"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

Suriyada baş verən prosesləri yaxından izləyirik. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın "Son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib. Bu eskalasiyaya münasibətinizi öyrənmək istərdik?" sualına cavabında deyib.
Xin sözçüsü bildirib ki, Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik: "Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir".
ZÜMRÜD