çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

Image


Məlumdur ki, 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti işıq üzü görüb.

Bu gün Azərbaycan mətbuatının 150 illiyi tamam olur. Xatırladaq ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, mətbuat bayramında tədbirlər, təntənəli mərasimlər keçirilir. Maraqlıdır, 150 illiyin qeyd olunma tədbirlərinin ötən illərdə keçirilən mərasimlərdən nə kimi fərqləri oldu?

Bahəddin Həziyev: “Bir əsr yarım müddətdə milli mətbuatımız çox çətin və maraqlı yollardan keçib”

Yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzi “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Sözün doğrusu, bu fərq barədə heç düşünməmişəm. Yəni müqayisə etməmişəm. Ancaq şübhəsiz ki, Milli Mətbuatın 150 illik yubileyi öz anlamı və təntənəsi ilə fərqlidir. Bir əsr yarım müddətdə Milli Mətbuatımız çox çətin və maraqlı yollardan keçib. Bu baxımdan, təbii ki, bu yubileyin mənası başqadır. Həm də ona görə ki, bu yubiley dövlət səviyyəsində - prezident sərəncamı ilə xüsusi qeyd olunur. Bu məqamlar yubileyə ayrı bir cövhər qatır. Bu, möhtəşəm bir tarixdir”.

Aqil Camal: “Bu gün milli mətbuatın 150 illiyini qeyd edən media əhli geri boylanarkən xələflərinə “Biz bacardıq” deməyi haqq edir”

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal “Bakı-Xəbər”ə şərhində bildirdi ki, jurnalist fəaliyyətimiz dövründə bir neçə onillikdə Milli Mətbuatımınız yubileylərini yaşamışıq. Təbii ki, 150 illik digərlərindən fərqlənir: “Mətbuatın 100 illiyi sövet dövrünə təsadüf edib. O dövr Azərbaycan mətbuatı məzmunca zamanın siyasi konyunkturasının ruporu olsa da, formaca ümumi inkişafın bir parçası idi. Müstəqillik dövründə Azərbaycan mətbuatı həm ölkənin qarşılaşdığı işğal faktının yaratdığı bəlaların dünyaya çatdırılması, həm də yeni media çağırışlarının tətbiqi sahəsində önəmli yol qət edib. 44 günlük Vətən müharibəsində informasiya savaşında Azərbaycan mediasının peşəkar və vətənpərvər fəaliyyəti bu gün də təqdir olunmaqdadır. Ondan sonrakı dövrdə qlobal informasiya məkanında Azərbaycana qarşı həyata keçirilən təxribatlara da mediamız ləyaqətlə cavab verdi. Bu prinsipial və peşəkar duruşu 2 gün öncə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Azərbaycan Prezidenti də xüsusi qeyd etdi.

Mətbuatın 150 illiyi ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamla onlarla həmkarımız müxtəlif dövlət mükafatları ilə təltif edildi. Bu da Azərbaycan mediasının fəaliyyətinə verilən qiymətin ali göstəricisidir.

Bu baxımdan hesab edirəm ki, bu gün milli mətbuatın 150 illiyini qeyd edən media əhli geri boylanarkən xələflərinə “Biz bacardıq” deməyi haqq edir”.

Hacıbəy Heydərli: “Keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan Prezidenti hər bir jurnalistin yanında, arxasındadır”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan milli mətbuatı hər zaman dövlətin diqqət və qayğısı ilə əhatələnib: “Uzun illərdir ki, Azərbaycan milli mətbuatının ildönümü ilə bağlı tədbirlər keçirilir. Dövlətimiz hər zaman jurnalistlərin, qələm əhlinin yanında olub. Ölkə başçısı İlham Əliyev dəfələrlə “jurnalistlərin onun dostu” olduğunu qeyd edib. Bu, Azərbaycan mətbuatına verilən ən böyük dəyər, qiymətlərdən biridir. Məlumat üçün deyim ki, ölkə başçısı İlham Əliyev bu ilin 25 aprel tarixində Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə bağlı tədbirlər planının keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam dövlətin növbəti dəfə mediaya göstərdiyi qayğının bariz nümunəsidir. Bu baxımdan deyə bilərəm ki, bu il mətbuat günü çox geniş şəkildə keçirilir. Mətbuatın 150 illiyi ilə bağlı geniş tədbirlər keçirilir. Keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan Prezidenti hər bir jurnalistin yanında, arxasındadır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, son illər media sahəsində geniş islahatlar həyata keçirilir: “2021-ci ildə Medianın İnkişafı Agentliyi yaranandan sonra Azərbaycan mətbuatının saflaşması prosesi daha da sürətləndi. Bu gün artıq ölkədə media layiq olduğu dəyəri dövlət tərəfindən alır. Onu da deyim ki, Şuşada baş tutan III Qlobal Media Forumunda Prezident İlham Əliyevin media haqqında yüksək fikirlər səsləndirməsi Azərbaycan jurnalistləri üçün ən böyük bayram hədiyyələrindən biri oldu”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ