Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

Türkiyə Prezidenti Ərdoğan bəyan edib ki, Avropa İttifaqı Türkiyə kimi bir üzv dövlətə ehtiyac duyur. Onun sözlərinə görə, Ankara Aİ-yə tamhüquqlu üzv olmağa hazırdır.
Türkiyənin tam üzvlüyə hazır olduğunu deyən Ərdoğan bildirib ki, köhnəlmiş, təkidçi siyasi baxışlardan azad olmaq Avropa İttifaqı üçün yeni bir dövrün başlanğıcı ola bilər.
Ərdoğan bildirib ki, Aİ Türkiyə ilə üzvlük danışıqlarını dərhal bərpa etməlidir.
"Avropa İttifaqı artıq bir gün belə gözləməməlidir ki, üzvlüklə bağlı danışıqları yenidən başlatsın və irəliləsin", – deyə Ərdoğan bildirib.
"Biz gözləyirik ki, artıq dəfələrlə şahidi olduğumuz qeyri-müəyyən münasibətlərin Avropa ilə irəliləyişə imkan vermədiyini anlasınlar. Avropada və onun ətrafında baş verən hadisələri, Aİ daxilində fikir ayrılıqlarını nəzərə alsaq, görünəcək ki, birliyin Türkiyə kimi dinamik və problemləri həll etməyə yönəlmiş üzvə ehtiyacı var" - deyə Türkiyə Prezidenti bildirib.
ZÜMRÜD