrogen sərvərtlərindəki payı 17 faizdən çox ola bilməz. Kürdlər isə bildirirlər ki, onların regional hökumətinin enerji siyasətindən bütün İraq xeyir görəcək, lakin Bağdad kürdlərin sonda müstəqillik əldə edəcəyindən narahatdır. Kürdlərə Türkiyə tərəfindən lazımi dəstək də verilir. Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki, Kürdüstan nefti Aralıq dənizindəki Ceyhan limanından daşınacaq. Artıq Ceyhanda 1 milyon barrel neftin yüklənməsinə başlanıb. Türkiyəli nazirin sözlərinə görə, neftin tankerlərə doldurulması başa çatdıqdan sonra neftlə dolu tanker nəzərdə tutulan ünvana yola salınacaq. Neftin hansı ölkəyə satılacağı barədə isə məlumat verilmir. Amma Avropanın Rusiya ilə son aylar davam edən münaqişəsinin qitədə ciddi yanacaq çatışmazlığı yaradacağı birmənalıdır. Bu səbəbdən İraq neftinin Avropaya satılması istisna edilmir.
Daha əvvəl İraq Kürdüstanından Ceyhan limanına 2,5 mln barrel neft daşınmışdı. Neft Türkiyə ilə kürd muxtariyyəti arasında 2013-cü ildə çəkilmiş kəmər vasitəsilə daşınır. Əvvəl Türkiyə Kürdüstan muxtariyyətindən gətirilən neftin dünya bazarına çıxarılmasını təxirə salır, bunun üçün Bağdadla Ərbil arasında razılışmanı gözləyirdi. Lakin indiyə qədər belə razılaşmanın baş tutması mümkün olmayıb. Türkiyə bu məsələnin diplomatik yolla həlli üçün lazımınca vaxt sərf edib. Lakin buna rəğmən, istənilən nəticə hasil olmayıb.
Belə bir vaxtda Ceyhandakı rezervuarların neftlə dolması da Ankaranın təcili qərar çıxarmasına təkan verib.
Hələlik isə İraq Kürdüstanının müstəqil olaraq neft satmaq cəhdi Bağdad ilə Ərbil arasında olan başlıca münaqişə motividir. İndi Türkiyə də bu münaqişəyə cəlb olunub, belə vəziyyət isə ABŞ-ın da xoşuna gəlmir.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ