Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı Qismət Yunusoğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevi Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli Aydın bəy!
Sizi-görkəmli publisisti və naşiri, ictimai fikir adamı-jurnalisti “Azərbaycan Respublikasının əməkdar jurnalisti” adına layiq görülməyiniz münasibəti ilə təbrik edirəm, Milli Mətbuatımızın 150 illik yubileyində layiq olduğunuz bu Halal mükafatla təltifinizə sevinirəm.
Sizə və yaradıcı kollektivinizə möhkəm can sağlığı, Haqq naminə yaradıcılıq uğurları və yeni-yeni sevindirici nəticələri arzu edirəm. Əminəm ki, gələcəkdə bu xəbərlərə də şahid olacağıq”.