çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

Image


Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olması heç kimə sirr deyil. Amma problem ondadır ki, Rusiyanın Ermənistanda baş nazir Nikol Paşinyana alternativ namizəd tampaq problemi var. Sabq prezidentər Serj Sarkisyan, Robert Köçəryan, eləcə də erməni kilsəsinə edilən “stavkalar” özünü doğrultmayıb.

Indi əsas ümid Rusiya vətəndaşı olan iş adamı və milyarder Samvel Karapetyanadır. Amma görünən odur ki, Paşinyan onu uzun müddət həbsdə saxlamağı düşünür. Elə bu səbəbdəndir ki, Karapetyana qarşı yeni ittihamlar irəli sürülüb.

Indiki durumda erməni mediası yazır ki, Nikol Paşinyan məsələni konkret qoyur: həbsdə olan Samvel Karapetyan üç ölkənin vətəndaşı olduğu halda Ermənistanda siyasətlə necə məşğul olmaq istəyə bilər ki, qanunvericilik onun həm baş nazir, həm də deputatlığa namizəd olmasını qadağan edir? Paşinyanın fikrincə, həbsdə olan biznesmen yalnız ağsaqqallar şurasına namizəd ola bilər, o da Ermənistanda qeydiyyatdan keçsə: “Bizim Konstitusiyaya görə, başqa ölkənin vətəndaşlığı olan şəxs deputatlığa namizəd ola bilməz. O, baş nazirliyə namizəd olmaq istəyir, ola bilməz. Çünki bizim ölkənin Konstitusiyasına görə, başqa ölkənin vətəndaşlığı olan şəxs baş nazirliyə namizəd ola bilməz. Yoxsa, Ermənistanda marionet hakimiyyətini iplə, yoxsa kukla ilə həyata keçirmək üçün siyasi qüvvə yaratmaq istəyirlər? Məncə, belə alınmaz”. Qeyd edək ki, təxminən bir ay əvvəl Erməni Apostol Kilsəsini müdafiə etdikdən sonra həbs edilən Samvel Karapetyan iyulun 4-də yeni siyasi qüvvə yaratdığını, 10 gün sonra isə MTN-in təcridxanasından siyasi komanda yaratdığını bəyan edib . Lakin iş adamı MTN-in təcridxanasından yeni yaradılan qüvvəyə rəhbərlik edib-etməyəcəyini, yoxsa başqasına həvalə edəcəyini hələ dəqiqləşdirməyib. Paşinyan isə Karapetyanın siyasətlə məşğul olmaq niyyətini “saxta povest” kimi qələmə verir və hesab edir ki, əslində qanunla problemləri olan iş adamı siyasi təqiblərə məruz qalan şəxs imicini qazanmaq üçün siyasətə sığınmağa çalışır. Baş nazirin keçirdiyi mətbuat konfransında Paşinyandan Samvel Karapetyandan qorxduğunu soruşublar və buna görə də o, öz Facebook səhifəsində hüquq-mühafizə orub-qorxmadığını soruşublar. Paşinyan vaxtilə milyarder iş adamına xəbərdarlıq etdiyini, bu gün dövlətin dadının bəzilərinin damağında qalacağını bildirb: “Deyirəm, əzizlərim, ilkin vətəndaşlığınız olan ölkədə necə davranırsınızsa, Ermənistana gələndə bir az diqqətli olun və elə davranın. Dedim ki, dövlətin dadı sizin damağınızda qalacaq”. Paşinyan Samvel Karapetyandan əsas vətəndaşı olduğu ölkədə kilsənin müdafiəsi ilə bağlı açıqlama verməyə icazə veriilb-verilmədiyini də soruşub. Burada o Rusiyanı nəzərdə tutur: “Əgər əsas vətəndaşı olduğu ölkədə qəflətən beynində indiki kimi bir fikir yaranarsa, onda həmin ölkə başqalarına heç nə etməyə imkan verməz, kilsənin yarıtmaz müdafiəsi altında gizlənməyə çalışan şəxs könüllü olaraq ən yüksək mərtəbədən pəncərədən atılacaq”. Paşinyanın ən yüksək mərtəbə məsələsinə onun aparat rəhbəri Arayik Arutyunyan özünün “”Facebook səhifəsində ətraflı məlumat verib: “Moskva şəhərinin ən yüksək mərtəbəsindən”.

Yeri gəlmişkən, dövlət dadını uzun müddət Samvel Karapetyanın damağında qoyması ilə bağlı xəbərdarlıqlarla yanaşı, Paşinyan mətbuat konfransında suverenliyi qorumaq üçün ən mühüm alət kimi özünün məşhur çəkicini xatırladıb: “Çəkic ağlanıb, hazırdır və mənim masamın üstünə qoyulub. Kim Ermənistanın suverenliyinə, müstəqilliyinə, dövlətçiliyinə qəsd etməyə cəhd edirsə, xalqın verdiyi dəmir mandat da öz işini görəcək və missiyasını yerinə yetirəcək”. Çəkici yağlanmış və hazır vəziyyətdə saxlamaq xəbərdarlığından bir neçə saat əvvəl məlum olub ki, Samvel Karapetyana qarşı daha 3 ittiham irəli sürülüb. Bir aya yaxındır ki, MTN-in təcridxanasında olan Karapetyan hakimiyyəti ələ keçirməyə çağırışdan əlavə, “xüsusilə külli miqdarda çirkli pulların yuyulması”, “xüsusən külli miqdarda vergidən yayınmanın təşkili” və “xüsusilə külli miqdarda dələduzluq fəaliyyəti təşkil etmək” maddələri ilə də ittiham olunub. Karapetyanın müdafiə şurası hər 4 ittihamın əsassız olduğunu və "Tashir Group" sahibinin siyasi təqib edildiyini bildirib. Samvel Karapetyana qarşı 3 yeni ittiham daha əvvəl İstintaq Komitəsinin İqtisadi Cinayətlərə Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi çərçivəsində qaldırılıb. Paşinyan bununla da dayanmaq istəmir. Karapetyanın nəzarətində olan “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsinə strat verilib. Paşinyan qeyd edir ki, prosesdən sonra hakimiyyət şirkətin idarəçiliyini başqa təşkilata həvalə edə bilər.: “İndiki mərhələdə biz “Ermənistanın Elektrik Şəbəkələri”nin idarəçiliyini öz üzərimizə götürməliyik. Lakin biz ümumiyyətlə deməmişik ki, bu milliləşdirmə və ya geri satınalma prosesindən sonra və ya bu proses zamanı “Ermənistanın Elektrik Şəbəkələri”ni həmişə dövlət idarə edəcək”. Paşinyan onu da bildirib ki, İrəvan artıq beynəlxalq şirkətlərə siqnallar verib: “Biz artıq bir sıra dost ölkələrə, dost ölkələrdə fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlərə bu mesajı göndərmişik ki, onlarla əməkdaşlıqda maraqlı ola bilərik”. Karapetyanın həbsindən və saxlanmasından bir neçə gün sonra hakimiyyət onun ailəsinə məxsus “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsinə yönəlmiş qanun layihəsi hazırlayıb və bu, parlamentin növbədənkənar iclasında tam şəkildə qəbul edib. Müxalifət iddia edir ki, hakimiyyət kilsəni müdafiə edən bəyanatına görə “Ermənistanın Elektrik Şəbəkələri”ni Karapetyanın əlindən almağa çalışır. Müxalifətdən olan deputatlar qanunun konstitusiyaya zidd olması üçün artıq Ali Məhkəməyə müraciət ediblər. Hakimiyyət isə prosesin Karapetyanın açıqlamasından əvvəl başladığını və “Ermənistanın Elektrik Şəbəkələri”ni n işindən narazılığın yeni olmadığını iddia edir. Şirkət öz əmlakları üçün mübarizə aparacağını açıqlayıb və həftələr əvvəl Ermənistana qarşı arbitraj prosesinin başlaya biləcəyi barədə xəbərdarlıq edib. Paşinyan isə bu perspektivdən çox da narahat deyil. Hakimiyyət beynəlxalq şirkətləri Ermənistana dəvət etmək planlarını açıqlayıb. İqtisadçı Suren Parsyanın fikrincə, hakim gücün addımları, əksinə, investorları qorxudur: “Hazırkı hakimiyyətin artıq bir neçə şirkətlə arbitraj mübahisələri var: "Sanitek"lə, “Kacaran” Kombinatının sahibi ilə, eləcə də “Amulsar”la. Bu, xüsusilə xarici investorlar üçün mənfi siqnaldır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ