Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlüyündən çox güman ki, çıxacağını və İrəvanın təşkilat daxilində tam işinə qayıtmaq niyyətində olmadığını bəyan edib.
Paşinyan deyib ki, Ermənistanın KTMT-dən çıxması bu təşkilatda iştirakını bərpa etməkdən daha yaxındır. O, bildirib ki, Ermənistanın KTMT-dən çıxması ehtimalı, onun təşkilatda iştirakını canlandırmasından daha çoxdur.
Paşinyan, hələlik qəti qərar verilməsə də, KTMT-nin bir üzvünü itirməsi prosesinin davam etdiyini deyib.
Erməni baş nazirin sözlərinə görə, Rusiya ilə münasibətlər də bundan sonra əvvəlki kimi olmayacaq: “Amma bu o demək deyil ki, Rusiya ilə münasibətlərimiz pis olmalıdır. Xeyr, mən hesab edirəm ki, Rusiya ilə münasibətlərimiz yaxşı olmalıdır".
TAHİR