Rusiya-Ukrayna sülh masası yenə İstanbulda qurulacaq - Zelenski tarixi açıqladı

Rusiyanın təcavüzü ilə başlayan və 2022-ci ildən bəri davam edən Ukrayna müharibəsində sülhün nə vaxt əldə ediləcəyi ilə bağlı suallar hələ də açıq qalır. Tərəflər danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.
Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqların yeni mərhələsinin çərşənbə günü, iyulun 23-də Türkiyədə keçiriləcəyini açıqlayıb. O, görüşün İstanbulda keçirilməsinin planlaşdırıldığını deyib.
Ukraynanın müdafiə naziri Rüstəm Umerovla Rusiya tərəfi ilə görüşü müzakirə etdiyini deyən Zelenski, ətraflı məlumatın sabah açıqlanacağını deyib.
Bundan əvvəl “İndependent” qəzeti yazıb ki, görüş iyulun 23-də və ya 24-də baş tuta bilər. Tərəflər bundan əvvəl mayın 16-da və iyunun 2-də İstanbulda görüşmüş, məhbusların mübadiləsi ilə bağlı razılığa gəlmiş və sülhə dair saziş mətnlərinin mübadiləsini aparmışdılar.
TAHİR