çərşənbə günü, 07 oktyabr 2026
     

Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

Image


Akif Nağı: “Bunu Paşinyanın siyasi gedişi hesab etmək olar”

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının qarşıdakı iclasında iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Paşinyan bu barədə iyunun 18-də keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ermənistanın baş nazirinə tərəfdaş ölkələrin nümayəndələri ilə görüşmək, onların “gözünün içinə baxmaq və bütün məsələlərə aydınlıq gətirmək” üçün nə vaxt səfərə çıxacağı barədə sual ünvanlanıb. Paşinyan cavabında bildirib ki, yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclası keçiriləcək və o, həmin toplantıda iştirak etməyi planlaşdırır.
Paşinyan əlavə edib ki, Avrasiya İqtisadi Birliyinin institutları normal fəaliyyətini davam etdirir.

Məlumdur ki, Ermənistanda keçirilən parlament seçkisindən əvvəl N.Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) bir neçə toplantısında iştirak etmədi. Bu da AİB-də çox böyük söz-söhbətlər doğurmuşdu. Bundan əvvəl AİB məsələdə də qoydu, üzv dövlətlər Ermənistandan tələb etdilər ki, referendum keçirsin və bu birlikdə qaldığını, yoxsa Avropa İttifaqına getdiyini müəyyən etsin, bildirsin.

Seçkidən sonra Paşinyanın mövqeyi dəyişir, yoxsa Rusiyanın hədədlərindən qorxur ki, Ermənistanı AİB-dən çıxararlar, qazın qiymətini qaldırarlar? Paşinyan geri çəkildi, yoxsa bu bir gedişdir? Seçkidən əvvəl AİB-in iclaslarında iştirak etmirdi, amma indi gedib iştirak edəcək. Bu dəyişikliyin mahiyyəti nədir?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Paşinyan müəyyən taktiki gedişlər, manevrlər etməyə məcburdur. “Çünki Rusiyanın təzyiqi var. Rusiya Paşinyana qarşı həddən artıq qəzəblidir. Rusiya Ermənistanda istədiyini ala, öz qüvvələrini hərəkətə gətirə bilmədi. Amma Ermənistanda vəziyyəti pozmaq üçün təxribatlar etməyə davam etdi. Bunu seçkilər də göstərir ki, onun müəyyən imkanları var. Yəni seçkilərin nəticələri göstərdi ki, açıq Rusiyapərəst mövqeyə dayanan siyasi qurumlar müəyyən sosial bazaya malikdir. Ermənistan parlamentində onlar 41 deputatla təmsil olunurlar. Bu da az qüvvə deyil. Yəni Paşinyanın 64 deputatına qarşı bunlar 41 deputatla çox təxribatlar törədə bilərlər. Eyni zamanda onların arxasında dayanan müəyyən qüvvələr də var. Bu seçkilər göstərdi ki, erməni diaspora təşkilatlarının demək olar ki, hamısı Paşinyana qarşıdır. Avropadakıların da Paşinyana qarşı olduğu məlumdur. Amerikadakılar da həmçinin. Anna Akopyanı Amerikaya toplantıya gönədrib. O, böyük ehtimalla orada həm də Amerikadakı diaspora təşkilatları ilə görüş keçirəcək. Orada çox böyük erməni təşkilatları var, lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Onların da müəyyən görüşlər keçiriləcək. Onlar da Paşinyana qarşıdırlar. Nə qədər qəribə olsa da, onlar da Paşinyana qarşıdır, baxmayaraq ki, o, Qərbyönümlü mövqedədir. Amma erməni təşkilatları, xaricdəki erməni mərkəzləri ona qarşıdırlar. Onlar hamısı erməni ideyası ilə xəstələniblər, o xəstəlikdən də xilas ola bilmirlər. Xəstəlikdən başqa da bu onların artıq həyat tərzinə, siyasi xəttərinə, siyasi platformalarına çevrilib. Ondan geri çəkilə bilmirlər, ən azından yaxın 30-40 il ərzində elə olacaq. Yəni belə bir vəziyyətdə təbii ki, Paşinyan da Rusiya ilə manevr edir. Bunu Paşinyanın siyasi gedişi hesab etmək olar. Ona görə o xətt əsas Qərbə doğru yönəlir, eyni zamanda Rusiya ilə münasibətləri tam şəkildə kəsmir, müəyyən addımlar atır. Bir sözlə, elə gedişlər edir ki, körpülər tam yandırılmasın. Deyək ki, Rusiya ilə bağlı addımlar atır, yenidən qayıdır, yenidən onların himayəsində olduğunu göstərmək istəyir. Hesab edirəm ki, Paşinyan əsas Azərbaycan və Türkiyə ilə siyasətini uyğunlaşdırır və çalışır ki, Azərbaycan və Türkiyənin cızdığı yol xəritəsi ilə getsın. Bu onun əsas söykəndiyi yoldur. Nə Qərbə, nə Rusiyaya ciddi şəkildə etibar etmir. İndi sabah tutaq ki, Avropa onlar üçün vizasız rejim tətbiq etsə, ondan da yararlanmağa çalışacaqlar. Onlar bu prosesləri davam etdirir. Amma hər halda onlar iqtisadi, siyasi cəhətdən çox tərəfləri Azərbaycan və Türkiyədən asılıdır, onu başa düşürlər artıq”.

Paşinyanın dorudan da, Avrasiya İqtisadi Birliyinin bu toplantısında iştirak edib etməyəcəyi ilə bağlı sualların olduğunu deyən A.Nağı vurğuladı ki, Ermənistanın baş naziri son məqamda başqa qərarlar qəbul edə bilər. “Yəni onun bu manevrləri var. Hesab edirəm ki, orada daha çox kəşfiyyat xarakterli bir iştirakı olacaq. Rusiyanı tam incitməmək üçün atılan bir addım olacaq bu. Amma Rusiya da sərt mövqedədir. Ya Avropa Birliyi, ya biz. Eyni vaxtda tutaq ki, Ermənistanın Avropa Birliyinə namizədliyi məsələsi müzakirə olunur. Qərblə də, eyni vaxtda Avrasiya İqtisadi Birliyində işini davam etdirir . Rusiya mövqeyi bir mənalıdır-ya onlar, ya biz. Paşinyan “ya onlar, ya biz” düsturundan yumşaq bir varianta keçmək istəyir. Belə demək istəyir ki, həm siz, həm də onlar. Çünki aprel ayının əvvəlində Moskvada Putinlə Paşinyanın görüşündə Putin belə bir açıqlama vermişdi ki, biz sizin Avropa İttifaqı ilə əlaqələrinizdən, münasibətlərinizdən narahat deyilik və buna normal baxırıq. Amma sonradan, seçki ərəfəsində Rusiya sərt mövqeyə keçdi. Yəqin orada başqa hadisələr də baş verib. Ola bilər ki, əvvəlki aprel formatına qayıtsınlar ki, yəni siz dediniz, sizin məsləhətinizlə mən Avropa ilə əlaqələr saxlayıram, amma əsas müttəfiq sizsiniz. Yəqin ki, Paşinyan təxminən belə bir mövqedən çıxış edəcək”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi...Məkkə “paktı” başladı...

07.10.2026 / 19:20
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ