şənbə günü, 15 avqust 2026
     

ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

Image


Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ötən həftə Kremlə açıq xəbərdarlıq edib. O, Kiyevə Avropa vasitəsilə silah tədarükü planlarını elan edərək bildirib ki, əgər Rusiya Ukraynadakı müharibə ilə bağlı 50 gün ərzində razılığa gəlməsə, ABŞ çox sərt tariflər tətbiq edəcək.

Amma bu hədələrə rəğmən, o da faktdır ki, Rusiya prezidenti Vladimir Putinin hədəfi təkcə Ukraynanın bir hissəsini işğal etmək deyil, bundan qat-qat genişdir. O, bütünlükdə ölkəni fəth etmək, NATO ilə Qərbi zəiflətmək, Moskvanın sovet dövründəki idarəçiliyini Avropanın geniş ərazilərində bərpa etmək istədiyini açıq bildirib. Amerikadan olan ekspert Stiv Qutterman isə qeyd edir ki, Putinin birbaşa istədiyi də elə ərazi ilə bağlıdır.

Rusiya Ukraynanın təxminən 20 faizini işğal edib. 2014-cü ildən bəri Krım yarımadası Rusiyanın nəzarətindədir. Putin rəsmi şəkildə iddia edir ki, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionları da Rusiyanındır. Məsələ bundadır ki, Rusiya bu vilayətlərin böyük hissələri tuta bilməyib. Rusiya bildirib ki, Ukraynanın həmin dörd bölgədən tam geri çəkilməsi istənilən sülh razılaşmasının ilkin şərtidir. Kiyev bu tələbi qəbuledilməz sayır. Analitiklər deyirlər ki, Putin yalnız hazırda nəzarət etdiyi əraziləri əhatələyən bir razılaşmaya getsə, ölkə daxilində buna mümkün təpkini idarə edə bilər. Amma o, belə bir addım atacağına dair heç bir işarə verməyib. Putin iddiasını reallığa çevirməyə çalışır, xüsusilə Donetsk bölgəsində irəliləyir, dağıdılmış Pokrovsk şəhərini təzyiq altında saxlayır. Bu durumda Kremlə yaxın deputat Konstantin Kosaçov “Telegram”da Trampın dediyinə belə reaksiya verib: “50 gün ərzində cəbhə xəttində çox şey dəyişə bilər”. Rusiya növbəti həftələrdə hücumunu sürətləndirə bilər, hətta Xarkov və Sumı vilayətlərinə belə. Bundan başqa, Rusiyanın sentyabra qədər dörd regionun qalan hissələrini, o cümlədən Zaporojye və Xersonun paytaxtlarını ələ keçirməsi mümkün görünmür. Amma Putinin bu ərazilər üzərində nəzarəti hər hansı sazişdən öncə, heç olmasa, kağız üzərində təmin etmək istəyi daha da arta bilər. Rusiya parlamentinin keçmiş müxalifətçi deputatı Dmitri Qudkov qeyd edir: “Mənə görə, Putinin heç bir atəşkəs istəmədiyi aydındır, ən azı onun konstitusiyasında Rusiya ərazisi kimi göstərilən bütün bölgələrə tam nəzarəti əldə etməyincə. Əslində bu, Ukraynanın kapitulyasiyası demək olardı”. Burda onu da xatırladaq ki, Tramp altı ay əvvəl prezident vəzifəsinə başladığı vaxtdan bəri Ukraynadakı müharibəyə son qoymaq üçün vasitəçilik etməyə çalışır. Seçki kampaniyası zamanı o, bu münaqişəni bir-iki günə həll edə biləcəyini demişdi. Lakin Putin bu cəhdlərə dirəniş göstərib, ABŞ-nin 30 günlük atəşkəs çağırışını ehtiyatlı ifadələrlə rədd edib. Tramp son həftələrdə Putinə qarşı sərt açıqlamalar verib.

Amma 50 günlük xəbərdarlıq Trampın Kremlə ilk ultimatumudur, bu isə Putin üçün xoşagəlməz təzyiq formasıdır. Axı o, digər ölkələrin Rusiyanı bərabər tərəf kimi tanımasını xarici siyasətinin bir hissəsinə çevirib. Beləliklə, Qərbdə bir çoxları Trampın Putinə konkret tələblər irəli sürməsini istəsə də, ultimatumun razılaşma şanslarını artırıb-artırmadığı hələ də aydın deyil. Putin Trampın açıqlamaları barədə ictimaiyyətə heç nə deməyib. Xarici işlər nazirinin, Moskvanın Vaşinqtonla əlaqələrinə məsul olan müavini Sergey Ryabkov isə deyib ki, istənilən tələblərin, xüsusilə ultimatumların verilməsi bizim üçün qəbuledilməzdir. İndi Kreml ümid edə bilər ki, Trampın son həftələrdə Putinə qarşı dönüşü o qədər də möhkəm olmasın. Rusiyada geniş yayılan fikirlərdən biri budur ki, Trampın hazırkı diqqəti keçicidir və Ukraynaya artan dəstək Putinə təzyiqi artırmaq və bu yanaşmanın nəticə verib-verməyəcəyini sınamaq məqsədilə atılmış bir manevrdir. Bunu “Karneqi” fondunun Rusiya Avrasiya Mərkəzinin aparıcı tədqiqatçısı Tatyana Stanovaya da təsdiq edir: “Bu fikri dəstəkləyənlər inanırlar ki, belə təzyiqin təsirsiz olduğu üzə çıxanda, – bu, yaxın vaxtlarda gözlənilir, – Tramp, ehtimal ki, əvvəlki diplomatik kursa qayıdacaq, kompromisə nail olmaq üçün Ukraynaya da təzyiq göstərəcək”. Tramp əvvəllər də günahın böyük hissəsini Ukraynanın üzərinə atıb. Onun 14 iyul açıqlamalarında isə diqqətdən kənarda qalan bir məqam var idi: Tramp 50 gün ərzində razılıq əldə etmək təşəbbüsünün Ukraynaya da təsir edəcəyini vurğulayıb. Hər halda, iki səbəbdən sanksiyalar hədəsinin Putini Ukrayna ilə müharibəni müvəqqəti dayandırmaq və ya bitirmək üçün razılığa daha da yaxınlaşdırma ehtimalı azdır. Birincisi, Trampın təhdidinin, yəni Rusiyadan neft alan ölkələrə tariflər və ya sanksiyaların necə işləyəcəyi hələ aydın deyil. Atlantik Şurası tədqiqat mərkəzinin əməkdaşı, 2014-cü ildə Krımı işğal etdikdən sonra ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların memarı Deniel Frid qeyd edir: “Trampın 14 iyul açıqlaması Rusiyanın iqtisadiyyatına zərbə vurmaq niyyətinə görə təqdirəlayiq olsa da, detalları baxımından hələ tam hazır deyil”. Stenford Universitetinin siyasi elmlər professoru, 2012-2014-cü illərdə ABŞ-nin Rusiyadakı səfiri olmuş Maykl Makfol isə qeyd edir: “Çin və Hindistan Rusiyanın enerji ixracatında ən böyük iki alıcıdır və onların Putinə növbəti 50 gün ərzində müharibəyə son qoyması üçün təzyiq göstərəcəyini gözləmək sadəlövhlükdür”. Trampın Ukraynaya vəd etdiyi silahlara gəlincə, Frid deyir ki, əgər Trampın Ukraynaya silah tədarükləri və Rusiyaya iqtisadi təzyiq barədə açıqlamaları dəqiqləşdirilsə, gücləndirilsə və həyata keçirilsə, bu, müharibə və sülh yolunda böyük fərq yarada bilər.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ