çərşənbə günü, 07 oktyabr 2026
     

İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

Image


Bəhruz Quliyev: "Vaşinqtonun Tehranla münasibətlərdə yumşalmaya getməsi İsraildə birmənalı qarşılanmır"

ABŞ ilə İran arasında mümkün razılaşma İsraildə narahatlıq və tənqidlərə səbəb olub. İsrailin YNet qəzeti ABŞ-ın İran siyasətində yumşalma ehtimalını öz təhlükəsizlik maraqlarına zidd hesab edir və bunu regionda balansın dəyişməsi kimi qiymətləndirir. Eyni zamanda, İsrailin bölgədəki hərbi və siyasi mövqelərini qorumaq niyyətində olduğu vurğulanır.

Qəzetə görə, bəzi analitiklər iddia edir ki, bu proses İsrail ilə ərəb ölkələri arasında son illərdə formalaşmış yaxınlaşmaya da təsir göstərə bilər və "İbrahim razılaşmaları" ilə bağlı gələcək perspektivləri qeyri-müəyyən edə bilər.

Ümumiyətlə, regionda ABŞ-İran gərginliyinin yumşalması ehtimalı İsrail və onun müttəfiqləri tərəfindən ehtiyatla qarşılanır və bunun Yaxın Şərqdə siyasi proseslərə təsir göstərə biləcəyi ön plana çıxır.

İsrail mediasının Trampı "80 yaşlı uşaq" və s. ifadələrlə təhqir etməsi təsadüfdürmü? Belə yazıların İsrail hakumiyyəti tərəfindən təşkil edilmədiyinə dair hər hansı bir sübut varmı? Bu cür faktlar Trampla Netanyahu arasındakı münasibətlərdə özünü necə göstərəcək?

"ABŞ ilə İran arasında mümkün razılaşma ətrafında yaranan müzakirələr Yaxın Şərqdə geosiyasi balansın gələcəyi ilə bağlı ciddi suallar doğurur. İsrail mediasında və ekspert dairələrində müşahidə olunan narahatlıq ilk növbədə İranın regional təsir imkanlarının genişlənə biləcəyi ehtimalı ilə əlaqələndirilir. İsrail uzun illərdir İranın nüvə proqramını və regiondakı fəaliyyətini öz milli təhlükəsizliyinə əsas təhdidlərdən biri kimi qiymətləndirir. Bu baxımdan Vaşinqtonun Tehranla münasibətlərdə yumşalmaya getməsi İsraildə birmənalı qarşılanmır".

Bəhruz Quliyev: "Mənəvi-psixoloji silah həm də cəmiyyətə tuşlanıb"

Bu fikri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, İsrail mediasında ABŞ Prezidenti Donald Trampa qarşı işlədilən sərt və hətta təhqiramiz ifadələr isə diqqətçəkən məqamlardandır. Lakin media orqanlarında dərc olunan hər bir yazının birbaşa İsrail hökumətinin sifarişi və ya təşkilatçılığı ilə yayımlandığını iddia etmək üçün hazırda konkret və təsdiqlənmiş sübutlar mövcud deyil. İsrail demokratik media mühitinə malik ölkədir və müxtəlif siyasi baxışları təmsil edən nəşrlər hökumətin mövqeyindən fərqli yanaşmalar sərgiləyə bilir.

Bununla yanaşı, İsrail mediasında müəyyən siyasi xəttin və ictimai rəy formalaşdırmaq cəhdlərinin mövcudluğu da istisna edilə bilməz. Xüsusilə, ABŞ-İran münasibətlərində mümkün dəyişikliklər fonunda bəzi media qurumlarının daha emosional və sərt ritorikaya üstünlük verməsi daxili siyasi mübarizənin və təhlükəsizlik narahatlıqlarının təzahürü kimi qiymətləndirilə bilər.

"Düşünürəm ki, Donald Tramp və Benyamin Netanyahu arasında münasibətlər tarixən yaxın strateji tərəfdaşlıq nümunəsi kimi təqdim olunsa da, beynəlxalq siyasətdə daimi dostluqdan daha çox daimi maraqların mövcud olduğu unudulmamalıdır. Əgər Vaşinqton İranla yeni anlaşma modelinə üstünlük verərsə, bu, Təl-Əvivlə müəyyən fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər. Belə vəziyyətdə Netanyahu administrasiyası ABŞ rəhbərliyinə təsir imkanlarını artırmağa, Konqresdəki tərəfdarları və yəhudi lobbi təşkilatları vasitəsilə öz mövqeyini gücləndirməyə çalışacaq.

Digər tərəfdən, "İbrahim razılaşmaları"nın gələcəyi də yeni geosiyasi reallıqlardan təsirlənə bilər. Ərəb ölkələri İranla münasibətlərin normallaşması istiqamətində addımlar atdığı halda, İsrailin regiondakı strateji üstünlüyünün qorunması məsələsi daha mürəkkəb xarakter ala bilər. Bununla belə, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və texnoloji tərəfdaşlıq amilləri İsrail ilə ərəb dövlətləri arasında son illərdə formalaşmış münasibətlərin tamamilə pozulacağını söyləməyə əsas vermir.

Bu gün müşahidə etdiyimiz proseslər göstərir ki, Yaxın Şərq yeni siyasi transformasiya mərhələsinə daxil olur. ABŞ-İran münasibətlərində mümkün yumşalma, İsrailin təhlükəsizlik strategiyası, ərəb ölkələrinin maraqları və qlobal güclərin regiondakı siyasəti qarşıdakı dövrdə bir-biri ilə sıx şəkildə əlaqəli olacaq. Məhz buna görə də İsrail mediasında səslənən sərt tənqidlər yalnız emosional reaksiyalar deyil, həm də regionun gələcək siyasi arxitekturası ilə bağlı narahatlıqların ifadəsi kimi dəyərləndirilməlidir" - deyə, B.Quliyev əlavə edib.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi...Məkkə “paktı” başladı...

07.10.2026 / 19:20
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ