çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiya Azərbaycan diasporunda daha bir həbs...

Image


Xəyal Bəşirov: “Şıxlınskilərə qarşı atılan addımlar bir daha ondan xəbər verir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı olmasında maraqlı olmayan...”

Yayılan məlumatlara görə, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb. Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

Ş.Şıxlınskinin oğlu Mutvalı Şıxlinski də saxlanılaraq İstintaq Komitəsimə aparılıb və haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq vilayətində soydaşlarımıza qarşı baş verən hadisələr zamanı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski etiraz səsini qaldırdığı üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı, sonra isə azadlığa buraxıdı.

İndi də Ş.Şıxlınski barədə cinayət işi açılıb, oğlu isə iki aylıq həbsə məhkum edilib.

“Rusiya hüquq-mühafizə orqanları tərəfindən ortaya atılan ittiham...”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, son vaxtlar Rusiyada soydaşlarımıza qarşı başladılan bu proses həqiqətən də narahatedicidir: “Bu hər bir azərbaycanlını, eləcə də Azərbaycan dövlətini narahat edir. Təyyarəmizin vurulması hadisəsindən başlayaraq Azərbaycanın informasiya məkanına kiberhücumların təşkil edilməsi də daxil olmaqla bir sıra xoşagəlməz hallar baş verib. Rusiya mediasında ayrı-ayrı ruporların Azərbaycana qarşı dezinformasiya siyasətini davam etdirmələri də ortadadır. Yekaterinburqda, eləcə də Rusiyanın başqa ərazilərində azərbaycanlılara qarşı atılan addımlar bu ölkədə ölkəmizə qarşı düşmənçilik siyasətini yürütmək istəyən tərəflərin bu prosesdə qərarlı olduğundan xəbər verir. Rusiyada bir sıra qüvvələr var ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı olmasında qətiyyən maraqlı deyil.

Şahin Şıxlınski və onun oğluna qarşı bir müddət əvvəl insanların gözü qarşısında törədilən xoşagəlməz hərəkətlər haqlı olaraq qınanıldı. Şahin Şıxlınski tutulduqdan sonra sərbəst buraxıldı və bu bizdə onlara qarşı edilən səhvlərin anlaşıldığı təəssüratı yaratdı. Amma sonradan təkrarlanan proseslər, Şıxlınskilərə qarşı atılan addımlar bir daha ondan xəbər verir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı olmasında maraqlı olmayan qüvvələr öz əməllərində qərarlıdırlar. Həqiqətən də hüquqa və qanunazidd addımların atılmasına nail ola bilirlərsə, o halda görsənir ki, onlar dövlətlərarası münasibətlərə təsir etmək imkanında olan qüvvələrdir. Çünki o şəxslərə qarşı hazırlanmış məlum əməliyyat hansısa bir özəl qurum tərəfindən deyil, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən törədilir və bütün dünya da bunun şahidi olur. Bilirsiz ki, olayla bağlı görüntülər yayıldı və hər kəs bunu gördü. Bunu edən şəxslərə qarşı nəinki hər hansı bir cəza tədbiri görüldü, əksinə, hüquq-mühafizə orqanlarının həmin əməkdaşları cəzasız qaldı. Bu əməliyyatı həyata keçirən, ona rəhbərlik edən şəxslərin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı addımların da şahidi olmadıq. Halbuki, gözləntilər ən azından bu istiqamətdə idi”.

X.Bəşirov qeyd etdi ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşilik, iki azərbaycanlının döyülərək öldürülməsi, digərlərinə xəsarət yetirilməsi, daha sonra həbs edilməsi ilə bağlı hadisəyə Rusiya tərəf hansısa formada don geydirməyə çalışırdı. Rusiya tərəfin həmin şəxslərin 25 il əvvəl hansısa bir cinayətin törədilməsində iştirak etdiklərini iddia etdiyini deyən X.Bəşirov vurğuladı ki, bu həm hüquqi, həm də digər baxımdan absurd, əsassız bir ittiham olsa da, yenə orda həbslərə bir don geydirmə cəhdinin şahidi olduq: “Amma Azərbaycan diasporasına rəhbərlik edən və Rusiya cəmiyyətində xüsusi mövqeyi, nüfuzu olan bir şəxsə qarşı cinayət işinin açılmasında, onun oğlunun həbs edilməsində hər hansı bir cinayətdə ittiham edilməsi məsələsi yoxdur. Rusiya hüquq-mühafizə orqanları tərəfindən ortaya atılan ittiham belədir ki, Yekaterinburqda həbs edilən azərbaycanlılar “cinayətkardırlar”, Şıxlınskilər də “cinayətkarları qanunsuz müdafiə edirlər”. Məsələyə hüquqi baxımdan yanaşsaq, cinayət törədən şəxsi müdafiə etmək qanuni bir prosesdir, qanuna, hüquqa zidd deyil. Demək istədiyim odur ki, bir məntiqi əlaqə tapa, hüquqi don geydirə və bir əsaslandırma da apara bilmirlər. Xüsusən də cəmiyyətdə tanınan, nüfuzu olan azərbaycanlılara qarşı bu əməlləri törədirlər ki, sadə azərbaycanlılarda qorxu, xof yaratsınlar və bu da ordakı azərbaycanlıların mövqeyinə zərbə vurmaqdır, ümumilikdə Azərbaycanın mövqeyinə ziyan vurmaq cəhdidir. Hesab edirəm ki, bu heç də Rusiya dövlətinin nüfuzuna müsbət təsir göstərməyəcək, onlara müsbət dividendlər gətirməyəcək, əksinə, nüfuzuna xələl gətirəcək. Eyni zamanda bu özünü hüquqi dövlət adlandıran Rusiyada hüququn və qanunun işləmədiyini ortaya qoyacaq. Bu baxımdan düşünürəm ki, bu addımlar Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirir, bu münasibətlərin düzəldilməsi istiqamətində biz Rusiyadan hələ ki, bir addım atıldığını görmürük”.

X.Bəşirov qeyd etdi ki, bizim təyyarəmizin vurulması, Azərbaycanın informasiya məkanına qanunsuz kiberhücumların təşkil edilməsi ilə bağlı məsələlərə Rusiyanın aydınlıq gətirməsi haqda gözləntilərimiz olduğu vaxtda belə addımların atılması münasibətlərin pozulmasını daha də dərinləşdirəcək. “Burda yanlış, hüquqaziddlik, hüquqsuzluq var və bu da Rusiya tərəfindən qaynaqlanır. Bunların aradan qaldırılması vacibdir”.

X.Bəşirov qeyd etdi ki, Rusiya lazımı addımları atarsa, bu, münasibətlərimizin düzəlməsinə səbəb ola bilər, amma biz hələ ki, bunun əksini görürük.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ