çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 17-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Ələddin Əkbərov 1990-cı ildə düşmən tərəfindən girov götürüldüyünü deyib. Girovluqda saxlanıldığı 2 ay müddətində betonun üstündə yatdığını bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, girovluqda dişləri qırılıb, başı yarılıb, ona digər xəsarətlər yetirilib. Girovluqda olduğu müddətdə çəkisi 87 kiloqramdan 45 kiloqrama düşüb.

Zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyünü söyləyib. O, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan suveren ərazilərində, o cümlədən evlərdən birinin zirzəmisində, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığını deyib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, əsirlikdə saxlanılan zaman işgəncələrə məruz qalıb, dəyənəklə, yumruq və təpiklə döyülüb. Əsirlikdə olduğu üç ay müddətində ona az miqdarda çörək və su verilib.

Zərərçəkmiş Maarif Rüstəmov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakı zamanı ağır yaralandığını söyləyib. O, hadisənin sentyabrın 27-də Kəlbəcər rayonu istiqamətində, Murovdağda baş verdiyini bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, həmin vaxt özündən başqa daha 2 nəfər yaralanıb, 4 nəfər şəhid olub.

İlham Əsgərov ifadəsində deyib ki, 1993-cü ilin iyul ayında Ağdərə istiqamətində döyüşlərdə 8 nəfər azərbaycanlı hərbçi ilə birlikdə əsir götürülüb. Bildirib ki, onunla birlikdə əsir götürülmüş Azər adlı azərbaycanlı işgəncə və döyülmə nəticəsində ölüb. Beş ay sonra qaçaraq əsirlikdən azad olub. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, əsirlikdə olduğu müddətdə döyülüb və işgəncələrə məruz qalıb: “İndi də əlimdə sınıq, başımda çat izləri qalır”.

Bəxtiyar Cəlilov ifadəsində bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Kəlbəcər rayonunda xidmətdə olarkən, oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində yaralanıb.

Süleyman Sofuyev 2016-cı il Aprel döyüşlərində əsgər kimi iştirak etdiyini və yaralandığını deyib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında həmin vaxt Ermənistan silahlı qüvvələrinin onlara qarşı hücuma keçdiyini, hadisənin düşmən qüvvələrindən müdafiə olunarkən baş verdiyini söyləyib.

Söhrab Əsgərov bildirib ki, 2023-cü il mayın 12-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, hadisə zamanı əsgər Məhəmməd Qarayev şəhid olub, daha bir neçə hərbçi isə xəsarətlər alıb.

Teymur Xıdırov 2020-ci ildə baş vermiş 44 günlük müharibədə noyabrın 3-də avtomobillə gedərkən Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində yaralanıb. Həmin xəsarətlər nəticəsində səhhətində ciddi problem yaranmış zərərçəkmiş şəxs məhkəmədə çətinliklə ifadə verib.

İmran İmranlı ifadəsində 2021-ci il iyulun 27-dən 28-nə keçən gecə Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatı nəticəsində güllə yarası aldığını söyləyib.

Zərərçəkmiş Renat Əliyev bildirib ki, 2020-ci il sentyabrın 14-də Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı güllə xəsarəti alıb. Nəticədə sağlamlığına ciddi zərər deyib, 35 gün xəstəxanada yatıb.

Şakir İsmayılzadə ifadəsində 44 günlük müharibədə 2020-ci il noyabrın 3-də Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

44 günlük müharibənin digər iştirakçısı Malid Qənbərov ifadəsində 2020-ci noyabrın 8-də Daşaltıda Ermənistan silahlı qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib.

Vüsal Mahmudov ifadəsində 44 günlük Vətən müharibəsinin başladığı gün - 2020-ci il sentyabrın 27-də çoxsaylı qəlpə yaraları və yanıq xəsarətləri aldığını bildirib.

Etibar Məmmədov ifadəsində 1993-cü ildə Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü deyib. O, 7 ay Şuşa həbsxanasında saxlanılıb. E.Məmmədov özünə və digər azərbaycanlı əsir və girovlara işgəncələr verildiyini, nəticədə ölənlərin olduğunu bildirib.

Şirin Bayramov bildirib ki, 1994-cü il yanvarın 12-də Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, Xankəndidəki keçmiş 366-cı alayın olduğu yerə aparılıb. 8 ay Xankəndidə saxlanılıb. Əsirlikdə olduğu müddətdə mütəmadi olaraq döyülüb, ləyaqətini alçaldan hərəkətlərə məruz qalıb. “Üç dəfə burnum qırılıb və digər xəsarətlər yetirilib”, - deyə Ş.Bayramov qeyd edib. O, Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan digər suveren ərazilərinə aparılan zaman bir neçə nəfər azərbaycanlı əsir və girovla birlikdə qaçıb.

Zərərçəkmişin qardaşı – digər zərərçəkmiş şəxs Ağagül Bayramov ifadəsində 1994-cü il yanvarın 12-də qardaşı ilə birlikdə əsir götürüldüyünü bildirib. O, Ş.Bayramovla müqayisədə daha çox - 2 il 5 ay əsirlikdə qalıb.

Firəngül Kərimova ifadəsində Xocalıdan məcburi köçkün düşdüyünü, soyqırımının şahidlərindən olduğunu bildirib. Soyqırımı zamanı onun 4 doğması qətlə yetirilib. Bu şəxslər F.Kərimovanın atası - Kərimov Firuz Samran oğlu, babası - Kərimov Samran Soltan oğlu, nənəsi - Kərimova Firəngül Məmməd qızı və əmisi - Kərimov Soltan Samran oğludur.

“Mart ayının 20-də atamın, nənəmin və babamın meyitləri eyni yerdə tapıldı. Atam leytenant Firuz Kərimov çox dəhşətli işgəncələrlə qətlə yetirilmişdi. Hətta alnının dərisi soyulmuş vəziyyətdə idi. Nənəmin bir ayağı, bud hissəsindən aşağısı tamam yox idi”, - deyə o əlavə edib.

Sadiq Xudayarov ifadəsində Xocalı soyqırımı zamanı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə babasıgildə olduğunu bildirib. Onlar evlərini tərk etmək məcburiyyətində qalıb. Fevralın 27-də düşmən qüvvələri ilə rastlaşıblar. Həmin vaxt düşmənin açdığı atəşlər nəticəsində Mehdi adlı azərbaycanlı öldürülüb, S.Xudayarovun əmisi ayağından yaralanıb. Düşmən onları böyük dama yığıb. S.Xudaverdiyev bildirib ki, avtomatın qundağı ilə xəsarət yetirilməsi nəticəsində anası ikinci qrup əlil olub. Atası da işgəncələrə məruz qalıb, qabırğaları sındırılıb.

Fərzani Nəcəfzadə ifadəsində 2022-ci il avqust ayında Hadrutda düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Zamin Hətəmli ifadəsində göstərib ki, 2023-cü il dekabrın 7-də traktorla torpaq şumlayarkən Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarət alıb, traktor isə yanaraq məhv olub.

Rəsul Cəfərov 1993-cü il yanvarın 4-də əsgər yoldaşı Afiq Qasımovla birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Onlar əvvəlcə Ağdərədə, daha sonra Qırmızı Bazarda və Şuşada saxlanılıblar. Əsirlik müddətində ona və digər azərbaycanlılara işgəncələr verilib. Üzərlərinə qaynar su tökülüb, bədəni bıçaqla kəsilib. “İndi mənim bədənimdə salamat yer yoxdur”, - deyə o bildirib. Qırmızı Bazarda fermada saxlanılarkən Artur adlı erməni Habil Bayramov adlı azərbaycanlının çənəsini qırıb. H.Bayramov yemək yeyə bilməməsi və aldığı xəsarətlər nəticəsində bir həftə sonra ölüb. Ermənistan silahlı qüvvələri hərbçilərinin göstərişi ilə azərbaycanlı əsir və girovlar H.Bayramovun meyitini fermanın yaxınlığında torpağı qazaraq basdırıblar. R.Cəfərov avqustun 24-də əsirlikdən azad edilib.

Nail Nağızadə ifadəsində 2016-cı il aprelin 2-də Tərtərdə Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində yaralandığını söyləyib. O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın sualına cavabında hadisənin Ermənistan silahlı qüvvələrinin hücumundan müdafiə olunan zaman baş verdiyini deyib.

Cahid İsmayılov ifadəsində 44 günlük müharibədə, 2020-ci il oktyabrın 2-də Göygöl rayonunda yerləşən döyüş postunda düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxslər - Səbuhi İbrahimov və Səxavət Rəşidov ifadələrində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Zərərçəkmiş Tarzan Musayev ifadəsində 44 günlük müharibə zamanı, 2020-ci il oktyabrın 10-da düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində qapalı kəllə-beyin travması aldığını deyib.

Babək Məmmədli ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində, Şiştəpə postunda yaralandığını bildirib. O, 44 günlük müharibədə əkiz qardaşı Cavidan Məmmədlinin şəhid olduğunu, nəşinin 127 gündən sonra qaytarıldığını deyib.

Yasin Mehralıyev işğaldan azad edilmiş Xocalı rayonunun Sığnaq kəndində şirkətlərdən birinin əməkdaşı qismində çalışarkən düşmən tərəfindən basdırılmış minaya düşərək xəsarət aldığını söyləyib.

Şamil Məmmədov ifadəsində 2022-ci il iyulun 14-də yük maşını ilə “Azərsun” şirkətinə aid olan sahədən - Cəbrayıl rayonunun Dağ Tumas kəndindən buğda gətirərkən düşmən tərəfindən basdırılmış iki ədəd tank əleyhinə minanın partlaması nəticəsində xəsarət aldığını bildirib. Nəticədə sol ayağı amputasiya edilib.

Vaqif Həsənov ifadəsində 1988-ci ilədək Xocalının Xanabad kəndində yaşadığını, ermənilər tərəfindən 4 azyaşlı övladı ilə hədələnərək kənddən məcburi şəkildə köçkün düşdüyünü bildirib. O, Ağdam rayonunda məskunlaşıb. “Mənim iki evim talanıb”, - deyə zərərçəkmiş şəxs bildrib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ