Ukraynada səsvermə bitib. «Azadlıq» radiosunun Kiyevdəki müxbiri xəbər verir ki, Ukraynaın birinci telekanalı (Savik Şuster Şou) Ukrayna üzrə səsvermənin exit-polunu açıqlayıb. Telekanalın keçirdiyi sorğuya görə prezidentliyə namizəd Petro Poroşenko səsvermənin ilk turunda qalib gəlib. Onun əsas rəqibi Yuliya Timoşenko 12 faiz səs alıb.
Nəticələr belədir:
Petro Poroşenko - 55,70 %
Yuliya Timoşenko - 12,9 %
Oleq Lyaşko - 8,8 %
Anatoli Qriçenko - 6 %
Sergey Tiqipko - 4,6 %
Dmitri Yaroş - 1,1 %
Ukraynalı iş adamı, «Şokolad Kralı» kimi tanınan, Petro Poroşenko seçkilərdə qalib gəldiyini bəyan edib. O, həmçinin yaxın müttəfiqi, Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib.
Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib.
Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.