İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

"Rusiya İranı, yoxsa İsraili dəstəkləmək seçimi qarşısında qalsa, qətiyyətlə İsraili seçəcək". "Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu sözləri İranın Rusiyadakı keçmiş səfiri Nemətullah İzədi "Cəmaran" xəbər saytına müsahibəsində deyib.
Nemətullah İzədi vurğulayıb ki, 12 günlük müharibədə Tehran Moskvadan siyasi yardım görməyib.
"Son müharibədə biz də şahidi olduq ki, hərbi yardımdan başqa, ruslar bizə siyasi yardım etmədilər. Rusiya hətta beynəlxalq imicini qoruyub-saxlamaq və müharibənin gedişatına təsir etmək üçün belə, bizimlə İsrail arasında vasitəçilik etmədi", - deyə N.İzədi vurğulayıb.
ZÜMRÜD