çərşənbə günü, 21 oktyabr 2026
     

Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

Image


“Avropa İttifaqı bizi viza rejiminin ləğvi ilə hədələyir. Lakin gürcü xalqı üçün əsas viza məsələsi deyil. Əgər gürcü xalqının qarşısında sülh və sabitlik və ya viza rejiminin liberallaşdırılması arasında seçim olarsa, biz sülh və sabitliyə üstünlük verəcəyik”.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh və sabitlik gürcü xalqının seçimidir. “Viza rejiminin liberallaşdırılması o deməkdir ki, Gürcüstan vətəndaşının Avropaya getməsi üçün viza lazımdır. Sülh, sabitlik, ailə dəyərləri ekzistensial məsələlərdir. Avropaya viza ilə, yaxud vizasız səyahət etməyiniz ekzistensial məsələ deyil”. Bu arada qeyd edək ki, Avropa İttifaqı, Gürcüstan hakimiyyəti yayın sonuna qədər demokratik inkişaf yoluna qayıtmasa, Tiflisi Avropaya inteqrasiyasını kəsməklə hədələyir. Qeyd olunur ki, avropalılar respublikanı vizasız rejimdən məhrum edə və onunla assosiasiya sazişinə xitam verə bilərlər. Buna cavab olaraq, hakim “Gürcü arzusu” Avropa İttifaqını Sovet İttifaqı ilə müqayisə edir və münasibətləri elə indi də poza biləcəyini açıq şəkildə bildirir. Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktoru Beate Qminder Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişviliyə məktub göndərərək, Tiflisdən demokratik inkişaf yoluna qayıtmaq üçün Brüsselin tövsiyələrini yerinə yetirməyi xahiş edib. Xüsusilə, Aİ nümayəndəsi xatırladıb ki, islahatlar sayəsində 2017-ci ildə Qafqaz respublikası Aİ ilə vizasız rejim əldə edib, lakin 2024-cü ildə Gürcüstan hakimiyyəti öz dəyərlərinə zidd siyasət yürütməyə başladığından avropalılar onu məhdudlaşdırmağa məcbur olublar: “Komissiya öz hesabatında Gürcüstanda əsas hüquq və azadlıqların, o cümlədən müvafiq Avropa və beynəlxalq standartlara zidd olan ayrı-seçkiliyə yol verilməməsi prinsipinin pozulması hallarını qeyd edib”. Vəziyyəti düzəltmək üçün Qminder Tiflisi “xarici agentlər” və “ailə dəyərləri” haqqında qanunları ləğv etməyə və cinsi azlıqların hüquqlarını qorumağa çağırıb. Bundan əlavə, Gürcüstan hökumətinin antikorrupsiya siyasəti yeritməsi Avropa İttifaqını qane etmir. “Gürcü arzusu” indiyədək Brüsselin tələblərinə məhəl qoymadığından Aİ-nin 12 ölkəsi diplomatik və xidməti pasportlara malik gürcülər üçün vizasız rejimi ləğv edib, lakin bu, respublikanın hakimiyyət orqanlarına təsir etməsə, onun bütün sakinləri tezliklə Aİ-yə sərbəst səfər etmək hüququnu itirə bilər. Qminder bu fonda qeyd edib: “Ümid edirəm ki, Gürcüstan hakimiyyəti konstruktiv cavab verəcək və komissiyanın tövsiyələrinin tam yerinə yetirilməsi üçün lazımi addımlar atacaq. Komissiya vizadan azad etmə mexanizmi ilə bağlı növbəti hesabatında bu tövsiyələrə uyğunluq səviyyəsini qiymətləndirəcək. Bu qiymətləndirməyə əsasən, uyğunsuzluğun davam etməsi halında, komissiya yenilənmiş Visa-reqlamentin 8-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirə bilər”.

Aİ-nin ciddiliyini Avropa diplomatiyasının rəhbəri Kaja Kallas da təsdiqləyib: “Gürcü arzusu”nun demokratiyaya hücumu getdikcə ciddiləşir. Aİ nazirləri Aİ-nin vətəndaş cəmiyyətinə dəstəyini yüksək qiymətləndirdilər və müxtəlif variantları müzakirə etdilər - başqa nə edə bilərik? Bura vizasız rejimin, Assosiasiya Sazişinin dayandırılması və sanksiyaların tətbiqi daxildir. Gürcüstanda demokratik reqressiya üçün yüksək qiymət ödənəcək”. Qərb mətbuatının yazdığına görə, Brüsselin tələblərinin yerinə yetirilməsi üçün son tarix avqustun 31-dir. Bununla belə, Gürcüstan hakimiyyəti, görünür, güzəştə getmək niyyətində deyil. Belə ki, parlamentin spikeri Şalva Papuaşvili Kallasdan dezinformasiya və böhtana görə ictimaiyyət qarşısında üzr istəməsini tələb edib: “Postsovet siyasi elitasının Brüsseli və onun nüfuzunu bu dərəcədə dəyərdən salması, onu sovet tipli hücumlar alətinə çevirməsi təəssüf doğurur... Aİ-nin Ali Nümayəndəsi Gürcüstanın məhkəmə sisteminə qarşı dezinformasiya və böhtanlara görə üzr istəmək əvəzinə, hakimləri böhtan atmaqda və onları hədələməkdə davam edir”. Öz növbəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, vizasız rejimin saxlanması hakim rejimi gücləndirən, sülh və sabitliyi qoruyan qanunları ləğv etməyə dəyməz. “Geocase” mərkəzinin rəhbəri Viktor Kipiani hesab edir ki, “Gürcü arzusu” liderlərinin bəyanatları hakim partiyanın Avropa İttifaqına heç bir güzəştə getməyəcəyini açıq şəkildə göstərir: “Onların ritorikası əvvəlkindən daha zəhərli olub. Eyni zamanda, Aİ qərara gəlib ki, şəxsi sanksiyalar nəticə vermədiyi üçün ittifaqın bütün üzvlərinin razılığını tələb etməyən daha ciddi tədbirlərə keçməyin vaxtı çatıb”. Ekspertin fikrincə, hakim partiya Aİ ilə informasiya müharibəsi məntiqinə uyğun hərəkət edir, ona görə də öz çıxışlarında münasibətlərin pozulmasının mümkün mənfi nəticələrini bilərəkdən görməzlikdən gəlir. Buna baxmayaraq, vizasız rejimin və assosiativ sazişin ləğvi nəinki müxalifət, hətta iqtidar tərəfdarları tərəfindən də mənfi qarşılanacaq: “Nəzərə almalıyıq ki, “Gürcü arzusu” seçicilərinin əhəmiyyətli hissəsi özləri də Aİ ilə münasibətlərin dərinləşməsinin tərəfdarıdırlar. Ona görə də ölkədə siyasi böhran daha da pisləşəcək. İqtisadi nəticələrə gəlincə, mənfi nəticələr də olacaq, amma o qədər də radikal deyil. Son illərdə Gürcüstanın xarici ticarət dövriyyəsi Aİ-dən Rusiyaya və digər qonşulara keçib”. Eyni zamanda, o hesab edir ki, respublikanın Avropaya inteqrasiya hekayəsi çətin ki, bu payızda bitsin. Birincisi, Gürcüstan Konstitusiyası və gürcülərin əhəmiyyətli hissəsinin yanaşması buna mane olur. İkincisi, Avropa İttifaqı çətin ki, Rusiyaya bu ölkəyə təsirini gücləndirmək imkanı vermək istəsin. Politoloq Nino Skvortsova isə hesab edir ki, Gürcüstanda dəhşətli heç nə olmayacaq: “Məşhur inancın əksinə olaraq, vizasızlıq məsələsi ölkənin milli maraqları iyerarxiyasında ən vacib məsələ deyil... Gürcüstan onilliklər ərzində inteqrasiya trayektoriyası ilə irəliləyir, lakin bu gün yaxınlaşma dərəcəsini daxili islahatlar deyil, Brüssel bürokratiyasının siyasi iradəsi müəyyən edir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ