şənbə günü, 14 noyabr 2026
     

"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

Image


Tural İrfan: “Kilsənin yaratdığı təhdid, əslində baş nazirlə yanaşı bölgə dövlətləri üçündür”

Erməni kilsəsinin terrorçu xislətini artıq erməni rəsmiləri də etiraf etməyə başlayıblar. Qeyd edilir ki, erməni Apostol Kilsəsi İŞİD-in bir qanadına çevrilib, baş kəsir: “Başı kəsilən isə Ermənistanın seçilmiş baş naziridir".

Qeyd edək ki, Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan iyulun 13-də ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Ermənistanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada səsləndirilən fikirləri kəskin şəkildə tənqid edib.

Arutyunyan həmin mitinqdə iştirak edən din xadiminin çıxışına reaksiya verərək, şok ifadələrin səsləndirildiyini bildirib: “Paşinyanın başını kəsmək lazımdır, onlar erməni apostol kilsəsini İslam Dövləti təşkilatının qoluna çeviriblər, başını kəsirlər - Ermənistan Respublikasının seçilmiş baş nazirinin başını kəsirlər".

Bir çox əsaslı mövzularda mürtəd molla rejimi ilə müştərək addımlayan Erməni Apostol Kilsəsinin indiki halı daha dəhşətlidir. Məkrli niyyət və məqsədlərinə ram olmayan baş nazirə "ölüm fətvası" verən erməni kilsəsinin keşişləri dini dəyərləri ayaqlamaqdadırlar.

“Erməni kilsəsi Baş nazirin başının kəsilməsinin lazım olduğunu deməklə dini dəyərlərdən, kilsə mahiyyətindən tam uzaqlaşdığını etiraf edir”

Mövzu ilə bağlı fikir bildirən ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Erməni Apostol Kilsəsinin fəaliyyətində, məlumdur ki, dindən savayı hər işlə məşğul olmaq var: “Eynən İranın Qum mollaları kimi ruhani, din xadimi cildində əslində siyasi təxribatlarla, fitnə-fəsadla məşğuldurlar. Türkiyə və Azərbaycana qarşı nifrət aşılayan, düşmənçilik yaradan da məhz kilsə olub. Erməni kilsəsinin məramı türk-müsəlman düşmənçiliyi yaratmaq olub. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktlarının da ideoloqu məhz kilsə mənsubları olub. Türkiyəyə qarşı iddiaların da kökündə kilsə dayanıb. Baş nazir Nikol Paşinyan görür ki, kilsə bu ideologiyadan əl çəkməsə onun sülh prosesinə təsiri, mənfilik gətirməklə yanaşı, həm də öz hakimiyyəti üçün ciddi təhlükə yaradacaq. Kilsənin açıq siyasi proseslərə qarışması və birbaşa iştirakçıya çevrilərək əsasən Rusiyanın təsiri ilə hakimiyyət üçün problemi dərinləşdirməyə çalışması Ermənistan üçün heç də xoş olmayan gələcək vəd edir. Qonşularla sülhə meyl edən, əlaqələri bərpa etməyi nəzərdə tutan və iddialarından vaz keçərək normal münasibətlər qurmaq istəyən hökumət kilsəyə sərf etmir. Rusiyanın təhriki ilə hakimiyyəti dəyişərək yenidən Türkiyə və Azərbaycana qarşı iddialarda olan, yeni münaqişə münaqişə yaradan və Rusiyanın diqtəsi ilə oturub-duran rejim gətirmək istəyirlər. Erməni kilsəsi Baş nazirin başının kəsilməsinin lazım olduğunu deməklə dini dəyərlərdən, kilsə mahiyyətindən tam uzaqlaşdığını etiraf edir əslində. Erməni Apostol Kilsəsi əslində İŞİD-dən daha təhlükəlidir. Bölgədə terroru dəstəkləyən bu kilsə həmişə qan istəyir. Erməni kilsəsi deyərkən hər zaman terror göz özünə gəlir. Dinlərarası münasibətlərə məhəl qoymayan, dini dəyərlərdən tamamilə uzaq olan, xarici təsirlərə alət olan kilsə əslində dini təmsil edə bilməz. Din xadimi, məscid, kilsə həmişə sülhü, humanistliyi, mənəvi, ictimai dəyərləri tərənnüm etməlidir. Artıq iş o həddə çatıb ki, dövlət səviyyəsində, baş nazirin aparat rəhbəri kilsənin terrora xidmət etdiyini, buna çağırış etdiyini və İŞİD-in bir qanadına çevrildiyini bəyan edib. Ermənistanı qəddar və radikal teokratik dövlət timsalında terror yuvasına çevirməkdə İran da maraqlıdır və buna çalışır. Suriyada hakimiyyət dəyişəndən sonra terrorçu dəstələrin hazırlanması və narkotik ticarəti üçün meydan daraldığına görə İran Ermənistanı əvvəlki Suriyaya çevirmək istəyir ki, Azərbaycan və Türkiyə üçün də ciddi problemlər yarada bilsin. Buna görə hazırda Ermənistanda kilsənin təxribat planlarına Rusiya ilə dəstək verirlər. Hesab edirəm ki, kilsənin yaratdığı təhdid, əslində baş nazirlə yanaşı bölgə dövlətləri üçündür. Regionda sabitləşən durum, həll olunmuş keçmiş Qarabağ problemi, yeni əlaqələrin qurulması bir çoxlarını narahat edib və indiki mərhələdə hakimiyyəti dəyişə bilməsələr belə, Ermənistanda təxribatlar yaratmaqla prosesi ləngitmək istəyirlər. Lakin Rusiyanın təhriki ilə təxribatlara cəhd edən erməni kilsəsinin terrorçu xislətli din xadimləri hələlik baş nazir tərəfindən cəzalandırılır. Lakin əlavə hansısa problem yaransa belə, kilsənin Paşinyan hökumətini devirəcəyi ehtimalı azdır. Paşinyanın yürütdüyü siyasəti dəstəkləyən və yeni ortaq əlaqələr quran dövlətlər də buna imkan verməz ki, Rusiya təsirində olan şəxslər hakimiyyəti ələ alsın. Odur ki, kilsənin yerinə oturdulub islahatlara vadar edilməsinə nail olunacaq”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ