CHP sədri vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlu Səlahəddin Dəmirtaş və HDP millət vəkillərinin həbsinə səbəb olan konstitusiya dəyişikliyin lehinə səs verdiyinə görə peşman olmadığını bildirib.
Bunu Kılıçdaroğlu televiziya proqramında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Verilişdə qurultayla bağlı millət vəkillərinə qarşı cinayət işi parlamentə təqdim edildikdə toxunulmazlığın qaldırılması ilə bağlı hansı mövqe tutacaqları soruşulduqda, Kılıçdaroğlu deyib ki, şəxsən ona qarşı belə bir ittiham irəli sürülsəydi, toxunulmazlığının qaldırılmasını istəyərdi ki, bəraət qazana bilsin. “Eyni zamanda, toxunulmazlığın qaldırılması partiyamızın təməl prinsiplərindən biridir”- o deyib.
Demirtaşın həbsinə səbəb olan konstitusiya dəyişikliyini dəstəklədiyinə görə peşman olub-olmadığı soruşulduqda isə, Kılıçdaroğlu peşman olmadığını deyib. Eyni zamanda, dəfələrlə onu ziyarət etdiyini və bir şəxsin siyasi səbəblərdən həbs olunmasına qarşı çıxdığını bildirib.
DEM Partiyanı üzvü Sirrı Sakık isə Kılıçdaroğluna sosial media üzərindən cavab verib. "Sənin kim olduğunu və nə olduğunu bilirdim və bir vaxtlar buna görə təqib olunmuşdum. Mən də sənin böhtanına məruz qaldım. Sən o qədər həyasız bir saxtakarsan ki, hətta tövbə etmirsən. Əslində, səni dəstəklədiyimiz üçün peşmanıq. Gedib sənin kimi heç bir haqlı tərəfi olmayan birinə səs verdik. Siyasi həyatımın ən böyük səhvi sənin səsini istəmək idi!"- Sakık paylaşımında yazıb.
SAMİRƏ