Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

Ermənistanın baş naziri Paşinyan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün müraciət etdiyini açıqlayıb.
“Armenia News” agentliyinə danışan Paşinyan bu addımın ölkənin balanslaşdırılmış və ölçülüb-biçilmiş xarici siyasətinə uyğun olduğunu vurğulayıb.
"Bizim artıq bu təşkilatda müşahidəçi statusumuz var. Yəni biz sıfırdan başlamırıq və ya təşkilatla heç bir əlaqəsi olmayan ölkəyə çevrilmirik" deyə Paşinyan bildirib.
Erməni baş nazir ŞƏT-in strukturunda baş verən dəyişikliklərə də diqqət çəkib və bildirib ki, təşkilat daxilində müşahidəçi və assosiativ üzv statuslarının ləğvi kimi mühüm struktur dəyişiklikləri müzakirə olunur.
TAHİR