BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

Bakı-Dövlət Universitetinin (BDU) müəllimi, tanınmış tədqiqatçı Qismət Yunusoğlu Azərbaycan mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə “Bakı-Xəbər” qəzetinin kollektivini təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli Aydın bəy!
Sizi və “Bakı-Xəbər”qəzeti və internet-qəzet əməkdaşlarını milli mətbuatımızın 150 illik yubiley və Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Sizə və həmkar əməkdaşlarınıza uzun, sağlam ömür, xeyirli-bərəkətli həyat, ailə xoşbəxtliyi, dövlətimizin, vətənimizin qüdrətli olması naminə və Bütöv Azərbaycan uğrunda milli-düşüncə mücadilənizdə uğurlar arzu edirəm...
Qələminiz iti, ağlınız kəsərli, sözünüz sərrast, Türk dünyasında dostlarınız çox, düşmənləriniz xar olsun. Allah-Təala yollarınızı uğurlu, niyyətinizi qəbul eləsin. Amin...”