DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevi Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Aydın müəllim!
Azərbaycan ictimai-siyasi və mədəni həyatında çox əlamətdar hadisə - milli mətbuatımızın yaranmasının 150-ci ildönümü münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edir, milli mətbuatımızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. İlk anadilli qəzetimiz milli mətbuatın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynayıb.
Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, məhz onun rəhbərliyi ilə dövlət senzurasının ləğv edilməsi ölkəmizdə söz və mətbuat azadlığının əsasını qoyub, mətbuatın inkişafına ciddi təkan verib.
Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mətbuatımız müasir inkişaf mərhələsinə daxil olmuş, özünü tənzimləyən ictimai institut kimi formalaşmışdır. Milli mətbuat Azərbaycan həqiqətlərinin, Vətənimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır.
Əlamətdar gün münasibətilə Dövlət Gömrük Komitəsinin kollektivi adından sizlərə bird aha səmimi təbriklərimi çatdırır, yaradıcı fəaliyyətinizdə uğurlar diləyirəm”.